GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gürcüstan girov götürülmüş azərbaycanlı üçün danışıqlar aparır

Gürcüstan girov götürülmüş azərbaycanlı üçün danışıqlar aparır

Tarix: 19-08-2013, 11:13 Bölmə :Ölkə Baxış: 614
Gürcüstan girov götürülmüş azərbaycanlı üçün danışıqlar aparır
Hazırda Ermənistan Təhlükəsizlik Nazirliyində saxlanılan Allahverdi Pənahovun bu gün geri qaytarılacağı bildirilir

APA-nın Gürcüstan müxbiri Sadaxlıda girov götürülən soydaşımızın ailəsində olub. ANS PRESS həmin reportajı olduğu kimi oxucularına təqdim edir.

“Sadaxlı kənd icra nümayəndəliyinin inzibati ərazi dairəsinə daxil olan Burma kəndindəyik. Erməni sərhədçilərinin girov götürdüyü Allahverdi Pələngovun ailəsi bu kənddə yaşayır. Məni Sadaxlı kənd mərkəzində Allahverdi Pələngovun qardaşı oğlu Anar Pələngov qarşıladı və polisin hadisə baş verən kəndə getdiyini dedi. Az sonra “Niva” markalı avtomobilin sürücüsü Mirzə Pələngov (sonra öyrəndim ki, o, girov götürülən şəxsin qardaşıdır) yaxınlaşdı, mənim kim olduğumu soruşdu və jurnalist olduğumu eşidəndə bildirdi ki, “bizə jurnalist lazım deyil, bizə hökumət adamı, polislər lazımdır. Qardaş sən geri qayıt, bizim işimizə mane olma, qoy polislə işimizi görək, ermənilər bilsə ki, bu məlumat mətbuata ötürülüb, qardaşımızın işi yaxşı olmaz”.

Gürcüstan-Ermənistan gömrük məntəqəsindən sağa burulub, təxminən 3 km yol gəldikdən sonra Burma kəndi başlayır. Ermənistan gömrük məntəqəsi ilə bu kəndi magistral yoldan cəmi 100-150 metr məsafə ayırır. Burma kəndinə çatanda yerli sakinlərin toplaşıb hadisəni müzakirə etdiklərini gördüm. Gürcüstanın “Gürcü Arzusu” partiyasının Siyasi Büro üzvü Əli Babayev və “Sadaxlı Dirçəliş İttifaqı” qeyri-hökumət təşkilatının sədri Sabir Mehdiyev də kənddə polislərlə hadisənin təfərrüatlarını öyrənməyə çalışırdı. Polislər Allahverdi Pələngövun həyat yoldaşından, oğlu Kənan və hadisənin digər şahidlərindən izahat alırdı. Allahverdi Pələngövun evində olarkən qardaşı Mirzə Pələngov yenə mənim və “Sadaxlı Dirçəliş İttifaqı” qeyri-hökumət təşkilatının sədri Sabir Mehdiyevə kəndə gəlməmizə etiraz etdi və Allahverdi Pələngovun həyat yoldaşından açıqlama almağıma mane oldu. Mirzə Pənləngov şəkil çəkməyimə də etirazını bildirdi. Mən kənd sakini Vaqif Naibovun maşını ilə sərhədə gedərək Ermənistan sərhədçilərinin dayandığı sərhəd zolağını da çəkmək istədim. Vaqif Naibov bildirdi ki, 3-4 il bundan əvvəl ermənilər 1974-cü ilin qondarma xəritəsini əsas gətirərək meşəyə yaxın ərazidə kənd evlərinin yerləşdiyi ərazilərin Ermənistana aid olduğunu iddia edib və azərbaycanlıları dədə-baba evlərimizdən çıxartmaq istəyiblər: “Lakin biz mübarizə apardıq, müvafiq təşkilatlara müraciət etdik, bundan sonra evlərimizi vermədik. Lakin başımıza hələ də çox hadisələr gəlir”.

Allahverdi Pələngovun əmisi oğlu Süleyman Pələngov APA-ya açıqlamasında girov götürülən şəxsin Ermənistan-Gürcüstan sərhədinin neytral sahəsində iki erməni çobanı ilə görüşdüyünü və birlikdə çörək yediklərini bildirib: “Sonra erməni sərhədçiləri onların hər üçünü tutaraq, yaxınlıqda olan erməni sərhəd zastavasına aparıblar. Ermənilər izahat verdikdən sonra azad buraxılıb əmim oğlu Allahverdini isə İrəvana aparıblar. O, indi Ermənistan Təhlükəsizlik Nazirliyində saxlanır”.

“Gürcü Arzusu” partiyasının Siyasi Büro üzvü Əli Babayev baş verən hadisə barədə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin milli azlıqlarla iş üzrə köməkçisi Savalan Mirzəyevin də məlumatlı olduğunu deyib. O hadisəyə müdaxilə edəcəyini və müvafiq orqanları məlumatlandıracağını bildirib. Burma kəndində mənə hadisə ilə bağlı artıq Azərbaycan və ABŞ-ın Gürcüstandakı səfirliklərinə məlumat verildiyini bildiriblər.

Hadisə yerinə gələn Sadaxlı kənd icra nümayəndəliyinin rəhbəri Hüseyn Əsgərov APA-ya açıqlamasında hadisə ilə bağlı Gürcüstan Təhlükəsizlik İdarəsi rəsmilərinin Ermənistanın əlaqədar qurumları ilə danışıqlar apardığını və bu gün Allahverdi Pələngovun geri qaytarılacağını söylədi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda saxlanılan Allahverdi Pələngovun oğlu Ermənistana gedərək atası ilə görüşüb

    Ermənistanda saxlanılan Allahverdi Pələngovun ...

    20-09-2013, 13:11

  • 
  • Ermənistan həbs etdiyi azərbaycanlı haqda xasiyyətnamə istəyib

    Ermənistan həbs etdiyi azərbaycanlı haqda ...

    6-09-2013, 12:03

  • 
  • Erməni sərhədçilər daha üç azərbaycanlını özləri ilə aparıblar

    Erməni sərhədçilər daha üç azərbaycanlını özləri ...

    29-08-2013, 11:00

  • 
  • Girovluqdan buraxılan azərbaycanlı: "Mənə dedilər dırnağını sökərik"

    Girovluqdan buraxılan azərbaycanlı: "Mənə ...

    23-10-2013, 14:06

  • 
  • İki ildir girov saxlanılan jurnalist azad edildi

    İki ildir girov saxlanılan jurnalist azad edildi ...

    27-08-2014, 12:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu