Rusiya mətbuatı “Lotu Qoca” ləqəbi ilə tanınan Əlibala Həmidovun qətlə yetirilməsi barədə xəbər yayıb. Rusiya mətbuatı 40 yaşlı Əlibaba Həmidovun öldürülməsinə səbəb kimi dünən gecə İstanbul restoranlarından birində gürcü “qanuni oğru”ların iştirakı ilə baş verən davanı göstərib.
“Lotu Qoca”nın hadisə yerində aldığı üç güllə yarasından sonra öldüyü bildirilir. Məlumata görə, kriminal aləmdə artır bu ilin yanvarından ona qarşı münasibət dəyişmişdi. Qocanın aradan götürülməsinin əsas səbəbi isə “Ded Xasan”ın öldürülməsindən sonra onun mövqeyini dəyişərək Rövşən Lənkəranskinin tərəfinə keçməsi olub. Onun son “səhv”i isə Vaje Biqanişvili tərəfindən iyunda təşkil olunan “tacqoyma” mərasimində iştirakı göstərilir.
Qeyd edək ki, nüfuzlu avtoritetlərdən hesab olunan Əlibaba Həmidov hələ 1992-ci ildə adam öldürməkdə ittiham olunaraq Azərbaycanda 14 il həbs cəzasına məhkum edilmişdi. 2000-ci ildə isə o gözlənilmədən Rusiyanın Moskva şəhərində peyda olur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?