GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “LUKoil” prezidenti Putinin sevimli oliarxına çevrilib

“LUKoil” prezidenti Putinin sevimli oliarxına çevrilib

Tarix: 10-11-2013, 18:33 Bölmə :Ölkə Baxış: 889
  “LUKoil” prezidenti Putinin sevimli oliarxına çevrilib
Vahid Ələkbərovu niyə tez-tez Kremlə çağırır...
“LUKoil” prezidenti onun sevimli oliarxına çevrilib; Rusiya prezidenti Administrasiyasındakı mənbə: “Son vaxtlar onu tez-tez Kremldə görmək olar...”
Azərbaycanlı neft maqnatı, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov hazırda Rusiya prezidenti Vladimir Putinin ən sevimli oliqarxıdır.

Virtualaz.org saytına bu barədə Rusiya qaynaqlarından məlum olub. Bildirilir ki, “Qazprom” rəhbəri Aleksey Millerlə “Rosneft” prezidenti İqor Seçin arasında “müharibə”nin getdiyi bir vaxtda “LUKoil” prezidenti Vahid Ələkbərov sürətlə özünə xal yığmaqdadır.

“Son vaxtlar onu tez-tez Kremldə, prezident Putinin kabinetində görmək olar. Deyilənə görə, o, müntəzəm olaraq öz biznesinin inkişafı ilə bağlı prezident Vladimir Putinlə məsləhətləşir. Hazırda heç bir neft layihəsi Ələkbərovdan yan keçmir” - deyə Prezident Administrasiyasındakı mənbə bildirib.

Rusiya hökumətindəki mənbələr isə bildirirlər ki, ölkədə benzinin qiyməti tez-tez məhz Vladimir Putinlə Vahid Ələkbərovun görüşlərindən asılı olur. O da maraqlıdır ki, oktyabrın əvvəllərində oliqarx Asiya regionunun şərqində öz biznesini genişləndirmək planlarını açıqlayıb. Ələkbərov bildirib ki, Çin neft şirkətlərinin rəhbərləri ilə danışıqlara başlayacaq.

“Hansı ki, Çin ənənəvi olaraq Seçinin votçinası hesab edilir, orada “Rosneft”in öz maraqları var” - deyə hökumətdəki mənbə bildirib.

Xəbər verdiyimiz kimi, V.Putin V.Ələkbərovu rəsmən sonuncu dəfə Azərbaycandakı prezident seçkilərinin ertəsi günü - oktyabrın 10-da qəbul etmişdi. Lakin rəsmi qəbulla yanaşı belə görünür ki, Rusiya prezidenti azərbaycanlı neft maqnatı, qalmaqallı “Milyarderlər ittifaqı”nın üzvü və rəsmi Bakı ilə münasibətləri cəmi iki-üç ay əvvələ qədər heç də ürəkaçan olmayan V.Ələkbərovu qeyri-rəsmi formatda da tez-tez Kremldə qəbul edir.

V.Ələkbərov Kremlin bəzi dairələrinin Azərbaycanda hakimiyyəti dəyişməyə yönəlmiş planlarında əsas aktyorlardan biri hesab edilirdi. Təsadüfi deyildi ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıya səfərindən dərhal sonra Rusiyanın Vahid Ələkbərov və Söyün Sadıqov kimi adamların köməyi ilə Azərbaycanda hakimiyyəti dəyişməyə hazırlaşdığı haqda bəyanat vermişdi.

Lakin sonradan vəziyyət dəyişdi və V.Ələkbərov Azərbaycan prezidentinə dəstəyini ifadə edən bəyanat verdi. Putinin Bakıya səfərində də Ələkbərov onu müşayiət edirdi.

Azərbaycandakı seçkilərdən sonra Rusiya qaynaqları xəbər vermişdi ki, Ələkbərov hazırda Putinin ən çox etimad göstərdiyi oliqarxdır. Belə ki, Rusiya prezidentinin Azərbaycandakı biznes maraqlarının kurasiyasını məhz “LUKoil” prezidentinə tapşırdığı bildirilirdi.

Məlumatlarda deyilirdi ki, əvvəlcə Rusiyanın Azərbaycandakı layihələrini Putinin ən yaxın adamı və Kremlin “boz kardinalı” hesab olunan “Rosneft” prezidenti, KQB məktəbinin yetirməsi İqor Seçinə həvalə etmək nəzərdə tutulurdu. Lakin bir vaxtlar Kremldə əsas söz sahibi olan Seçinin hədsiz ambisiyaları onun təsir imkanlarının azalmasına səbəb olub.

“Polit.ru” saytı yazırdı ki, bu il avqustun 13-də Vladimir Putinin Azərbaycana səfəri zamanı “Rosneft"lə ARDNŞ arasında razılaşma imzalandı. Sənədin imzalanması iki ölkə prezidentlərinin iştirakı ilə baş verdi. Razılaşmada ilkin olaraq söhbət “Abşeron” yatağının işlənməsinə dair birgə müəssisənin yaradılmasından, habelə potensial olaraq “Şahdəniz-2” layihəsində iştirakdan gedirdi.

Lakin sayt yazır ki, mötəbər məlumatlı qaynaqların bildirdiyinə görə, bu yaxınlarda konsepsiya dəyişib. “Rosneft” böyük ehtimalla artıq Azərbaycan layihələrində iştirak etməyəcək və dəqiqdir ki, Seçin Azərbaycandakı Rusiya biznes maraqlarının baş provayderi olmayacaq.

Mötəbər qaynaqlardan birinin sayta verdiyi məlumata görə, Seçinin başçılıq etdiyi şirkətin azərbaycanlılarla əməkdaşlığına Vahid Ələkbərov qarşı çıxıb.

Sayt qeyd edir ki, “LUKoil” çoxdan Xəzərdə işləyir, o cümlədən Azərbaycan layihələrində. Məsələn, “Şahdəniz-2”-də “LUKoil”un 10 faiz payı var. Vahid Ələkbərov iki ay əvvəl prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədi. Çətin ki, Rusiyanın regiondakı biznes maraqlarının provayderi olaraq “Rosneft” Vahid Ələkbərova lazım olsun.

Ötən həftə, noyabrın 8-də “Rosneft”un Direktorlar Şurası ARDNŞ-lə imzalanmış razılaşmaları müzakirəyə çıxardı. Lakin bu müzakirələrin hansı məqsəd daşıdığı və qərarların nədən ibarət olduğu məlum deyil. Bununla belə, Putinin Azərbaycandakı biznes layihələrini Ələkbərova həvalə etməsi xəbərləri fonunda məsələnin “Rosneft” direktorları tərəfindən hansı kontekstdə müzakirəyə çıxarıldığı maraq doğurur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Milyarderlər ittifaqı”nın üzvü İlham Əliyevlə görüşə gəlir

    “Milyarderlər ittifaqı”nın üzvü İlham Əliyevlə ...

    24-07-2013, 22:36

  • 
  • “LUKoil”u Vahid Ələkbərovdan almaq planı

    “LUKoil”u Vahid Ələkbərovdan almaq planı ...

    31-07-2013, 21:58

  • 
  • “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya gəlir

    “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya ...

    12-08-2013, 12:09

  • 
  • Şeyx, Putin və Ələkbərov arasında məxfi danışıqlar

    Şeyx, Putin və Ələkbərov arasında məxfi danışıqlar ...

    15-12-2014, 19:48

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu