GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sərdar Cəlaloğlundan Sirus Təbrizlinin ölümü ilə bağlı ilginc açıqlama

Sərdar Cəlaloğlundan Sirus Təbrizlinin ölümü ilə bağlı ilginc açıqlama

Tarix: 10-09-2013, 12:33 Bölmə :Ölkə Baxış: 697
Sərdar Cəlaloğlundan Sirus Təbrizlinin ölümü ilə bağlı ilginc açıqlama
Keçmiş məhkəmə tibb eksperti əmindir ki, Təbrizli yaşı ilə həyat tərzi arasındakı fərqə görə dünyasını dəyişib...

YAP-ın qurucularından olan Suris Təbrizlinin qəfil ölümü suallar yaradıb. Sağlam həyat tərzi keçirən YAP-ın “Dədə Qorqud”unun ailə üzvləri onun səhhətində heç bir probleminin olmadığını deyirlər. Onun həyat yoldaşı Rəfiqə Təbrizli “Azadlıq” radiosuna demişdi ki, Təbrizlinin sağlıq durumundan heç bir şikayəti olmayıb: “Qapını açdıq ki, uzanmış vəziyyətdədir. Eynəyi gözündə, oxuduğu kitab da düşüb sinəsinin üstünə...”

S.Təbrizli 2007-ci ildə YAP əleyhinə sərt çıxış edərək partiyadan uzaqlaşmışdı. Bu uzaqlaşmadan sonra YAP-ın ən sərt tənqidçisi statusundan geri də çəkilmirdi. Belə bir kəskin mövqe sərgiləyən S.Təbrizlinin qəfil ölümü ən müxtəlif fikirlərin yayılmasına səbəb olub. Onun meyitinin yarılmasına ailə üzvlərinin razılıq verməsi də şübhələri bir qədər artırıb – “şübhə yox idisə, niyə meyitin yarılmasına icazə verilib” sualı aktuallaşıb.

Digər tərəfdən, meyitin müayinəsini həyata keçirən məhkəmə tibb-ekspertinin “ürək damar çatışmazlığı” diaqnozu şübhələri əksiltmədi. Nədən ki, belə bir “növbətçi” diaqnoz az qala bütün qəfil dünyasını dəyişənlərə qoyulur.

Vaxtilə məhkəmə tibb eksperti olmuş ADP lideri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a deyib ki, Sirus Təbrizlinin həyat tərzi ilə yaşının uyğun olmaması onun ölümünə səbəb ola bilərdi: “Çində, Asiya ölkələrində yaşlı insanlar üçün təhlükəsiz idman növləri tətbiq olunur. Çox təəssüf ki, Sirus Təbrizli öz yaşının xüsusiyyətlərini nəzərə almayıb. Gənc orqanizm üçün qəbul edilən olan idman növləri ilə məşğul olurdu. Görünür, həmin ağır idman növləri ilə məşğul olması ürəyini həddən artıq yükləyib”.

S.Cəlaloğlu S.Təbrizlinin ölümünə kiminləsə telefonla danışıb əsəbiləşməsinin səbəb ola biləcəyi fikirləri ilə razılaşmayıb. Onun zəhərlənə biləcəyi ehtimalı haqda isə bunları deyib: “Bunu meyiti müayinə edən məhkəmə eksperti deyə bilər. Zəhərlənməni laborator müayinə ilə müəyyən etmək mümkündür. Laborator təsdiq olunmayıbsa biz deyə bilmərik ki, Sirus Təbrizlini zəhərləyiblər və ya əksinə. Zəhərlənmə o qədər konkret haldır ki, bunu orqanların müayinəsindən dəqiq müəyyən etmək mümkündür. Əlbəttə ki, gec təsir edən, izi qalmayan, orqanizmdən tez çıxan zəhərlər də var. Zəhərlənmə olanda ölümdən əvvəl orqanizmin ona reaksiyaları olur - halsızlıq, mədə-bağırsaq sisteminin pozulması və s. Əgər Sirus Təbrizli kitab oxuya bilibsə, deməli, zəhərlənmə əlaməti olmayıb. Bəzi qaz halında zəhərlər var ki, ani ölüm verir. Amma həmin qaz hansı məkanda istifadə olunursa, orada olan hər bir canlı ölür. Yəni zəhərlənmə zamanı ağız köpüklənməsi, bədəndən maye ifrazı olur. Bəzi zəhərlənmələrdə dərinin rəngində kəskin dəyişmələr müşahidə olunur. Əgər ölümündən əvvəl ayrı-ayrı zəhər qruplarına aid əlamətlər olmayıbsa, deməli, zəhərlənmə də olmayıb”.

S.Cəlaloğlu əmindir ki, S.Təbrizli yaşı ilə həyat tərzi arasındakı fərqə görə dünyasını dəyişib: “Mən onun başı üstə durmuş vəziyyətdə fotosunu görəndə yanımda olanlara dedim ki, bu adam orqanların yaşını nəzərə almır. Elə orqanizm var ki, 20 yaşındadır, amma ürək faktiki olaraq 40 yaşlı insanın ürəyi kimi qocalıb, beyin isə 70 yaşlı birinin beynidir. Həmin 20 yaşlı orqanizm infarkt olanda deyirlər ki, 20 yaşlı bir orqanizm necə infarkt olur? Yəni nəzərə alınmır ki, ürək digər orqanlarla münasibətdə sürətlə qocalır. Orqanizmin hər bir orqanının bioloji yaşı fərqlidir. Bu nəzərə alınmalı idi”.

S.Cəlaloğlu bildirib ki, Azərbaycanda əksər zəhərləri müəyyən edən laboratoriya mövcuddur: “Bəzi zəhərlər var ki, orqanizmə düşəndən sonra tez bir şəkildə parçalanır və izləri itir. Bu tip zəhərləri müəyyən etmək çətindir. Amma bununla belə, çürüməyən, ölümdən sonra uzun müddət qalmayan meyitlərdə bütün növ zəhərlənmələri müəyyən etmək mümkündür”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sirus Təbrizli dəfn olundu- Fotolar

    Sirus Təbrizli dəfn olundu- Fotolar ...

    8-09-2013, 20:38

  • 
  • Sirus Təbrizli Fərəc Quliyevi hədəf göstərdi

    Sirus Təbrizli Fərəc Quliyevi hədəf göstərdi ...

    7-05-2013, 20:03

  • 
  • Əli Nağıyev YAP-dan çıxarılıb

    Əli Nağıyev YAP-dan çıxarılıb ...

    22-11-2013, 18:35

  • 
  • YAP Gülər Əhmədovanın çıxarıldığını təsdiqlədi

    YAP Gülər Əhmədovanın çıxarıldığını təsdiqlədi ...

    15-12-2012, 15:52

  • 
  • YAP-çı deputat Şahbaz Quliyevin evində - (Foto)

    YAP-çı deputat Şahbaz Quliyevin evində - (Foto) ...

    31-10-2014, 15:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (277)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu