GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şabranda məmurların laqeyidliyi ucbatından limanlı uşaqlar bu il məktəbə getməyəcəklər

Şabranda məmurların laqeyidliyi ucbatından limanlı uşaqlar bu il məktəbə getməyəcəklər

Tarix: 23-08-2013, 13:23 Bölmə :Ölkə Baxış: 921
Şabranda məmurların laqeyidliyi ucbatından limanlı uşaqlar bu il məktəbə getməyəcəklər

Şabranda icra hakimiyyəti limanlılara uşaqlarının təhsil almasını da çox görür
Qazı olmayan ,camaatı az qala ibtidai icma quruluşu şəraitində yaşayan,“ən mənzərəli” yeri 3 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi olan, evlərin tavanı, ayaqloluların, çəpərləriqamışdan olan,yay-qış gecələr çaqqallar ulaşan Şabran rayonunun Liman kəndinin problemləri bitib-tükənmək bilmir.Şabran rayonunun Liman kəndi rayon mərkəzindən 10 km aralı yerləşən ,25 evdən və əhalisi 60 -70 nəfərdən ibarət olan,adamda sivilizasiyadan uzaq olan yer təəsüratı oyadan bir məkandır. Uşaq bağçası, yolu, heç bir yaşıllığı, şəraiti olmayan kəndin camaatının yeganə qazanc yeri maldarlıq və əkinçilikdir.

Qeyd edək ki,kənddə həyat yox dərəcəsindədir. Açığı televiziya kanallarımızda regionlarda inkişaf haqda göstərilənlərin reallıqla uyğun gəlməməsinin bariz nümunəsi olan Liman kəndinin özü balaca olsa da problemləri böyükdür. Kənddə minimum yaşayış üçün heç bir infrastruktur olmasa da camaat burada qalıb birtəhər yaşamağa çalışır. Rayon rəhbərliyi Limada heç bir abadlıq iş görmür.Sanki burada insanların yaşaması yerli məmurların tamam yadından çıxıb. Lakin sosial problemlər məngənəsində sıxılan kasıb,binəva limanlıların dərdi bununla bitmir. Mövcud problemlər bir yana qalsın,keçən ildən onların problemlərinin üstünə bir dərd də əlavə olunub.

Belə ki, Liman kəndinin sakinləri tərəfindən redaksiyamıza daxil olan şikayət məktubunda bu dəfə kənddə məktəbin olmamasından şikayətlənirlər. Limanda mövcud olan, məktəbdən daha çox mal tövləsini xatırladan yeganə məktəb binası (əgər belə demək mümkünsə) keçən ilin oktyabr ayından bağlanıb.Buna səbəb onun ibtidai məktəb olması, bu səbəbdən orada 1-4-cü siniflərin oxuması nəzərdə tutulduğundan 2-3 nəfər aşağı sinif şagirdinə görə yerli təhsil şöbəsi tərəfindən məktəbin fəaliyyət göstərməsinin mənasız olmasını hesab etməsi olub.Buna görə də məktəb bağlanıb. Məktəb bağlandığından orada həm müəllimə, həm də direktor qismində işləyən xanımdan ibarət məktəbin yeganə işçisi də çıxıb gedib.Bu səbəbdən keçən il olduğu kimi bu ilki dərs ilində də limanlıılar 1-11-sinifdə oxuyan uşaqlarını oxutdura bilməyəcəklər.

Bolgexeber.com bildirir ki, Liman sakini Seyidbabayev Bayramın bildirdiyinə görə limanlıların, uşaqlarını rayon mərkəzinə məktəbə göndərməyə maddi imkanları çatmır.Belə ki, taksi hər şagirdi rayona aparıb gətirməyə görə günə 10 manat istəyir ki, bu da az qala Bakıya gedib gəlməkdən baha başa gəlir.Rayona işləyən yeganə avtobus ilə məktəbə getmək dərs qrafikinə görə limanlılara sərf etmir.Çünki Çölquşçu bələdiyyəsinin tabeliyində olan Liman kəndindən marşrut 2 dəfə keçir.Avtobus səhər saat 08:00-da (elə bilməyin belə dəqiq,09:00-da da gələ bilər)kəndə gəlib çatır,təxminən saat 11-də gedib mərkəzə çıxır. Bir də avtobus Limana 3-də gəlib çatır.

Bundan başqa marşrut gələn, belə demək mümkünsə şərti olaraq dayanacaq sayılan yerə də çatmaq üçün yarım saatacan piyada getmək lazımdır. Limanda yaşayan ailələrin demək olar ki, hamısı kasıb olduğundan onların şəxsi maşınları yoxdur ki, uşaqlarını hə gün məktəbə aparsınlar.Bu səbəbdən limanlı valideyinlərin yalnız bir neçəsi uşaqlarını borc hesabına məktəbə göndərə bilir.Xatırladaq ki, hal-hazırda Limanda 15-20 nəfər məktəbə gedəsi uşaq var ki, onların bir hissəsi aşağı sinifdə, digərləri isə artıq yuxarı siniflərdə oxumalıdır. Bir qrup rayon sakini övladlarının oxumaq problemini çözmək üçün avqustun 2-də Şabran rayon təhsil şöbəsində də olublar və onlara bir nəqliyyat vasitəsinin ayrılmasını xahiş ediblər.

