Nemət Kərimli həbsxanada müvəkkilləri ilə görüşdü; Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə dindirilib; AGT fəalı İlkin Rüstəmzadənin sənədləri Avropa Məhkəməsinə göndərilib Dünən vəkil Nemət Kərimli Bakı Şəhər İstintaq Təcridxanasında qanunsuz saxlanılan müvəkkilləri ilə görüşüb. Bu barədə musavat.com-a vəkil özü məlumat verib. Nemət bəy Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu barədə İsmayıllıda baş verən hadisələrlə bağlı dindirilmə hərəkəti həyata keçirildiyini dedi.
Daha sonra vəkil digər müvəkkili, Müsavat Partiyası Başqanının müşaviri Yadigar Sadıqovla görüşüb. Görüşdə Yadigar Sadıqov qatarla Lənkərana etap olunarkən 4 nəfərlik kupedə 15 nəfər məhbusun aparılması ilə bağlı Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə və Ombudsmana vəkili vasitəsi ilə şikayət verib.
Vəkil AGT üzvü İlkin Rüstəmzadə ilə də görüşdüyünü qeyd etdi. O bildirdi ki, artıq müvəkkilinin şikayət ərizəsi Avropa Məhkəməsinə göndərilib.
O, müdafiəsinə yeni qoşulduğu NİDA-çı gənc fəal Şahin Novruzovla da görüşüb. Nemət Kərimli Şahin Novruzovun sənədlərinin Avropa Məhkəməsinə hazırlandığını qeyd etdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?