Amnesty İnternational Azərbaycanla bağlı yeni hesabat hazırlayıb Amnesty İnternational təşkilatı Azərbaycanla bağlı hesabat açıqlayıb. Sənəddə Azərbaycanda insan haqlarına qarşı basqı faktları əksini tapıb. Hesabat 5 hissədən ibarətdir: Giriş, azad media üçün məkanın daralması, siyasi fəalların təqibi, vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin artması və tövsiyələr.
“Azad media üçün məkanın daralması” bölməsinin “Jurnalistlərn şantaj olunması, qorxudulması və həbsi” paraqrafında Xədicə İsmayılova, Mehman Hüseynov, Pərviz Həşimli və Hilal Məmmədovla bağlı məlumatlar yer alıb.
Hesabatda bildirilir (ixtisarla): “Pərviz Həşimli “Bizim Yol” qəzetinin köşə yazarı, “Moderator.az” xəbər portalının sahibi və Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzi adlanan qeyri-hökumət təşkilatının direktorudur. 2013-cü il sentyabrın 17-də axşama doğru o, MTN-in əməkdaşları tərəfindən saxlanııb və evində axtarış aparılıb. MTN onun qaçaqmalçılıq və qanunsuz olaraq silah saxlamaq cinayətlərində iştirakçı olduğunu iddia edib. Pərviz Həşimli və həyat yoldaşı İlahə Həşimova bildiriblər ki, əvvəlki bir neçə ay ərzində onları tanımadıqları maşınlardan izləyirmişlər. Bir dəfə onlar qorxaraq qohumlarının evində gecələyiblər və bundan sonra üvə CCTV kameraları quraşdırıblar. Həbs olunduğu gün Pərviz Həşimlinin evinə 25-dək MTN əməkdaşı gəlib. Avtomatla silahlanmış bir neçə MTN əməkdaşı həyətə daxil olub, İlahə Həşimovanın və 5 yaşlı qızının olduğu evə soxulmağa cəhd ediblər. Onlar özlərini təqdim etməkdən və İlahə Həşimovanı gəlişlərinin məqsədi barədə məlumatlandırmaqdan imtina ediblər. Az sonra jurnalistlər hadisə yerinə gəliblər. Sonradan onların bəziləri polis tərəfindən hədələndiklərini bildiriblər. MTN əməkdaşları CCTV kameralarını sındırıblar və evin pəncərələrindəki dəmir barmaqlıqları qırıb evə daxil olublar. İlahə Həşimova axtarış zamanı qonşularının şahid kimi dəvət olunmasını tələb etsə də, MTN əməkdaşları bundan imtina ediblər və özləri ilə gətirdikləri “şahid”lərin kimlikləri barədə heç bir məlumat verməyiblər. Amnesti İnternational inanır ki, junalistika və hüquq müdafiəçisi fəaliyyətinə görə həbs edilmiş Pərviz Həşimli vicdan məhbusu kimi tanınacaq. Təşkilat ona qarşı ittihamları ədalətli məhkəmə prosesində araşdırmağa çağırır”. /Azadliq.info/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?