“Ermənistan avqustun 17-də saxlanılan Allahverdi Pələngov barədə xasiyyətnamə istəyib”.
Bu barədə APA-nın Gürcüstan bürosuna “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev bildirib.
O, Pələngov barədə xasiyyətnamənin hansı təşkilat tərəfindən tələb olunduğunu bilmədiyini deyib: “Sadaxlı icra nümayəndəsi Allahverdi Pələngov barədə xasiyyətnamə hazırlayıb və həmin sənəd saxlanılan soydaşımıza göndərilib. Sənədi aparan şəxsin kimliyi məlum deyil. Burada fikrimcə, belə bir versiya ola bilər - ya Allahverdini buraxacaqlar, ya da tezliklə onun məhkəməsi başlanacaq. Əgər onu buraxacaqlarsa, onda xasiyyətnamə kimə lazımdır? Ümidimiz var ki, iş məhkəməsiz başa çatsın, amma məhkəmənin olacağı ehtimalı 90 faizdir”.
Xatırladaq ki, Sadaxlı inzibati ərazi nümayəndəliyinə daxil olan Burma kənd sakini, 1969-cu il təvəllüdlü Allahverdi Pələngov Ermənistan Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb və onun haqqında cinayət işi başlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?