Yaxın onillikdə Dünyada yaşam şərtləri qlobal iqlim dəyişikliklərinə görə kəskin şəkildə pisləşəcək. Bu həyəcanverici proqnozlar Dövlətlərarası ekspertlər qrupunun İqlimin dəyişməsi ilə bağlı məruzəsində verilib.
Amerikalı jurnalistlər bu sənədin layihəsi ilə tanış olma imkanı əldə ediblər. Alimlərin fikrincə XXI əsrdə daşqın, meşə yanğını, epidemiya və aclıq artacaq. Bundan ən çox özünü müdafiə edə bilməyən kasıb ölkələr ziyan çəkəcək və qlobal istiləşməyə müqavimət göstərə bilməyəcək. Yaşam üçün yararlı ərazilərin azalması hərbi münaqişələrə səbəb olacaq, şirin su üstündə mübarizə güclənəcək. Sənədin layihəsi BMT-nin üzv ölkələrinə göndərilib. Gözlənilir ki, ekspertlər sənədə əlavə və dəyişikliklər edəcək və son variant mart ayında dərc olunacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?