Ancaq Şabran Təhsil Şöbəsinn mavini problemi həll etmək əvəzinə onları başından edərək, onları “qırmaq” üçün sakinlərə məsləhət verib ki, avtobus ilə bağlı İcra Hakimiyyətinə müraciət etsinlər.İcra Hakimi Novruz Novruzov da təhsil şöbəsindən geri qalmayaraq öz növbəsində sakinlərin nümayəndəsinə deyib ki, bu mənlik deyil və məsləhət görüb ki, sakinlər Təhsil Nazirliyinə müraciət etsinlər. Əgər nazirlikdən büdcə ayrılsa o da,İcra Hakimiyyətinin hesabına avtobus təşkil edəcək.Bir sözlə hər iki qurum qayğı bir yana qalsın, vətəndaşların probleminə,ölkənin gələcəyi olan uşaqların oxumaq məsələsinə laqeyd yanaşaraq sakinləri mədəni surətdə “yola veriblər”.

Sual olunur,hər il, həm yerli Təhsil Şöbəsinə,həm də İcra Hakimiyyətinə rəsmən dövlət tərəfindən milyonlarla pul ayrılır, bəs bu pullar 1-2 mərkəzi küçənin, görünən yerlərin abadlaşmasından başqa hara gedir?! Necə ola bilir ki, bu vəsaitdən 15-20 uşağı məktəbə aparmaq üçün cüzü vəsait ayırmaq belə problemə çevrilir?! Görünür nə Şabran İcra Hakimiyyəti, nə də Təhsil Şöbəsi problemi həll etmək həvəsində deyil. Əgər istək olsaydı bu problem tez bir zamanda həll olunardı.Məgər bu limanlıların günahıdır ki,onlar açınacaqlı şəraiti olan bir kənddə yaşayırlar?!

Bolgexeber.com bildirir ki,21-ci əsrdə Azərbaycan kəndində uşaqların məktəbə gedə bilməməsi,savadsız qalması bir rəzalətdir.Hər-halda limanlı uşaqların da başqa uşaqlar kimi oxumaq, təhsil almaq hüququ var və bu Konstitusiyada öz əksini tapıb. Necə olur ki, məmurlar öz övladlarını xaricə göndərməyə 100 min manatlarla pul tapırlar, ancaq 400-500 manat dövlət büdcəsindən pul ayırmağa əlləri gəlmir.Halbuki o pullar elə vətəndaşların rifahı üçün verilir və elə vətəndaşlara məxsusdur,məmurlarınsa borcu öz vətəndaşına xidmət etməkdir. Görünür bəzi məmurlar prezidentin xalqı düşünməyən məmurlara yönələn tənqidi çıxışına “yaxşı” qulaq asmayıblar və ya ondan yaxşı nəticə çıxarmayıblar.
Əslində limanlıların qaldırdığı bu problem Şabran İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin səlahiyyətinə aid olan bir məsələdir. Belə çıxır ki, məmurların limanlıların uşaqlarının savadsız qalmaları veclərinə deyil.Doğrudan da maraqlıdır Azərbaycanda məmurlar villa tikməyə pul tapırlar,ancaq sadə vətəndaşların uşaqlarının gələcəyi üçün yox. Limanlılar əlbəttə çox guman ki, Təhsil Nazirliyinə, birbaş nazir Mikayıl Cabbarova da müraciət edəcəklər, ancaq doğrudanmı 400-500,bəlkə də 200-300 manat üçün mütləq şəxsən Mikayıl Cabbarov işə qarışmalıdır və kimlərisə cəzalandırmalıdır?!

Düşünürük ki, adi bir məmurun cibinin hesabına həll edilən bir məsələnin böyük problemə çevrilməsi ən azından ayıbdır. Limanlı uşqaların məktəbə gedib-gəlməsinə görə maşın tutmaq üçün milyonçu olmaq lazım deyil. Yaddan çıxarmaq lazım deyil ki, limanlılar həm də secicidirlər və seçki qabağı məmurlar insanlarda dövlətə qarşı bu qədər narazıçılıq yaratmamalıdırlar.Ümid edirik ki, heç olmaya bu yazıdan sonra üzümüzə gələn yeni təhsil ilində 1-ci və ya 11-ci sinifdə oxumalarından aslı olmayaraq limanlı uşaqların da,təbii ki, onların valideyinlərinin də üzləri güləcək. Yeri gəlmişkən onu da xatırladaq ki, avqustun 24-də saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Gənclər Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
P.S.Hardasan ay, Hacı Zeynalabdin Tağıyev...Allah sənə rəhmət etsin!

P.S.SQeyd edək ki, Bolgexeber.com Liman sakinlərinin biri ilə əaqə saxlamışdır.Həmin sakinin bildirdiyinə görə əgər limanlı uşaqların təhsil alması ilə bağlı problem Şabranın məmurları tərəfindən həll olunmasa onlar təhsil naziri Mikayıl Cabbarova Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Mehriban Əliyevaya müraciət edəcəklər.Bolgexeber.com yaxın zamanlarda Şabranın acınacaqlı vəziyyətdə olan Liman kəndinin fotolarını oxuculara təqdim edəcək.
Mövzunu diqqətdə saxlayacayıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şabranda 3 nəfərdən ibarət qrup zərərsizləşdirilib

    Şabranda 3 nəfərdən ibarət qrup zərərsizləşdirilib ...

    5-09-2015, 18:45

  • 
  • Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir

    Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və ...

    12-01-2016, 20:45

  • 
  • Şabranda ağır qəza: 2 ölü, 3 yaralı

    Şabranda ağır qəza: 2 ölü, 3 yaralı ...

    1-05-2013, 15:14

  • 
  • SMS-ə görə özünü oldürdü-ŞABRANDA

    SMS-ə görə özünü oldürdü-ŞABRANDA ...

    25-08-2013, 23:22

  • 
  • Şabranda ağır yol qəzası: ölən və yaralanan var - FOTO

    Şabranda ağır yol qəzası: ölən və yaralanan var - ...

    17-06-2016, 19:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu