Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən məlumata görə, Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "Nissan" markalı minik avtomobili sahibi məlum olmayan digər vətəndaşa məxsus "Tofaş" markalı maşınla toqquşub. Nəticədə "Nissan" markalı avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində ölüb və yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılıb. Yanğın saat 00:13-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Musavat.com-un əldə etdiyi məlumata görə, "Tofaş"ı İTV-nin bölgə müxbiri Tural Bağırov idarə edib. O, əvvəllər ANS telekanalında da işləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?