Müsavat Gənclər Təşkilatı Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi, professor Cəmil Həsənlinin təşviqat kompaniyası çərçivəsinda şəhərin mərkəzində, Fəvvarələr meydanında aksiya keçirib. Gənclər üzərində “Cəmil Həsənli” və “Oğruya yox, doğruya səs ver” yazılmış köynəklər geyinərək mərkəzi küçələri gəzməyə başlayıblar.
Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəylinin “Yeni Müsavat” a verdiyi məlumata görə, həmin şəhər sakinlərinə 22 sentyabr mitinqi ilə bağlı 3 mindən çox çağırış vərəqəsi paylanıb: “Polislər və Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları qanusuz və kobud şəkildə müdaxilə edərək aksiyanın qarşısının almağa cəhd etdilər. Onlar gənclərə hədə-qorxu gəldilər. Sonda xeyli sayda polis və Bulvar İdarəsinin əməkdaşları bizi ərazidən zorla uzaqlaşdırdılar”. Rüfət Hacıbəylinin sözlərinə görə, təşviqat kampaniyası bitənə kimi Müsavat Gənclər Təşkilatı Bakıda və bölgələrdə öxşar aksiyalar keçirəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?