Bakı və Sumqayıtın əksər qəsəbə və kəndlərində icra nümayəndələri onlara verilən təlimata uyğun olaraq toplantılar keçirir. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, kənd və qəsəbə sakinləri ilə görüşlər keçirən icra nümayəndələri xalqı qarşıdakı seçkilərində prezident İlham Əliyevə səs verməyə çağırır:
“İcra nümayəndələri təşkil etdikləri toplantılarda insanları inandırmağa çalışır ki, “İlham Əliyevdən yaxşısı yoxdur”. İcra nümayəndələri iddia edir ki, bu gün hər bir vətəndaşın vəzifəsi İ.Əliyevi dəstəkləmək, bütün ailə üzvləri ilə birlikdə ona səs verməkdir. Habelə, bəzi icra nümayəndələri açıq, bəziləri isə eyhamla bildirir ki, İ.Əliyevə səs verməyən insanların axırı heç də yaxşı olmayacaq. Kənd və qəsəbə sakinləri isə hesab edir ki, bu cür toplantıların keçirilməsi və insanların bura demək olar ki, məcburən cəlb edilməsi yolverilməz. Vətəndaşlar hesab edir ki, hər kəsin seçki və namizədlərə öz münasibəti var və seçki günü bu münasibət özünü büruzə verəcək. Bu səbəbdən də icra nümayəndələrinin İ.Əliyevin tərifi və təbliğinə həsr edilən toplantılar keçirilməsini insanların çoxu qeyri-ciddi və əhəmiyyətsiz addım hesab edir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?