GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Gülər xanım, anamın ölümündə siz günahkarsız”

“Gülər xanım, anamın ölümündə siz günahkarsız”

Tarix: 5-11-2013, 12:51 Bölmə :Ölkə Baxış: 530
“Gülər xanım, anamın ölümündə siz günahkarsız”
Sevinc Babayevanın oğlu ilə Gülər Əhmədova məhkəmədə “atışdı

Sabiq deputat məhkəmədə Sevinc Babayevanın var-dövlətini üzə çıxardı, oğluna isə “mən bilirəm, sənin müəllimin kimdir”, dedi.Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçən prosesdə ilkin olaraq “mandat qalmaqalı”nın qəhrəmanlarından olan, mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov şahid qismində dindirildi.

“SİZ MƏNİM ANAMI HƏR YERDƏ BİABIR ETDİZ, ÇÖRƏYİNƏ BAİS OLDUZ”

O bildirdi ki, istintaq zamanı 8 dəfə dindirilib. Deyib ki, 2005-ci ildə Elşad Abdullayevdən deputat seçilmək üçün pul alınıb Gülər Əhmədovaya verilməsi, o pulun geri qaytarılmaması ilə əlaqədar anası ilə sabiq deputatın uzun müddət araları dəyib: “2012-ci ilin yayında anam dedi ki, Gülər ona zəng edib dedi ki, kamera (gizli videoçəkilişi nəzərdə tutur - S.T) yayılacaq. 2012-ci ilin sentyabrında saat 12 radələrində anam dedi ki, Hökumət Evindəyəm, gəl bura. Amma Gülər Əhmədovaya görə getmədim. Təxminən saat yarımdan sonra özü evə gəldi və dedi ki, Türkiyəyə gedirəm. Nənəm xəstə idi, bu məsələlərdən xəbəri yox idi, onun yanında üstü-örtülü danışdıq. Mən ona nə qədər dedim ki, getmə. Dedi ki, qalsam mənə də, Gülərə də pis olacaq. Nənəm dedi ki, onda Ayxan da sənlə getsin. Razı olmadı. Sonra getdi. Bir də noyabrda zəng elədi. Səsi yaxşı gəlmirdi. Danışandan dərhal sonra noyabrda Türkiyəyə getdim. Bizi Səlcuq Ağlayanın oğlu qarşıladı. Gördüm ki, vəziyyəti yaxşı deyil. Nə qədər dedim ki, qayıdaq, qayıtmadı. Dedi ki, hələ yox. Biz orda olarkən Səlcuq bizi bir kompleksə apardı. Orda anam skaypla Gülərlə danışdı. Gülərlə danışandan sonra anama dedim ki, ona inanma. Anam mənimlə razılaşmadı. Mən qayıtdım, xalama dedim ki, sən qal onun yanında. Qayıdandan sonra getdim prokurorluğa. Prokurorluqda dedilər ki, onu tutmayacağıq, gəlsin ifadə versin, hələ araşdırma gedir. Sonra əsəbiləşib Gülərə zəng elədim. Dedi ki, gətirmə, gətirən kimi həbs edəcəklər. Bir az sonra yenidən anamın yanına getmək istədim, buraxmadılar. Artıq mənə stop qoyulmuşdu”.

G.Əhmədova ilə münasibətlərə gəlincə, A.Məmmədov bildirdi ki, onlar 96-97-ci illərdə tanış olublar. Onun bildirdiyinə görə, 2006-2007-ci illərdə anası ilə sabiq deputatın münasibətləri pisləşib. Amma E.Abdullayevlə münasibətləri olub, onun yanına gedib-gəlirmiş: “Amma Elşad da anamdan verdiyi pulları tələb edirdi”.

Videogörüntülərin yayılmasından dərhal sonra anasının ölkəni tərk etdiyini deyən A.Məmmədovun sözlərinə görə, S.Babayeva evdən gedərkən G.Əhmədovanın telefon nömrəsini ona verdiyini, nəsə lazım olsa onunla əlaqə saxlamasını tapşırıb: “Gülər xanım anama söz vermişdi ki, orda onu hər şeylə təmin edəcək, pul göndərəcək. Mən İstanbula gedəndə anamın kirayə qaldığı ikiotaqlı evə getdim. Anam çox pis vəziyyətdə idi. Həm xəstə idi, həm də pulu qurtarmışdı”.

Prokuror Eldar Həmzəyev: “Niyə İstanbuldan ananızı gətirmədiz?”

A.Məmmədov: “Anam istəmirdi. Deyirdi ki, gəlsəm məni də, Güləri də tutacaqlar. Səlcuq hər dəfə deyirdi ki, gələndə özünüzlə pul gətirin. Gülərin əri gələndə anama 1000 dollara yaxın pul verdi. Anam müalicəyə gedə bilmirdi. Çünki pasportsuz mümkün deyildi. Anam evdən çölə çıxmırdı. Deyirdi ki, pasportu üzə çıxarmaq olmaz. Ona görə də heç onu xəstəxanaya da aparmaq olmurdu”.

Prokuror: “Sən nə vaxt bildin ki, anan orda Məryəm Solmaz adı ilə yaşayır? “

A.Məmmədov: “Səlcuq bizi kompleksə aparanda dedi ki, Sevinc adını çəkmə. Ona Məryəm Solmaz deyirdilər”.

A.Məmmədov anasının ölümündən nə vaxt xəbər tutması ilə bağlı suala cavabda bildirdi ki, 2012-ci ilin dekabrın 26-da Səlcuq Ağlayan ondan anasının xəstəxana məsrəfləri üçün 16 min dollar pul göndərməsini tələb edib: “Sonra bu məbləğ 20 min dollara qalxdı. Dekabrın 28-də nənəmlə birgə Gülərgilə getdik. Dedik ki, müalicə üçün bu qədər pul lazımdır. Elə Gülərgildə oturanda Səlcuqdan mesaj gəldi ki, “başınız sağ olsun, Sevinc xanım dünyasını dəyişdi”.

S.Babayevanın oğlu həmçinin onu da bildirdi ki, G.Əhmədovadan aldıqları 20 min dolları İstanbula gedəndə S.Ağlayana vermək istəsə də, sonuncu baş verənlərdən bərk qorxuya düşdüyü üçün puldan imtina edib. A.Məmmədov həmin pulun mərhumun nəşinin gətirilməsi və dəfn mərasimi üçün sərf olunduğunu dedi.

Prokuror:

- Ananın yanından qayıdandan sonra prokurorluğa gedərkən orada ananın yerini dedinmi?

A.Məmmədov:

- Dəqiq ünvan demədim. Amma dedim ki, İstanbuldadır, evin yanındakı kompleksin adını dedim.

Prokuror:

- Niyə ünvanı dəqiq demədin?

A.Məmmədov:

- Demədim də.

****

Daha sonra G. Əhmədovanın vəkili Əfsər Talıbovun suallarını cavablandıran A. Məmmədov bildirdi ki, anası S. Ağlayanı G. Əhmədova vasitəsilə tanıyıb.

Ə.Talıbov:

- Sən ananın yanında olarkən o, Bakıdakı “CİP” markalı maşınının satılması üçün avtosalona etibarnamə göndəribmi?

A.Məmmədov:

- Belə bir şey olub?

Ə.Talıbov:

- Bəli, olub. Niyə mətbuata müsahibələrində demisiz ki, ananızı Gülər Əhmədova zəhərləyib?

Məhkəmə G.Əhmədovaya bu barədə ittiham verilmədiyini əsas gətirərək, sualı çıxardı. Hakim bunu belə arqumentləşdirdi ki, “biz burada mətbuatda yazılanları müzakirə etmirik”. Vəkilsə bununla razılaşmadı və bildirdi ki, iş materialları arasında da bu məsələ var: “O zaman müstəntiq niyə yazırdı bunu? Yazmayaydı”.

Vəkil daha sonra S. Babayevanın xəstəliyi ilə bağlı onun oğluna müəyyən suallar verdi. Vəkilin “anana Bakıda hansı diaqnoz qoyulmuşdu” sualına A.Məmmədov “heç bir diaqnoz qoyulmamışdı”, cavabı verdi. Bu cavabdan sonra vəkili S.Babayevaya qoyulmuş diaqnozlarla bağlı iki xəstəxanadan – “Neftçilər” və Dövlət Gömrük Hospitalından alınmış həkim rəylərini məhkəməyə təqdim etdi.

Ə.Talıbov:

- Deyirsən ki, anam qayıtmaq istəyirdi, Gülər Əhmədova da onu qoymurdu. Bəs, Niyə Türkiyədə olarkən ordakı hüquq-mühafizə orqanlarına müraciət etmirdin?

A.Məmmədov:

- Çünki anam oranın vətəndaşı deyildi.

Ə.Talıbov:

- Oradan qayıdandan sonra Bakı şəhər Prokurorluğuna gəldin. Niyə orda ərizə yazmadın ki, Gülər Əhmədova anamı qayıtmağa qoymur?

A.Məmmədov:

- Bilmirdim ki, axırı belə olacaq.

****

Daha sonra A. Məmmədov G. Əhmədovanın suallarını da cavablandırdı. G. Əhmədovanın “mənə münasibətin necə olub”, sualına cavabda şahid bildirdi ki, 2005-ci ildən sonra anasının onunla münasibəti pis olub: “Siz mənim anamı hər yerdə biabır etdiz. Onun çörəyinə bais olduz. Elşadla anamın arasını vurduz. Bundan sonra anam bədbəxt oldu, hər şey əlindən çıxdı. Ona kimi anam universitetə tələbələr düzəldirdi”.

“ANAM VƏZİFƏLİ ŞƏXSLƏRİN ADINI ÇƏKİRDİ. SİZ DƏ DEYİRDİZ, AD ÇƏKMƏ”

Daha sonra G.Əhmədova A.Məmmədovdan anasının maşınları, aldığı evlər və onların alınma tarixi barədə bir neçə detallı suallar verdi. A.Məmmədovun sözlərindən aydın oldu ki, anasının müxtəlif vaxtlarda “Mercedes”, “Audi”, “İnfiniti”, “Prado”, “JEEP”, “Hammer” markalı maşınları olub.

G.Əhmədova:

- Ayxan, ifadəndə bildirmisən ki, ananla mənim skayp danışıqlarıma şahid olmusan. Orda nədən danışırdıq biz?

A.Məmmədov:

- Anam şəhərə gəlmək istəyirdi. Müəyyən vəzifəli şəxslərin adını çəkirdi. Siz də deyirdiz ki, ad çəkmə.

G.Əhmədova:

- Kimin adını çəkirdi?

A.Məmmədov:

-Bəzi vəzifəli şəxslərin adlarını... Anama həmişə deyirdim ki, Gülərlə oturub durma. Gülər xanım, siz anamı yaxşı tanımısız. Anamın ölümündə siz günahkarsız. Onu ora siz göndərdiz. Məsuliyyət də sizin üzərinizdədir. Siz anama demişdiniz ki, ikinizi də tutacaqlar, ona görə də anam məcbur olub Türkiyəyə getdi. Başqa nə edə bilərdi ki? Mən hər şeyi bilirəm.

G.Əhmədova:

- Sən deyirsən ki, ananla bizim münasibətlərimiz pis olub. 2005-ci ildən sonra heç danışmamışıq. Orda da vəziyyəti, səhhəti pis idi... Bəs, necə olur ki, ancaq mənim sözümlə İstanbulda qalır, geri qayıtmırdı?

A.Məmmədov:

- Anam başqa nə edə bilərdi ki?

G. Əhmədova:

- Biz ananla söhbət edəndə sən bizim yanımızda olmamısan. Sən bizim nə danışdığımızı, ananın nə danışdığını bilmirsən. Oğlumla yaşıdsan, sənin danışdıqlarını cavanlığına bağışlayıram.

A.Məmmədov:

-Bağışlanası bir şey yoxdur. Lazım olsa, mən bağışlayaram.

G.Əhmədova:

- Sənin ananın qolunda “Allahu-əkbər” yazılan döymə vardı. Onu xatırlayırsan? Bilirsən onu nəyə görə qoluna döydürmüşdü?

A.Məmmədov:

- Xatırlayıram, amma nə ilə bağlı olduğunu bilmirəm.

Bu vaxt G. Əhmədova hakimdən Ayxanın ona yaxınlaşmasını, həmin döymənin mənasını onun qulağına demək istədiyini bildirdi. Hakim isə buna icazə verməyib, məsələyə aidiyyəti olmadığını dedi. A.Məmmədovun suallara cavab verdiyi ərəfədə G. Əhmədova bildirdi ki, “birdəfəlik denən ki, səndən şikayətim yoxdur”. Prokuror isə G.Əhmədovaya müraciətlə bunun şahidə təzyiq olduğunu dedi.

****
Suallara cavab zamanı A.Məmmədov G.Əhmədovadan aldığı 20 min dolları Türkiyəyə apardığını, amma S. Ağlayanın qorxduğu üçün o pulu almadığını dedi. Sabiq deputatın gülərək “Ayxan, bəs məndən aldığınız 20 min dolları nəyə sərf elədiz”, sualına cavab olaraq A. Məmmədov dedi ki, həmin pulu yas mərasiminə, anasının nəşinin gətirilməsinə sərf edib.

G.Əhmədova:

- Ayxan, sən bir dəfə mənə zəng edib dedin ki, anamı gətirmək istəyirəm. Mən də dedim ki, istəyirsən gətir, istəmirsən gətirmə. Niyə gətirmədin? Gətirəydin də...

A.Məmmədov:

- Mən anamın əlindən bezmişdim ki. Sadəcə o vaxt anamı gətirmək üçün gec idi. Artıq “stop” qoyulmuşdu.

G.Əhmədova:

- Ya sən denən ki, dediklərimi başqasından eşitmişəm. Mən bilirəm ki, sənin müəllimin kimdir.

A.Məmmədov:

- Mənim müəllimim yoxdur.

VİDADİ QƏDİROV: “SEVİNC DEYİRDİ, GÜLƏR DEYİB, OTUR ORDA, YAXŞI OLACAQ”

Bundan sonra prosesdə şahid Vidadi Qədirov ifadə verdi. 1998-ci ildən 2004-cü ilə qədər S. Babayeva ilə “kişi-qadın” münasibətləri olduğunu deyən şahid ona bahalı hədiyyələr – ziynət əşyaları, maşın aldığını, onunla birgə kirayə tutduğu evdə yaşadığını bildirdi. 2004-cü ildə dost kimi ayrıldıqlarını bildirən V. Qədirov zaman-zaman onunla zəngləşdiyini də vurğuladı: “Hadisələrdən sonra Sevincə zəng etdim, telefonu bağlı idi. Sonra özü mənə Türkiyədən zəng edib, ona kömək etməyimi xahiş edirdi. İstəyirdi ki, mən onu qeyri-leqal yollarla İstanbuldan çıxarım. Düzü, mən də ona deyirdim ki, gəl ifadəni ver, səni tutmayacaqlar. Axır vaxtlar hər gün danışırdıq. Deyirdi ki, özünü pis hiss edir. Mənə bildirdi ki, Azərbaycana həbs olunmaqdan qorxduğu üçün gəlmir. Dekabrın 24-25-də mənə zəng etdi ki, halım pisdir, yanıram”.

Prokuror: “Onunla danışanda konkret kimlərinsə adını çəkmişdi?”

V.Qədirov: “Gülər Əhmədova barədə deyirdi ki, Gülər deyir, otur orda, yaxşı olacaq”.

Şahidin sözlərinə görə, S.Babayeva ondan ayrılandan sonra maddi vəziyyəti yaxşı olub: “Həmişə deyirdi ki, Elşad Abdullayev sağ olsun, ona çox kömək edib”.

SƏYYARƏ HEYDƏROVA: “ELŞAD ABDULLAYEVİN YAYDIĞI VİDEOLARDAKI QADIN GÜLƏR ƏHMƏDOVA DEYİL”

Prosesdə şahid qismində Səyyarə Heydərova ifadə verdi. O da G.Əhmədovanın oğlu Toğrul Əhmədovun sifarişi ilə E.Abdullayevin yaydığı videomaterialların montaj olması ilə bağlı təhlillər apardığını dedi. Onun sözlərinə görə, bununla bağlı rusiyalı ekspertlə danışıb, ekspert də videoların montaj olduğunu açıqlayıb. Amma sonuncuların imzalı rəyini almaq üçün Moskvaya gediş ərəfəsində ona T.Əhmədov tərəfindən bildirilib ki, bu rəyə ehtiyac yoxdur: “O videoda xeyli kəsintilər var. Bəzi kadrlar var ki, orda stolun üstündə Sevinc Babayevanın çantası var, amma bir saniyə sonra o çanta yoxdur, bəzən səslər kəsilir, ya da qırılır. Bu da həmin videonun kəsildiyini göstərir. Bundan başqa, 2005-ci ildə Gülər Əhmədova daha kök idi, həmin ildəki fotolarla o videodakı qadını tutuşduranda görünür ki, bunlar tamam ayrı adamlardır”.

