GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra hakimiyyəti Sulutəpədə evləri yerlə yeksan elədi

İcra hakimiyyəti Sulutəpədə evləri yerlə yeksan elədi

Tarix: 24-08-2013, 17:27 Bölmə :Ölkə Baxış: 1 453
İcra hakimiyyəti Sulutəpədə evləri yerlə yeksan elədi

Zülmlə qurduqları yuvanı qorumaq istəyən sakinlər xəsarət aldı

İnsanlar məmur qoçuluğundan fəryad edir, prezidentin vədindən, dövlətin yaratdığı komissiyadan 2 ildir xəbər yoxdur

"Bir ay övladlarımın boğazından kəsib sement aldım, bir ay daş, sonra usta pulunu hazırladım. Balaca bir ev qaraladım. Uçurdular. Mən nə qaçqınlar, nə də jurnalistlər kimi hökumətdən ev istəmirəm. Heç hökumət də maraqlanmır ki, ay vətəndaş vəziyyətin necədir, necə yaşayırsan? Soruşmasın, maraqlanmasın. Bunların heç biri mənə lazım deyil. Barı qoysun yeməyib, geyinməyib tikdiyim bu balaca daxmamda rahat yaşayım", - Sulutəpə sakini Gülzar Hümbətova belə deyir.

Avqustun 23-də yenidən Binəqədi rayon Sulutəpə qəsəbəsindəki yaşayış evlərinin söküntüsünə başlanılıb. Sakinlərin dediklərinə görə, bu dəfə söküntünü Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yox, Binəqədi Rayon İcra Hakimmiyyəti həyata keçirib. Söküntü zamanı sakinlərə qarşı zorakılıq olub, yaralanan var.


Evləri sökülməyənlər razı, sökülənlər narazı...


Kimi şikayət edir, evinin söküldüyünü hayqırır, kimi də onlara problem yaratmamağımızı xahiş edir. Bəzi sakinlər isə bu günün sabahını düşünüb qonşularına dəstək olurlar: "Nə olsun ki, bizim evimizi sökməyiblər. Sökə-sökə gəlirlər. Yəqin sabah bizdən də pul istəsələr verə bilməyəcəyik. Onda bu qara gün bizim də başımıza gələcək. heç düşünmək istəmirəm. Onların yerinə qoya bilmirəm özümü. Görən halımız necə olar, kimə sığınarıq?"- deyir, Səlimə Həsənova. Məcid Əliyev isə gələnlərin onlara toxunmadığını, evlərinin fotosunu çəkib başlarını bəlaya salmamağı xahiş edir:

"Buranı çəkməyin, xahiş edirik. Bizi zibilə salmayın. Tapşırılıb ki, danışmayaq, əks təqdirdə sabah bizim də evimizi sökə bilərlər. Gedin, kimin evini söküblər onlara yaxınlaşın. Bizimlə işiniz olmasın".

3 ildir həyat yoldaşını itirən Gülzadə Əliyevanın da evi bu gün sökülənlər siyahısındadır. O, evini yenicə tikib başa vurduğunu, köçməyə bir gün qalmış başına bu oyunu açdıqlarını deyir:
"Bir Allah bilir ki, mən bu evi necə zülümlə tikib başa vurmuşam. Bircə ayaqyolu tikmək üçün məndən nə qədər pul alıblar. Deyirlər, nə tikirsinizsə taxtadan olsun. Bax mən o zülümlə tikmişdim bu evi. İndi də gəlib söküblər. Belə anladım, bu qış da yetimlərimlə onun-bunun qapısında qalmalı olacağam. Tək ümidim prezidentə idi. Axı qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı sərəncam vermişdi. Bir tərəfdən prezident tapşırıq verir, digər tərəfdən bələdiyyə, icra gəlib evimizi başımıza uçurur. Artıq kimə inanacağımızı, hara müraciət edəcəyimizi bilmirik. Bu ölkədə prezidentin də sözü keçmirsə...".

Prezident İlham Əliyev 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə BŞİH başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Prezident Bakıda evlərin qeydiyyata alınması sahəsində problem olduğunu və bu problemin həllində xoşagəlməz halların qarşısını tam şəkildə almağın vacib olduğunu söyləyib:

“O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər. Rüşvət, əsassız maraqlar da ola bilər. Bu, reallıqdır. Ona görə də, Hacıbala Abutalıbova göstəriş vermişəm ki, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənsin. Biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürəcəyik. Yoxsa, xoşniyyətli təşəbbüs bəzi adamların tamahkarlığı ucbatından bizə problem gətirər. Ona görə, bu mexanizm işlənilməlidir. Çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınsın. Ancaq gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir”.


Həmin tapşırıqdan 2 il ötüb...


Prezidentin müşavirədəki çıxışından iki il ötüb. Üstəlik, Prezident ötən il iyunun 27-də “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması” haqqında sərəncam da imzalayıb. Komissiya yaradıldı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyanın tərkibinə baş nazirin müavini, daxili işlər, nəqliyyat, ədliyyə nazirləri, iqtisadi məsələlər üzrə prezident köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş, ictimai-siyasi məsələlər, qanunvericilik və hüquq ekspertizası məsələləri üzrə şöbə müdirləri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Neft Şirkətinin prezidenti, “Azərenerji” və “Azərsu”nun sədrləri daxil idi.

Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb. Ancaq iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təklifləri üç ay ərzində prezidentə təqdim etməli olduğu halda, təkliflər təqdim edilməyib.

Prezidentin müşavirədəki çıxışından iki il, komissiya yaradılmasından isə bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə sənədsiz evlərin qeydiyyata alınması, nə də hazırlanmalı sənədləşmə mexanizmindən xəbər var.

Sakinlər başlarına açılan bu oyundan prezidentin xəbərsiz olduğunu deyir: "Əgər xəbəri olsaydı bizdən rüşvət alanları cəzalandırardı. Nə də olmaya o özü tapşırıq verib ki, evlərimiz sənədləşdirilsin. Yəqin yadından çıxıb. Başı seçkilərə qarışıb. Biz də evimizi sökənlərə elə onu deyirik. deyirik ki, prezidentə müraciət edəcəyik. Əks təqdirdə seçkilərə gedib səs verməyəcəyik. Bizə deyirlər gedin şikayətinizi Oskara bildirin. O kimdi, biz tanımırıq. Bunlar nə demək istəyirlər?", - deyir Lalə Məmmədova.

L.Məmmədovanın da evi bu gün sökülənlər siyahısındadır. O, indiyə qədər evi tikmək üçün müxtəlif dövlət qurumlarına rüşvət verdiyini, ancaq verdiyi rüşvətlərin bu gün evinin sökülməsinə əngəl olmadığını söyləyir: "İcradakı Rəşada 3500, qara Jeep sürən bələdiyyə işçisi Cəfərə 500 manat vermişik. Bir sözlə bundan əvvəlki bələdiyyə sədrinin haqqını verib evi tikmişik. İndi başqa bələdiyyə gəlib o da haqq istəyir. Deyir 1000 manat verməlisən, əks təqdirdə tikə bilməzsən. Hardan alım? İnanın, fəhləyə verməyə pulumuz olmadığından həmin işləri özüm görürəm. Yalvardım ki, nolar mənim evimə dəyməyin, min zəhmətlə tikmişəm. Dedilər "xanım, artıq siz siyahıya düşmüsünüz. Bu gün bir daş da olsa sökməliyik. Qoyun bir-iki daş qoparıb gedək. Siz mane olmayın. 2-3 gündən sonra hörmətimizi edib tikərsiniz. Hardan alım o hörməti?".

Sulutəpə sakini Rüfət Hüseynov isə deyir ki, sökməyə gələnlərin əlində siyahıları var. Kim ki, pul verib ona dəyib, toxunan yoxdur. Əks təqdirdə sökürlər: "Sökülənlər kasıbların evləridir. Hörmətlərini edənə qədər sökürlər. Sonra sakitləşirlər. Özü də biz bu torpağı havayı almamışıq ey. Pul vermişik. Əgər tikintiyə icazə yox idisə bələdiyyə niyə satırdı torpaqları camaata? İndi də icrayla əlbir olub gəlib sökür evlərimizi. İnsanları belə aldatmaq olmaz. Günü 5 manata fəhləlik edirəm. Ən çirkli işlərdə işləyirəm. Gəlib torpaq almışam, ev tikmişəm, borcun xərcin içindəyəm, sonu da belə. Gözlərini yumub dağıdırlar evlərimizi. Görüm onların tifağı dağılsın. Mənim kimi çöllərdə qalıb əziyyət çəksinlər. Ağılları başlarına gəlsin. Uçurdursansa ya hamısını uçur, ya da imkan ver, yaşayaq. Deyirlər "buranı zəbt etmisiniz, 5 min manat verin, bağışlayaq sizə".

Sakinlərdən Əzimxan Alıyev bu gün evlərinin söküntüsü zamanı başından və ayağından xəsarət alıb. Ancaq xeyri olmayıb, evi sökülüb: "Polis maşınları, sahə müvəkkili, icra nümayəndələri gəlib sökdülər evimizi. Əgər olmazdısa niyə pul alıb, tikin, deyirdilər? Bu qabarlı əllərimlə elə dünən evimin üstünə atma atmışdım. Bir onlara pul tök, bir də daşa, sementə, axırı da söküntü olsun. Bu insafsızlıqdı". Ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb. Razılaşmaya əsasən, 20 illik layihə çərçivəsində ölkədə qeydiyyatsız evlərin hamısı sənədləşdirilməlidir.


“Layihə gündəliyə qoyulmayıb”


Hazırlanan “Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında” qanun layihəsi artıq Milli Məclisdədir. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə layihənin hələ gündəliyə salınmadığını deyir: “Hələ heç nə yoxdur. Layihə gündəliyə qoyulmayıb. Konkret nə vaxt müzakirə olunacağını bilmirəm”.

Dövlət 4 il ərzində qanunsuz tikiliyə səs çıxarmırsa…

1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı gecəqondu sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub. “Önər Yıldız Türkiyəyə qarşı” məhkəmə işində Avropa Məhkəməsi onun dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirib: “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb".

Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Bunun üçün hər hansı qanun layihəsinə, sərəncama ehtiyacı yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ARDNŞ Sulutəpə sakinlərini məhkəməyə verdi

    ARDNŞ Sulutəpə sakinlərini məhkəməyə verdi ...

    12-11-2014, 12:31

  • 
  • SOCAR-ın işçiləri Binəqədidə pensiyaçının evini başına uçurdular

    SOCAR-ın işçiləri Binəqədidə pensiyaçının evini ...

    3-09-2013, 13:17

  • 
  • Tağı Əhmədov depo ərazisindəki evləri sökməyə başladı

    Tağı Əhmədov depo ərazisindəki evləri sökməyə ...

    22-01-2014, 13:10

  • 
  • “RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd edib - ŞOK VİDEO

    “RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd ...

    25-07-2016, 16:44

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu