GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rüşvəti ünvanına yetir, ünvanlı sosial yardım al...

Rüşvəti ünvanına yetir, ünvanlı sosial yardım al...

Tarix: 10-11-2013, 18:16 Bölmə :Ölkə Baxış: 851
Rüşvəti ünvanına yetir, ünvanlı sosial yardım al...
Vətəndaşlar deyir ki, korrupsiya ilə mübarizə başlayandan hər şeyin qiyməti qalxıb.

“Ünvanlı sosial yardım 6 ay müddətinə veriləndə iki dəfə, 1 il müddətinə veriləndə bir dəfə almışam. 6 ay müddətinə veriləndə 4 ayını rayonun Sosial Müdafiə Mərkəzinin işçiləri götürürdü, iki ayı mənə verilirdi.

1 illik müddətə verilən vaxt korrupsiya ilə mübarizə söhbəti ortaya çıxdı. Mən il ərzində almalı olduğum yardımı tam aldım. Ancaq sonra mənim kimilər üçün başqa əngəllər yaratdılar”.

Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Xaçmazın Qusarçay kəndinin sakini Samir Əliyev deyib.



S.Əliyev 3 azyaşlı uşaq böyüdür. Günəmuzd fəhləlik edir. Gündəlik qazancı 6-10 manat civarındadır. 9 aydır ki, ailənin üzünü ağ edən 101 manat ünvanlı sosial yardımdan məhrum olub.

Ehtiyac içində birtəhər yaşayan ailə başçısının özünü dinləyək: “O adamların ki sosial yardımının üstündən özlərinə götürə bilməmişdilər, növbəti dəfə sosial yardım üçün sənədlərini təqdim edəndə qəbul etmədilər. Onlardan biri də mənəm. Keçən ilin fevral ayında Xaçmaz Rayon Sosial Müdafiə Mərkəzindən növbəti dəfə sənədlərimi toplamağımı tapşırdılar. Mən də sənədləri yığıb təqdim etdim. Dedilər, haradasa ev tikmisən, onun da çıxarışını gətirməlisən. Mən də bildirdim ki, yarımtikili bir otaqdır, hələ heç tam tikib başa çatdırmamışam. Həm də çıxarış üçün rüşvət istəyirlər. Rüşvət verməyə pulum olsaydı, sosial yardım üçün sizə yalvarmazdım ki...”

Müsahibimiz ailə vəziyyətinin ağırlığından gileylənir: “Səhər alaqaranlıqda evdən çıxıram, gedirəm biri üçün maşına daş yükləyirəm, biri üçün yük daşıyıram, başqasına başqa iş görürəm. Qısası, qara fəhləlik edirəm. Axşam düşəndə də evə qəpik-quruşla qayıdıram. Uşaqlarım körpədir, ikisi bağçaya, biri məktəbə gedir. Baxanda ürəyim ağrıyır, çünki onları saxlaya bilmirəm. Əvvəllər sovxoz evində qalırdıq, dedilər torpağın var, get tik, yaşa. Bizi o evdən də çıxardılar. Küçədə qalmamaq üçün borc-xərclə bir otaq tikib içinə yığışdıq. Bu, mənim yardımdan məhrum olmağıma əsas verirmi?”

S.Əliyev deyir ki, hər dəfə Xaçmaz Rayon Sosial Müdafiə Mərkəzinə gedəndə sənədlərini özünə qaytarıb bildirirlər ki, köhnəlib, apar təzələ, gətir: “Mən Qusarçaydan Xaçmaza getməyə yolpulu tapmıram. Bunlar elə bil məni ələ salıblar. Get o sənədi təzələ, get bu sənədi təzələ... Axırda da gördülər hara qədər desələr gedirəm, dedilər get təzə tikdiyin otağın sənədini gətir”.

* * *

İmişlidə yaşayan Süleyman İsgəndərov isə deyir ki, keçən il rüşvət boyun olub deyə ona 110 manat ünvanlı sosial yardım təyin ediblər. Vəd elədiyi rüşvəti verməkdən boyun qaçıranda elə bilib müfəttişləri aldatmaqla “qabağa düşüb”.

Bu il də müfəttişlər S.İsgəndərovdan qisas alıblar - ona... cəmi 14 manat ünvanlı sosial yardım təyin etməklə kifayətləniblər.

“İmişli Rayon Sosial Müdafiə Mərkəzinin rəis müavini dedi ki, yardımın 6 aylığı mənim, 6 aylığı sənin. Mən də razılaşdım. Dedi ki, kartı səndən almıram, sənə etibar edirəm, ancaq sən də kişi kimi sözündən qaçma. Aybaay karta oturan pulu aybaay da gətir ver mənə. Mən də bir ay verdim, qalan ayları vermədim. Cınqırı da çıxmadı. Əvəzində bu il mənə 14 manat sosial yardım ayırdılar. Ağzımı açanda da dedilər, atan-anan təqaüd alır, sənə bundan artıq yardım düşmür” - deyə ailə başçısı və 3 övlad sahibi olan S.İsgəndərov bildirir.

Maraqlıdır, ata-anası təqaüd alan kasıb vətəndaşa ünvanlı sosial yardım düşmürmü?

Hüquqşünas Namizəd Səfərov virtualaz.org saytının bu sualına cavabında dedi ki, ayrıca ailə təsərrüfatı olduğuna görə valideynlərinin təqaüdünün onun ailə büdcəsinə heç bir aidiyyəti yoxdur.



Hüquqşünas həmçinin ünvanlı sosial yardım üçün tələb olunan sənədlərdən danışır: “Tələb olunan sənədlər ailə tərkibi haqqında arayış, ailədəki həddi-buluğa çatmamış uşaqların doğum haqqında şəhadətnamələri, iş yerindən əməkhaqqı haqqında arayış, işləmirsə, yaşadığı ərazi üzrə Məşğulluq Mərkəzindən bu barədə arayış, yaşadığı ərazi üzrə MİS, yaxud icra nümayəndəliyindən yaşayış yeri haqqında arayış, bir də yaşadığı ərazi üzrə Sosial Müdafiə Mərkəzinə ərizədir. Mənzilin çıxarışının ünvanlı sosial yardımla heç bir əlaqəsi yoxdur. Belə bir sənədin tələb olunması qanunsuzdur və süründürməçilik məqsədi daşıyır”.

N.Səfərov hesab edir ki, 2 il əvvəl korrupsiya ilə mübarizə söhbəti ortalığa çıxanda adamlar əvvəl sevindilər, sonra zənlərində yanıldıqlarını dərk etdilər: “Çünki vəziyyət əksinə oldu. İndi ünvanlı sosial yardım üçün gedən adamdan ikiqat rüşvət tələb olunur. Müraciət edənə bildirirlər ki, bilirsənmi, bundan əvvəl mümkün idi, indi mümkün deyil, daha artıq risk tələb edir və sair. Elə “daha artıq riskə” görə də əvvəlki dələduzluqlarını vətəndaş üçün ikiqat qiymətə edirlər”.

Qeyd edək ki, son iki ildə sosial müdafiə mərkəzləri işçilərinin rüşvət alarkən iş başında yaxalandıqları ilə bağlı müntəzəm xəbərlər də yayılıb. Ancaq ünvanlı sosial yardım üçün müraciət edənlərin giley-güzarlarından belə görünür ki, bu həbslər sadəcə görüntü üçündür. Ən azı keçmiş nazir Füzuli Ələkbərovun zamanında belə idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə indi yeni adam başçılıq edir. Səlim Müslümovun bu sahədəki vəziyyəti dəyişə bilib-bilməyəcəyi qarşıdakı aylarda bəlli olacaq. Yeni nazirə bu sahədəki bərbad vəziyyəti düzəltmək üçün işləmək, ünvanlı sosial yardım almaq istəyənlərə isə yalnız gözləmək qalır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda dövlətdən yardım alanların sayı azalıb

    Azərbaycanda dövlətdən yardım alanların sayı ...

    19-07-2013, 14:07

  • 
  • ZAQATALADA ÜNVANLI SOSİAL YARDIM 800 MANATA SATILIR

    ZAQATALADA ÜNVANLI SOSİAL YARDIM 800 MANATA ...

    9-02-2016, 16:48

  • 
  • Azərbaycanda ünvanlı sosial yardımların verilməsində yeniliklər olacaq

    Azərbaycanda ünvanlı sosial yardımların ...

    6-11-2013, 12:51

  • 
  • Nazir “yarı sənin, yarı mənim” prinsipi ilə işləyənlərin qarşısına sədd çəkib

    Nazir “yarı sənin, yarı mənim” prinsipi ilə ...

    11-12-2013, 14:31

  • 
  • YARDIMLI SOSIAL MÜDAFIƏ MƏRKƏZININ DIREKTORU NAZIRIN ADINDAN PUL YIĞIR - ŞOK İDDİA

    YARDIMLI SOSIAL MÜDAFIƏ MƏRKƏZININ DIREKTORU ...

    11-11-2015, 18:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu