İlham Mirzəyevin böhtan atıb, həbsə saldırdığı iddia edilən Asif Əliyevin anası Lyudmila Əliyeva KİV-lərə yenidən müraciət ünvanlaıb.
Müraciətdə bildirilir ki, İlham Mirzəyev, Asif Əliyevə və onun ailəsinə hədə-qorxu gəlir, hüquq mühafizə orqanlarının işçilərinə təzyq göstərir, istintaqa mane olur.
Məsələ ilə bağlı A.Əliyevin vəkili Cavanşir Süleymanov Publika.Az-a açıqlama verərək bildirib ki, cinayət işinin detallarını yenidən araşdırmağa başlayıblar. İlham Mirzəyevin boynunun “xəstəliyi” barədə həkim mütəxəssislərə müraciət ediblər.
Həkim mütəxəssislərin rəyinə görə,”boynun fiziki təsir nəticəsində əmələ gəlmiş protruziyası” diaqnozu olan insan uzun müddət ərzində qolunu qaldıra bilməz: “Lakin İlham Mirzəyev uydurulmuş hadisədən 3 gün sora “Günabaxan” verilişinə çıxıb, efirdə sərbəst hərəkətlər edib, Qəbələdə istirahət edərkən 2 yaşlı qızını əlləri ilə başı üzərinə qaldırıb. Bu necə ola bilər? Bu "möcüzəni" hüquq mühafizə orqanları araşdırıb. Məlum olub ki, saxta tibbi rəy özəl klinikadan alınıb.
İstintaqın gedişi zamanı kobud səhflərə də yol verilib. Fikrimizcə, şahid ifadələri də saxtadır. Üzləşmə və tanıma prosedurası qanunsuz şərtlərlə yerinə yetirilib. Bu cinayət işində paradokslar yüzlərlədir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?