Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovun başı dərddə: TN-nin komissiyası şok yeyinti faktları aşkarlayıb Sumqayıt Dövlət Universitetində baş verən qanunsuzluq və neqativ hallarla bağlı ölkə mətbuatında mütəmadi olaraq materiallar dərc olunur. Bu isə heç də səbəbsiz deyil və adıçəkilən təhsil müəssisəsindəki çox acınacaqlı durumdan xəbər verir. Bununla bağlı “Gündəm-xəbər”ə daxil olan son məlumatlar isə SDU-dakı vəziyyətin biz təsəvvür etdiyimizdən də acınacaqlı olduğundan xəbər verir. Hər halda həmin faktlarla tanış olduqdan sonar buna özünüz də əmin olacaqsınız. Mənbəmiz iddia edir ki, hazırda Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin Maliyyə İdarəsi ilə birgə Hesablama Palatası maliyyə yoxlamalarına start verib. Bu isə adıçəkilən qurumlara daxil olan çoxsaylı çikayətlərdən sonar reüallaşıb. Əldə etdiyimiz informasiyada qeyd olunur ki, təhsil naziri Mikayıl Cabbarov bu vəzifəyə gəldiyi ilk gündən ona daha çox məhz SDU-dan şikayətlər daxil olub ki, bu da öz növbəsində indiki təftişlərə səbəb olub. SDU-nun rektoru Nadir Qəhramanov isə bu yoxlamaların qarşısını almaq üçün bütün səylərini səfərbər etsə də bunu bacarmayıb. Elə bu amylin özü də belə düşünməyə əsas verir ki, təftişlərin nəticəsi olaraq Nadir Qəhrəmanov tutduğu vəzifədən azad edilə bilər. Təbii ki, bütün bunlar yalnız ehtimaldır, hər halda prosesləri qabaqlamayaq. Odur ki, biz bu yazıda daha çox SDU-dakı yoxlamalar və buna səbəb olmuş amillərdən bəhs edəcəyik. SDU-dakı yoxlamaların səbəbinə gəlincə, mənbəmiz iddia edir ki, bu universitetdəki maliyyə vəsaitlərinin mənimsənilməsi, təmit-tikinti üçün ayrılmış çox böyük pulların təyinatı üzrə xərclənməməsi, universitetdə “ölü canlar”ın saxlanması və s bu kimi neqativ hallardır. Bu baxımdan maraqlı bir faktı da oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, bu məqsədlə küllü miqdarda vəsaitin ayrılmasına baxmayaraq son 12 il ərzində SDU-da heç bir əsaslı təmir-tikinti işləri aparılmamışdır. Əldə etdiyimiz informasiyada qeyd olunub ki, təmir-tikinti məqsədilə təkcə 2011-ci ildə SDU-ya 115.000 (yüz on beş min) manat pul köçürülmüşdür. Nəzərə alın ki, bu yalnız bir il ərzində köçürülən vəsaitdir, anoloji olaraq digər illər ərzində də kifayət qədər böyük vəsait ayrılıb. Lakin həmin pulların mənimsənildiyinə əmin olmaq üçün heç də sənədlərlə tanış olmağa ehtiyac qalmır. SDU-nun acınacaqlı görkəmin ən böyük “sənəddir” və ötəri nəzər salmaq belə kifayətdir ki, burada heç bir tikinti-təmir işinin aparılmadığına əmin olasan. Söhbət sənədlərdən düşmüşkən, bununla bağlı da maraqlı faktlar əldə etmişik. Təmir-tikinti işləriylə bağlı SDU-nun mühasibatlığında saxta sənədlər tərtib olunub ki, elə yoxlamalara da həmin sənədlər təqdim olunub. Bir məqamı da vurğulamaq lazımdır ki, 2006-ci ildən 2012-ci ilə qədər olan müddət ərzində SDU-nun əmək haqqı cədvəlində kifayət qədər “ölü canlar” göstərilib. Bunun mexanizmi isə belədir ki, universitetdə saat hesabı ilə “dərs deyən”, lakin bundan özlərinin xəbərləri olmayan onlarla işçi aşkarlanıb. Bundan sonar isə bu sahədə “islahatlar “ aparılıb və bu şəxslərlə qarşılıqlı razılaşma əsasında iş qurulub. İndi həmin sənədlər yoxlanarsa burada hansı maxinasiyaların olduğu üzə çıxar. Biz hələlik bu mövzuya nöqtə qoyuruq, qoy, bu məsələylə müvafiq orqanlar məşğul olsun. Bununla belə, qeyd etməyi özümüzə borc bilirik ki, bununla bağlı mühasibat sənədlərinin bir surəti də əlimizdədir və növbəti saylarımızda həmin sənədi də dərc etməyi düşünürük. Bizə məlumat verən mənbə həmçinin iddia edir ki, saxtalaşdırılmış maliyyə sənədlərinin əsas nüsxələrini yaxın günlərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və Hesablama Palatasına göndərəcəkdir. Hesab edirik ki, həmin sənədlərin araşdırılmasından sonra SDU-dakı korrupsiya faktları bütün çılpaqlığı və iyrəncliyi ilə gözlər önünə səriləcək. Məsələylə dağlı diqqət çəkən məqamlardan biri isə SDU-nun rektoru Nadir Qəhrəmanovun baş verənlərlə bağlı universitetdə formalaşdırmağa çalışdığı ictimai rəydir. O, universitet kollektivi arasında belə bir rəy formalaşdırmağa çalışır ki, guya Prezident Adminstrasiyası İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin burada baş verənlərin hamısından xəbəri var. Rektor hatta deyir ki, “Biz kimik ki? Biz yalnız R.Mehdiyevin tapşırıqlarını icra edirik”. Təbii ki, biz qəzet olaraq, bütün bu iddiaların əsassız olduğunu düşünür və rektorun buy olla “sudan quru çıxmaq” cəhdində bulunduğunu iddia edirik. Son olaraq qeyd edək ki, SDU-nun rektoru Nadir Qəhrəmanov seçkilərdə prezident İlham Əliyevin Sumqayıt şəhəri üzrə vəkili təyin olunub. Özünüz düşünün: Rüşvət və korrupsiya girdabında boğulan bir şəxsin İlham Əliyevin vəkili olması nə dərəcədə doğrudur? Şahin
Sorğu
Yeni dizaynımız necədir?