GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qanunsuz qeysəriyyə əməliyyatı aparanlar cəzalandırılacaq – (Fakt+Şərh)

Qanunsuz qeysəriyyə əməliyyatı aparanlar cəzalandırılacaq – (Fakt+Şərh)

Tarix: 28-11-2013, 15:04 Bölmə :Ölkə Baxış: 882
Qanunsuz qeysəriyyə əməliyyatı aparanlar cəzalandırılacaq – (Fakt+Şərh)

Azərbaycan prezidenti İlham Əliyev dünən qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib.

Dəyişikliyə əsasən, Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır.

Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Yeri gəlmişkən, həmin məcəlləyə bundan əvvəl Milli Məclisdə edilmiş dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfində müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə əməliyyatının aparılmasına görə, vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək miqdarda, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manatadək cərimə ediləcəklər.

Məsələyə bu səviyyədə müdaxilə bəlkə də kimlərəsə qəribə görünə bilər. Əslində isə burada qəribə və ya təəccüblü heç nə yoxdur. Amma bu barədə bir az sonra. Hələliksə gəlin görək, qeysəriyyə əməliyyatı nədir?

Qeysəriyyə – dölün və sonluğun uşaqlıqdan onun divarını kəsməklə çıxarılması, başqa sözlə, təbii doğuş prosesinə cərrahi müdaxilə deməkdir. Mütəxəssislər deyirlər ki, bu sözün tarixi kökləri haqqında müxtəlif versiyalar mövcuddur. Latınca “sektio saesarea” kimi səslənən bu ifadəni qədim Roma imperatoru Qay Yuli Sezarın adı ilə bağlayan versiya Roma tarixçisi Plininin tarixi əsərlərində təsdiq olunub. Daha bir versiyada isə qeysəriyyənin kökü daha uzaqlara gedərək, qədim yunan mifologiyasına dayanır. Mifologiyaya görə, Dionis və Eskulap ölmüş analarının – Selema və Kornidanın bətnindən bu yolla çıxarılıblar. Eramızdan əvvəl 7-ci əsrdə isə Roma imperatoru Numa Pompilius ölmüş ananı, qarnındakı uşağı çıxarmadan basdırmağı qadağan edən qanun verib ki, bu qanun əksər Avropa ölkələrində hələ də işləyir.

İlk dəfə qeysəriyyə əməliyyatını dürüst şəkildə 1610-cu ildə Vittenburqlu cərrah İtrautmann həyata keçirib. 1756-cı ildə isə bu əməliyyata Rusiyada müraciət olunub.

Bu əməliyyatın elmi-tarixi əsası 1581-ci ildə qoyularaq ilk monoqrafiya yazılıb.

Qeysəriyyə əməliyyatı zamanı əvvəlcə qarının üst divarı - dəri, piy və toxumalar kəsilir. Bundan sonra isə uşaqlığın divarı şaquli və ya üfuqi istiqamətdə kəsilərək, döl çıxarılır.

Bu üsul, adətən, ciddi ehtiyac yarandıqda, ananın və uşağın həyatını xilas etmək üçün həyata keçirilib. Əməliyyata dölün köndələn və ya çanaq gəlişi vəziyyətində, çanaq dar, uşağın başı böyük olduqda və ananın doğuş fəaliyyətinin zəif olması zamanı yol verilir.

Bu tələb indi də beynəlxalq səhiyyə təşkilatları tərəfindən gündəmdədir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı yalnız ciddi və əsaslı tibbi göstəriş olarsa, qeysəriyyəyə müraciət etməyin mümkünlüyünü vurğulayır. ÜST həmçinin hər hansı bir ölkədə qeysəriyyənin ümumi doğuşun 15 faizindən yuxarı olmasını normal hal saymır.

Lakin son 20 ildə ən inkişaf etmiş ölkələrdə belə, bu əməliyyatın faizi dəfələrlə yüksəlib. Bu artım Amerikada 5, Kanadada 4 dəfədirsə, Hindistan və Çində 10-u keçib. Son illərin statistikasına görə, ABŞ-da qeysəriyyə 30 faizi adlayıb. Fransa 20, Avstraliya 29 faiz artımla bu “dəbə” qoşulursa, Hindistan və Çində qeysəriyyə doğuşun tam yarısını əhatə etməklə rekord həddə çatıb.

Azərbaycanda isə… Təəssüf ki, bizdə də qeysəriyyəyə müraciət edənlərin sayı çoxalıb. Məsələn, 2012-ci il üçün rəsmi statistik məlumata görə, qeysəriyyə əməliyyatı nəticəsində 14% oğlan, 46% qız uşağı götürülüb. Belə ki, keçən il ölkə üzrə 173 min doğuş reallaşıb ki, bunun da 18 faizi qeysəriyyə əməliyyatı ilə baş tutub. Başqa sözlə, Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir.

Halbuki yuxarıda da vurğuladığımız kimi, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Güman edirik ki, bütün bunlardan sonra məsələyə ən yüksək səviyyədə diqqət yetirilməsinin səbəbini başa düşdünüz. Yeri gəlmişkən, ekspertlər onu da xüsusi qeyd edirlər ki, sözügedən dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək və səhiyyə sistemində müəyyən qayda-qanunun bərpasına təsir göstərəcək...

Bəs ana olmaq istəyən qadınlar və onlarla məşğul olan əkimlər niyə bu üsula üstünlük verirlər?

Ekspertlər deyirlər ki, burada məsələnin bir tərəfi anaların ağrıdan qaçmaq, doğuşdan sonra bədən formalarını korlamamaq istəyi ilə bağlıdırsa, ikinci tərəfi akuşer-həkimlərin məsuliyyətdən yayınmaq istəklərinə və maddi amillərə söykənir. Məlumatlara görə, özəl klinikalarda qeysər əməliyyatı 1000-1500 AZN, təbii doğuş isə 1000-1200 AZN arası həyata keçirilir.

...Yuxarıda qeyd etdik ki, əslində qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda müraciət olunmalıdır.

Həkimlərin fikrincə, bu kimi hallar baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu istənilən halda bir əməliyyatdır və bunun da müəyyən ciddi riskləri, fəsadları var.

Bu sahənin həkimlər deyirlər ki, qeysəriyyə birbaşa qarın boşluğunda aparılan əməliyyat olduğundan bitişmələrə gətirib çıxara bilər. Bu zaman çapığın yetməzliyi olur və ana gələcəkdə daha çox uşaq sahibi ola bilmir. Ona görə də həkim ananın psixoloji olaraq təbii doğuşa hazırlamalıdır.

Elə psixoloqlar da təbii doğuş tərəfdarıdırlar. Dünya pratikasında gənc anaların təbii doğuşa hazırlaması üçün qadın məsləhətxanalarında psixoloqlar da fəaliyyət göstərir. Çünki təbii doğuşdan çəkinib qeysəriyyəyə üstünlük verən ana bilməlidir ki, uşaqda sonradan ciddi fəsadlar üzə çıxacaq.

Yeri gəlmişkən, əməliyyat ilə doğulan uşaqlarda tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması kimi hallara daha çox rast gəlinir. Bu körpələr allergik xəstəliklərə də meylli olurlar.

Qeysəriyyəinin digər bir fəsadı anada laktasiya prosesinin gecikməsi ilə bağlıdır. Əgər təbii doğuş zamanı ana bir neçə saatdan sonra körpəylə ünsiyyətdə ola bilirsə, qeysəriyyə zamanı bu ünsiyyət ən yaxşı halda üç gün gecikir. Təkrar qeysəriyyədə bu “intizar” bəzən bir həftəyə çatır ki, bu da anada laktasiyanın gecikməsinə səbəb olur.

Amma nə olsun, qeysəriyyəyə üstünlük verənlərin sayı azalmaq əvəzinə artır. Ən təəccüblüsü də odur ki, qeysəriyyəyə daha çox məhz bunları bilən ali təhsilli, yaşı çox olan və imkanlı qadınlar üstünlük verirlər..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qeysəriyyə kəsiyi əməliyyatları xeyli artıb

    Qeysəriyyə kəsiyi əməliyyatları xeyli artıb ...

    21-11-2015, 13:08

  • 
  • Qeysəriyyə əməliyyatı ilə bağlı cəza müəyyənləşir

    Qeysəriyyə əməliyyatı ilə bağlı cəza müəyyənləşir ...

    29-05-2013, 11:47

  • 
  • Qanunsuz qeysəriyyə əməliyyatları ilə bağlı cərimələr artdı

    Qanunsuz qeysəriyyə əməliyyatları ilə bağlı ...

    28-06-2013, 19:34

  • 
  • Qeysəriyyə əməliyyatını qeyri-qanuni aparanlar məsuliyyətə cəlb olunacaq

    Qeysəriyyə əməliyyatını qeyri-qanuni aparanlar ...

    22-10-2013, 13:59

  • 
  • Oqtay Şirəliyev prezidentin sərəncamlarının icrasına niyə nəzarət etmir?

    Oqtay Şirəliyev prezidentin sərəncamlarının ...

    16-05-2014, 10:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu