Dərd əlindən dərdə düşən, Hökməli yeni yaşayış massivində yaşayan sakinlərin dərdinə dərman, görəsən nə vaxt tapılacaq?
Paytaxt Bakımızın hələ də min dərdi, sağalmaz yaraları var.Dərd necə dərd, lap sağalmaz dərd! Bu gün dərd əlindən dərdə düşən Abşeron rayonunun Hökməli yeni yaşayış massivində yaşayan sakinlərin dərdinə nə dərman tapılır, nə də ki, haqq səsini eşidən bir kimsə var.Çünki, bugünə qədər yerli sakinlərin nəqliyyatla, mavi qazla, yol problemi ilə, kanalizasiya və su təminatı ilə döymədikləri qapı, xahiş-minnət etmədikləri vəzifəli şəxslər qalmayıb.Xocahəsən bələdiyyəsinin başbilənlərinə gəldikdə isə, onlar baş bildiklərini həll edirlər, bilmədiklərini isə heçə endirirlər. Nəticədə isə neft-qaz ölkəsi olan, avropanın ən mötəbər tribunalarından haqq səsi eşidilən, əsas beynəlxalq təşkilatlardan birnə qeyri-daimi üzv seçılən Azərbaycan adlı məmləkətdə, hayqıran vətəndaşların haqqı-hüququ qorunmur, yaşamaq azadlığı təmin edilmir. Axı, bu gün XXI əsrə qədəm qoyduğumuz bir vaxtda, bəşəriyyətin elmi-texniki nailiyyətlərinin ən son göstəricilərini ictimai həyata tətbiq etdiyi bir dönəmdə, paytaxt Bakıda yaşayan sakinlərin bu kimi problemlərlə üz-üzə qalmaları, heç bir əndazəyə sığası deyil.Bəs görəsən bu cür biganəliyin, ögey münasibətin arxasında nə durur? Yerli bələdiyyənin baş bilənləri, icra nümayəndiliyinin vəzifə başında duranları və digər səlahiyyət sahibləri, görəsən yeni yaşayış massivi sakinlərinin haqq səsini eşidə biləcəklərmi? Yoxsa........... Elşad Məmmədov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?