Bu gün Səbail Rayon Məhkəməsində “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının vəsatətinə baxılıb.
Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, həbs müddəti 3 ay uzadılıb.
P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Yeni dizaynımız necədir?