GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zaqatalada fəhlələr aksiyaya hazırlaşır

Zaqatalada fəhlələr aksiyaya hazırlaşır

Tarix: 14-08-2013, 09:59 Bölmə :Ölkə Baxış: 724
 Zaqatalada fəhlələr aksiyaya hazırlaşır

“Azərinvest” şirkəti zəlzələdən zərər çəkən evlərdə işləyənlərin pulunu vermir; 180 min manat borc qaytarılmır, icra başçısı isə deyib ki...
“Azərinvest” şirkətinə Zaqatala rayonunda deyilənə görə - “bu gün-sabah” adı qoyulub. Müxtəlif bölgələrdən gəlmiş 80-dən çox işçi bu şirkətdən əmək haqlarını ala bilmədiklərini və “get-gələ” salındıqlarını deyirlər. Onlar Zaqatala şəhərində və kəndlərində zəlzələdən zərər çəkmiş evlərdə çalışıblar.
Hacıqabulun Meyniman kəndindən Zaqatalaya işləməyə gələn Həzi Həziyev “Azadlıq” radiosuna bildirib ki, aylardır evinə geri dönə bilmir: “10 ildir hakim partiyaya - YAP-a üzvlük haqqı ödəyirəm. 10 ilin tamamında yardım üçün YAP-ın Zaqatala rayon şöbəsinə üz tutdum, amma oradan bizi polislərlə uzaqlaşdırdılar”.
Həm də müharibə veteranı olan H. Həziyev deyir ki, bütövlükdə 1700 manat alacağı var və bu məbləğin yarıdan çoxunu burada gözlədiyi müddətdə mağazalara yığılan borcuna sərf edəcək. O, Zaqatala rayon məhkəməsinə və prokurorluq orqanlarına həm şifahi, həm də məktubla müraciət etdiyini, amma indiyədək cavab almadığını da bildirir.
Əslən Naxçıvandan olan Müşfiq Əlizadə də rayona işləmək üçün üz tutanlardandır. Şikayətçi tək məhkəməyə deyil, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinə və icra hakimiyyətinə də müraciət etdiyini söyləyir:
“Haraya şikayətə getsəm, ilk öncə əmək müqaviləsinin olub-olmadığını soruşurlar. Mən də onlara hamı kimi müqavilə bağlamadan çalışdığımı deyirəm. Burda günahkar bizi görsələr də, əslində, bizi çalışdıranlardır günahkar. Axı əmək müqaviləsi bağlatdırmadan yüzlərcə işçi çalışdırmağın özü böyük qanun pozuntusu və vergidən yayınmaq deməkdir. Çalışdığımız bütün evlərdə foto çəkilişlərimiz var. Lazım gəlsə, ev sahibləri də bizə şahidlik edə bilərlər”.
Müşfiq Əlizadə öz haqlarını qorumaq üçün yerli hüquqşünasa da üz tutduqlarını və aldıqları cavabdan sarsıldıqlarını deyir:
“Rayon İcra Hakimiyyətinə müraciətdən sonra hüquqlarımızın bərpasında bizə yardımçı olacaq hüquqşünas nə desə yaxşıdır - ”Gedin, yol kəsin!". İndi hansı zəmanədir ki, biz yol kəsək? Məgər hüquqi dövlətdə yaşamırıq? Biz özümüz qanunla hərəkət edərkən, hüquqi yolla məsələni həll etmək istərkən, “hüquq adamı” bizə yolu kəsməyi məsləhət verir. Şikayətimizi bildirmək üçün rayon icra başçısı Mübariz Əhmədzadəyə yaxınlaşdıq. Onun da cavabı belə oldu: “Bura işləməyə gələndə məndən soruşmuşdunuz?”.
Yevlaxın Aran qəsəbəsindən gələn Ağaəli Əsədovun isə 4 min manat alacağı var. Bu məbləği çox çətinliklə qazandığından, belə asanlıqla qoyub heç yana getməyəcəyini deyir.
Rayon sakinlərindən də eyni duruma düşənlər var. Təkcə zəlzələdən zərər çəkmiş Muğanlı kəndindən 32 nəfər öz haqqını gözləyir. lAzərinvest» MMC-dən də cavab almaq mümkün olmayıb. Şikayətçilərin sözlərinə görə, iş icraçıları ilə son görüşlərində onlar “Biz heç kimdən qorxmuruq. Kimə istəyirsiniz şikayət edin” deyiblər.
Pullarını ala bilməyənlərin rayondakı ərzaq və tikinti malları mağazalarına külli miqdarda borcları yığılıb qalıb. Şikayətçilər onlara veriləcək məbləğin 180 min manat civarında olduğunu bildirirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatala sakininin həyatı risq altındadır

    Zaqatala sakininin həyatı risq altındadır ...

    13-12-2012, 12:32

  • 
  • Polisin qulağını dişlədi-Zaqatalada

    Polisin qulağını dişlədi-Zaqatalada ...

    26-08-2013, 12:02

  • 
  • Zaqatalada maskalı, silahlı basqın

    Zaqatalada maskalı, silahlı basqın ...

    6-12-2013, 14:57

  • 
  • Zaqatalada şöbə müdiri həbs edildi

    Zaqatalada şöbə müdiri həbs edildi ...

    8-07-2014, 18:01

  • 
  • Zaqatalada yaşayış evində partlayış olub, yaralanan var

    Zaqatalada yaşayış evində partlayış olub, ...

    28-12-2013, 01:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu