Allahverdi Pələngov: "And olsun Allaha elə bil ki yenidən doğulmuşam"
Azərbaycan 2 aydan artıqdır ki, Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı olan həmyerlimiz Allahverdi Pələngov ailəsinə təhvil verilib.
Allahverdi Pələngov: “And olsun Allaha elə bil ki yenidən doğulmuşam dünyaya. Baxdıqca doğma gəlir bu torpaq, bu yurd, baxdıqca gözümə inamıram”.
Avqustun 17-dən İrəvanda saxlanılan və bir neçə gündür ki, evə qayıdan Gürcüstan vətəndaşı Allahverdi Pələngov deyir ki, onu Ermənistan sərhədini keçməyə mülki geyimdə olan Ermənistan vətəndaşları məcbur edib.
Allahverdi Pələngov: “Mənə dedilər sənin dırnağını sökəciyik boynuna ayrı şey də qoya bilərik, sən de ki sərhədi bilmədən keçmişəm bununlada qurtardı”.
İrəvana aparılan Pələngov həbsxanada 3 erməniylə bir yerdə saxlanılıb. Amma Gürcüstan vətəndaşı olduğu üçün həbsxanada heç bir problem və fiziki zorakılıqla üzləşmədiyini deyir.
Xatırladaq ki, Marneulinin Burma kənd sakini olan Allahverdi Pələngov sərhəddi keçdiyi üçün Ermənistan sərhədçiləri tərəfindən saxlanmışdı. Burma kəndi delimitasiya olunmamış hissədə yerləşdiyindən burada yaşayan həmyerlilərimiz tez tez belə problemlərlə rastlaşırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?