Təhsil naziri Mikayıl Cabbarov nazirliyin “facebook” səhifəsində ona ünvanlanan sualları cavablandırıb. Nazir müsahibəsində bu il şagirdlərin hamısına attestatın verilməsi ilə bağlı dəyişikliyinə aydınlıq gətirib: "Attestatın verilməsi korrupsiya üçün bir səbəb kmi istifadə olunurdu. Bəzən burda mənfi hallar baş verirdi, attestat verilmirdi. Attestat bir alət kimi sitifadə edərək müzakirə predmetinə çevrilirdi. Bizim siyasətimiz ondan ibarətdir ki, şagirdlər sağlam mühitdə oxusun. Hər hansı riyakarlıq məqbul deyil. Şagirdin qiyməti ikidirsə, o, iki almalıdır və ya kafi, yaxşıdırsa, elə də olmalıdır. Attestatı, şəhadətnaməsi olmayan şagirdlərin gələcək həyatında sosial həyatda iştirak imkanları da məhdudlaşırdı”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?