Akif Əsgərov qovşağ işçilərindən Eldar Əzizov üçün pul yığır
gundemxeber.az Sumqayıt telekommunikasiya qovşağının işçilərinin maaşları əllərindən alınıb. Bunu qovşağ rəisi Akif Əsgərov işçilərə yeni il tədarükü ilə şəhərin icra başçısı Eldar Əzizovun tapşırığı ilə əlaqələndirib. İşçilər də bu səbəbdən tətil etməyə hazırlaşırlar. Qovşağ işçilərin verdiyi məlumata görə, onlardan noyabr ayının maaşların tutulub. Bundan əlavə qovşağın rəisi işçilərə bildirib ki, yeni illə əlaqədar dekabr ayında da onlar maaşlarınını 40 faizindən keçməli olacaqlar: "Keçən ay Akif Əsgərov maaşlarımızı tutub əlimizdən aldı. Bizə dedi ki, qabaqda yeni il gəlir. İcra başçısı Eldar Əzizov göstəriş verib ki, idarə və müəsissələrdən şəhərdə yeni il şənlikləri təşkil etmək üçün pul yığılmalıdır. İndi də deyirlər ki, bu ayını maaşlarından da 40 faizi tutulacaq". İşçilər daha sonra bildirir ki, dünən onlar işə çıxmaqdan imtina ediblər. Lakin günorta saatlarında işçilərə bildirilib ki, tətili dayandırsınlar axşam saatlarında pulları qaytarılacaq. İşçilər də tətili dayandırıblar. Lakin Akif Əsgərov işçilərin pulunu yenə də verməyib və bu üsulla qovşağ rəisi onları növbəti dəfə aldadıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?