“Lotu Qoca” ləqəbli kriminal avtoritet Əlibala Həmidovun nəşini Bakıda qarşılayanlardan bir qismi saxlanılıb.
“Azadlıq”a daxil olan məlumata görə, Əlibala Həmidovun nəşini qarşılayanlar arasında 30-a yaxın avtoritet olub. Saxlanılanlar da məhz həmin şəxslərdir. Saxlanılanlar qeydiyyatda olduqları ərazi üzrə polis idarələrinə aparılıblar və hələ də sərbəst buraxılmayıblar. Onların saxlanılması sırf kriminal titulları ilə bağlıdır. Həmin şəxslərin hansısa cinayətdə rol alıb-almadıqları aydınlaşdırılır.
Xatırladaq ki, Əlibağa Həmidov bir neçə gün əvvəl Türkiyədə qətlə yetirilib. Onun nəşi isə avqustun 20-də kriminal avtoritet Adəm Avarskinin müşayiəti ilə Bakıya gətirilib. Əlibala Həmidov başqa bir azərbaycanlı kriminal avtoritet, “Rövşən Lənkəranski” kimi Rövşən Canıyevin komandasında olub. Rusiya mətbuatının yazdığına görə, o aldığı üç güllə yarasından sonra hadisə yerində ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?