"N" saylı hərbi hissəsini özbaşına tərk edən əsgər Abdulov Məhəmmədəli Elşən oğlu polis və hərbçilərdən ibarət operativ əməliyyat qrupu tərəfindən saxlanılıb.
Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissəni tərk edib.
“Gundemxeber”in məlumatına görə, bu barədə APA-ya Ağdam Rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə Müdafiə Nazirliyinin Ağdam rayonundakı "N" saylı hərbi hissədə qeydə alınıb.
Əsgər Abdulov Məhəmmədəli Elşən oğlu 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək hərbi hissəni tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb, respublikanın bütün rayonlarının polis şöbələrinə məlumat verilib.
Ağdamda və daha bir neçə rayonda postlar qurulub. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, M.Abdulov Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
*** Azərbaycan Ordusunun xidməti silahını götürərək hərbi hissəni tərk etmiş əsgəri saxlanılıb.
ANS PRESS-in məlumatına görə, Müdafiə Nazirliyinin Ağdam rayonundakı "N" saylı hərbi hissəsini özbaşına tərk edən əsgər Abdulov Məhəmmədəli Elşən oğlu polis və hərbçilərdən ibarət operativ əməliyyat qrupu tərəfindən saxlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?