Bir sıra rayon polis idarələrinin saxlanma təcridxanalarının əsaslı təmirə ehtiyacı var
Bu barədə SalamNews-a İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.
Onun sözlərinə görə, Ucar, Zərdab, Mingəçevir, Ağcabədi, Samux rayonları və Gəncə şəhər polis idarələrinin müvəqqəti saxlanma təcridxalarında keçirilən monitorinqlərə yekun vurulub. Hazırda Gəncədə yeni müvəqqəti saxlanma məntəqəsi tikilir.
O deyib ki, Goranboy rayonunda da belə müəssisənin tikintisi üçün daxili işlər naziri Ramil Usubva müraciət edəcəyəm. Bundan əlavə, İsmayıllı və Qazax rayonlarında müvəqqəti saxlanma məntəqələrinə ehtiyac var. Gədəbəy və Yardımlı rayonlarında isə məntəqələrin təməli qoyulub.
Bildirək ki, monitorinqlərin keçirilməsində məqsəd müvəqqəti saxlanma təcridxanalarında ictimai nəzarətin həyata keçirilməsi, saxlanma şəraiti öyrənilməsi, saxlanan şəxslərin keyfiyyətli dərman preparatları və qida ilə təmin edilməsi, həmçinin, müvəqqəti saxlanma müəssisələrində işgəncə və 48 saatdan çox saxlanma hallarının müəyyən edilməsi olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?