Kompyuter texnologiyaları sürətlə inkişaf etdiyi kimi, avtomobillər də ildən illə daha “ağıllı” olur.
Almaniyanın "Mercedes" şirkəti Frankfurt avtosərgisində, avtonom rejimdə çalışa bilən yeni S-500 modelini təqdim edib.
Müxtəlif radarlar, kameralar, CiPiEs sistemin və digər vasitələrlə təchiz olunmuş avanqard maşın, sürücü olmadan hərəkət etməyə imkan verir. Yeni maşının bamperlərinə sensorlar, güzgülərinə isə kameralar quraşdırıldığını deyən şirkət rəsmisi bu sistemin yolda sürücüdən daha az səhvə yol verdiyini əmin edir.
Belə ki, yeni sistem yol şəraitində maşınlar arasındakı məsafəni, əngəlləri qeydə ala və işıqforların intervallarını hesablaya bilir. Şirkət tam avtonom rejimli modeli 2020ci ilə istehsal etməyi planlaşdırır (Euronews).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?