Bu yerdə G.Əhmədova S.Heydərovaya təşəkkür edərək bildirir ki, onun ekspertiza rəyinə son məqamda ehtiyac duymamalarının səbəbi fərqlidir: “Mən istintaqdan soruşdum ki, biz də paralel istintaq rəyi verəcəyik. Müstəntiqə dedim ki, bizim nümayəndələr Moskvadakı feliskopik aparatla bu araşdırmanı aparacaqlar. Mənə icazə verirsiz ki, o ekspertizanı keçirək? Mənə deyildi ki, o ekspertizanı keçirsəz də, qəbul etməyəcəyik”.

RÜFƏT HÜSEYNOV: “FİKRƏT VƏ GÜLƏR ƏHMƏDOVAYA SƏRHƏDDƏ DƏRMAN İÇMƏYƏ DƏ İCAZƏ VERMƏDİLƏR”

Daha sonra şahid qismində Namiq Muradov və Natiq İsmayılov ifadə veriblər. Onlar Türkiyədə “Sabiha Gökçən” Hava Limanında Sevinc Babayevanı gördüklərini deyiblər. Şahidlər ifadələrində bildiriblər ki, S. Babayeva onlara yaxınlaşaraq Türkiyəyə ürək əməliyyatına gəldiyini deyib: “Onu qarşılayacaq adamın gəlmədiyini söylədi, bizim telefonlarından istifadə etmək istədi. Biz də kömək etdik”.

Şahid Rüfət Hüseynov isə ifadəsində G. Əhmədovanın oğlu Toğrul Əhmədovla dost olduğunu dedi. Onun sözlərinə görə, T. Əhmədov ona zəng edərək, anasının xəstə olduğunu deyib və atası ilə anasını Gürcüstana aparmağı xahiş edib: “Mən də razılaşdım. Lakin Qazaxda sərhədi keçəndə bizi saxladılar. Məni bağlı otağa saldılar. Maşında ciddi axtarış apardılar, maşının hər yerini ələk-vələk elədilər. Fikrət Əhmədova və Gülər Əhmədovaya dərman içməyə belə imkan vermədilər. Pal-paltarlarını ortaya tökdülər, axtardılar. Həmin gün ifadəmi də aldılar. Sonra da başqa bir sürücü ilə məni geri göndərdilər”.

R. Hüseynov deyib ki, S. Babayevanın Türkiyəyə gediş biletinin də o alıb: “Əvvəldən onunla tanışlığımız vardı. Məndən İstanbula elektron aviabilet almağı xahiş elədi, mən də onun istəyini yerinə yetirdim”.

Prosesdə şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadədə R. Hüseynov S. Babayevaya bileti T. Əhmədovun göstərişi əsasında aldığını deyib. Ancaq şahid məhkəmədə bunu təsdiq etmədi və bildirdi ki, bu barədə zamanında müstəntiq Emzar Qocayevə də bildirib: “O da dedi ki, gələcəkdə bunu bildirərsən. Amma bu dəyişiklik edilmədi. Mən buna etirazımı ərizə yazaraq bildirdim”.

Proses noyabrın 7-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayevanın oğlu özünə vəkil tutur

    Sevinc Babayevanın oğlu özünə vəkil tutur ...

    7-02-2013, 10:46

  • 
  • Sevinc Babayevanın oğlu sabiq millət vəkilinə meydan oxudu

    Sevinc Babayevanın oğlu sabiq millət vəkilinə ...

    27-05-2013, 15:08

  • 
  • Prokuror bu gün Gülər Əhmədovaya iş istəyəcək

    Prokuror bu gün Gülər Əhmədovaya iş istəyəcək ...

    18-11-2013, 13:09

  • 
  • Gülər Əhmədova Sevinc Babayevanı döyüb

    Gülər Əhmədova Sevinc Babayevanı döyüb ...

    12-11-2013, 13:18

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu