GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İTV-də telerüsvayçılıq

İTV-də telerüsvayçılıq

Tarix: 11-11-2013, 10:50 Bölmə :Ölkə Baxış: 705
İTV-də telerüsvayçılıq
İsmayıl Ömərov dönəmindən Prezident Adminstrasiyasının altqurumu olan telekanalı Cəmil Quliyev AzTV-yə də əsir edib

"Ictimai televiziya plüralizm və dözümlülük, açıq siyasi maraqlardan uzaqlaşma tələbinə ciddi əməl edir”. "İTV-də siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və təbliğatına yol verilmir”. Bu fikirlər noyabrın 6-sı Radio günündə özünü tərifləmək fürsəti qazanan İctimai televiziyanın hazırladığı "Ekran-efir yollarında” adlı verilişdən yadımda qalandır. Bildiyim qədər İTV-çilər köhnə verilişə bir balaca əl gəzdirib - keçmiş əməkdaşların olduğu kadrları çıxarıb onların yerinə təzə gələnləri əlavə etməklə Azərbaycanda radionun yarandığı tarixi İTV-ni tərifləməklə qeyd etdilər. Əgər İTV-də düşünürlərsə ki, kimsə onların verilişlərini izləmir, təkrarlardan xəbər tutan olmayacaq, səhv edirlər. Azərbaycan tamaşaçısı diqqətli və ayıqdır. İTV-nin bayramı üçün arxivdən götürülüb əl gəzdirilmiş verilişin belə bir günün proqramına daxil edilməsi etik, peşəkarlıq baxımından qəbuledilməzdir.

Plüralizm -hakimiyyətin hərtərəfli təbliği deyil

Bununla belə bizim üçün əsas olan verilişdən gətirdiyim sitatlardır. Çünki orda deyilənlər doğru deyil, yalandır. Tamaşaçını aldatmağa çalışmaqdır, onu ələ salmaqdır. Bunu balacadan böyüyə hər kəs təsdiqləyə bilər. İTV-də plüralizm yoxdur. İTV açıq siyasi maraq nümayiş etdirir. İTV siyasi baxışların birtərəfli qaydada təbliğatını aparır. Bu belədir. Acı da olsa faktdır. İctimai televiziya dövlət televiziyası deyil, ictimai yayımçıdır. Onun borcu deyil ki, xəbər proqramlarını hər axşam hakimiyyətlə, prezidentlə başlasın. İyirmi səkkiz gündür İTV xəbərləri İ.Əliyevi üçüncü dönəm prezidentliyinə görə təbrik edən, yerini xəritədə tapmaq mümkün olmayan cırtdan dövlətlərin başçılarının təbrikləriylə başlayır. Prezidentin bütün qəbullarını, görüşlərini, sərəncamlarını, səfərlərini, ailəsi ilə şəkil çəkdirmələrini az qala AzTVqədər uzun-uzadı işıqlandırır. Təbriklər bilərəkdən Barak Obamadan məktub gələnədək davam etdi. Eyni adamların təbrikləri bir dəfə telefon zəngi, bir dəfə teleqram, o biri dəfə məktub adıyla təkrarlandı. İctimai televiziya İ.Əliyevin sərəncamlarını, qəbullarını, görüşlərini, səfərlərini ayaqdan başa göstərməli deyil. Ümumiyyətlə, normal ölkələrin normal televiziyaları xəbər proqramlarını hər dəfə prezidentlə başlamırlar. İyirmi dəqiqəlik efirin 10 dəqiqəsini rəsmi xəbərlərə ayırmaq asılılıq, xəbər departamentinin bacarıqsızlığı, çevik informasiya siyasətinin olmaması deməkdir. Prezident seçkisindən sonra ATƏT-in DTİHB-u mətbuat konfransı keçirib seçkidə ciddi qanun pozuntuları olduğu barədə bəyanat verdi. O tədbirdə "hakimiyyət mirzələri yüksək mədəniyyət” nümayiş etdirdilər. Ictimai televiziya həmin günün ən vacib və ciddi informasiyasını olduğu kimi, obyektiv, bitərəf mövqedən işıqlandırmadı. Tamaşaçıya yalan məlumat, əks fikir çatdırdı. Bu, telekanal rəhbərliyinin, xəbər departamenti başçısının qeyri-peşəkarlığıdır. İTV-nin qeyri-müstəqilliyi deməkdir. Biz bunun nümunəsini EUROVİSON səsverməsində Pusiya ilə bağlı düşünülməmiş bəyanatda da gördük. Işbilməzlikdən gəlir. İctimai televiziya hakim Yeni Azərbaycan Partiyasından savayı bütün siyasi qüvvələrin üzünə qapalıdır. Hətta daha burda Milli Məclisdə təmsil olunan müxalifətyönlü deputatları da görmək mümkün deyil. Belədə utanmadan "Ekran-efir yollarında” necə demək olar ki, "Bu kanalın qapıları siyasi baxışlarından asılı olmayaraq hamının üzünə açıqdır”. Utanmasan demək olar! Utanmasan, demək və bu cümlələrin üstündə İTV-nin taybatay açılan dəmir darvazalarını göstərmək olar. Amma bu yalana nə ad vermək olar, bilmirəm.

İTV AzTV qanunlarıyla idarə olunur

Prezident seçkisindən sonra İTV–nin siması dəyişib, hələ dəyişəcək də. Televiziya az-çox ictimai yayımçılıq mövqeyini hakimiyyət televiziyası roluna dəyişib. Telekanalın başlıca fəaliyyəti Əliyevlər ailəsinin təbliğinə yönəlib. Yeri gəldi-gəlmədi əksər verilişlərə H.Əliyevin, İ.Əliyevin, ailə üzvlərinin görüntüləri, şəkilləri salınır. Mədəniyyət, incəsənət verilişlərindən də Əliyevlər çıxır. Musiqi verilişləri departamentinin rəhbəri Əsəd Məmmədov AzTV təcrübəsindən bilir ki, hansısa tanınmayan müğənnini nəyinsə qarşılığında istəsə efirə çıxara bilər, təki sonda İlham Əliyevə aid bir mahnı səslənsin. Iş o yerə çatıb ki, "Carçı”da AzTV-də hazırlanan süjetlər gedir; eyni mətnlə, eyni görüntülərlə. Və bu elə-belə deyil. Biz bu siyasəti AzTV-də görmüşük. Hansı telekanalda özbaşınalıq, mənəm-mənəmlik, insanların hüquqlarının tapdanması, rüşvət, büdcə pullarının şəxsi mənafeyə yönəldilməsi baş verirsə, orda hakimiyyətin təbliğinə məcburiyyət yaranır. Bunlar gözdən pərdə asmaq, qanunsuzluqları ört-basdır etmək üçündür. İlham Əliyevi çox göstərmək, o biriləri gözdən itirmək üçündür. Baxırsan, eyni nazirləri göstərirlər, eyni tədbirləri çəkirlər. Baxırsan, İTV hansısa nazirin açıqlamasını verir, orda ancaq AzTV-nin mikrafonu görünür. Çəkilişi AzTV aparır, sonra qardaş malı kimi aralarında bölüşdürürlər. Ekrana həvəsli icra başçıları var, onlar sifarişlə rayona çəkiliş qrupu apartdırır, özlərini həm AzTV-də, həm də İTV-də göstərtdirirlər. Indilikdə AzTV ilə İTV bir qazanda qaynayır.

İTV-nin seçkilərdən sonra biryönlü hakimiyyətin qulluğuna keçməsinin bəzi gizlinlərini açaq, hakimiyyətdəkilər də burda baş verənlərdən, onların adına, şəklinə sığınıb nə kimi işlər görüldüyündən xəbər tutsunlar.

Bu gün İctimainin baş direktor kürsüsündə Cəmil Quliyev əyləşsə də, faktiki olaraq telekanalı AzTV sədri Arif Alışanov idarə edir. Yeddi aydır hakimiyyət İTV-ni Alışanovun kurasiyasına verib. Ona vaxt verilib ki, televiziyada işləri özünə sərfəli qaydada qursun. AzTV-də yüzlərlə təcrübəli kadrı gənc qızlarla, fərasətli dostlarla əvəzləyib dövlət televiziyasını necə ustalıqla özəl televiziyaya çeviribsə, burda da onu etsin. Deyilənə görə, yaxınlarda deputat Alışanov AzTV rəhbərliyindən uzaqlaşdırılacaq, mühasiblik ixtisasına uyğun işə keçiriləcək. Bir şərtlə ki, İTV kurasiyasında qalsın. Bu gün İTV-də gedən sürətli kadr dəyişikliyinin arxasında bu planın durduğu söylənilir. Söylənilənlər gec-tez yerini alır. İTV yaranandan burda məsul vəzifə daşıyanların əksəriyyətini Cəmil Quliyev müxtəlif bəhanələrlə işdən çıxarıb. Onların yerinə gələnlərin hamısı AzTV-çilərdir. Bacardı-bacarmadı, layiq oldu-olmadı A.Alışanovun sevdikləri, sevimli kadrları bir ucdan İTV-yə gətirilir. Gələnlərin heç biri gedənlərdən üstün deyil, əksinə, aşağıdır. Amma hərə özünə bəydir. Gələnlər bir-birləriylə dolanmırlar. Çünki maddi maraq onları toqquşdurur, düşmən edir. Bu onu ayağından çəkir, o bunun. Yeddi aydı, AzTV-nin kadrlar idarəsinin rəisi Mansur Bayramov İTV-yə keçmişdi. Bu adam "pambıqla baş kəsməyi”n - insanları sakitliklə işdən uzaqlaşdırmağın bütün yollarını bilir. Yeddi aydan sonra təzədən onu AzTV-yə qaytarıblar. Yerinə müavini, mühafizə polisinin keçmiş əməkdaşı Yaqub müəllimi gətiriblər. Deyirlər, o daha etibarlıdır. Bir soruşan yoxdur ki, bu nə dərəbəylikdir. AzTV ilə İTV nə zamandan eyni təşkilat olub. Bu gün burda, sabah orda, o biri gün yenə burda. Bu xarabanın yiyəsi yoxdurmu? Cəmil Quliyev İTV-yə gələndən 40-dan çox İTV-çini AzTV-çi ilə əvəzləyib. Gələnlərdən biri, A.Alışanovun yox, Əli Həsənovun adamı Oqtay Babayev AzərTAc-dandı. Adam bir neçə ay dözmədi, qayıtdı köhnə iş yerinə. Onun da yerinə AzTV-dən Şaiq Məmmədovu gətirdilər. Adam "at oynadır, qan uddurur”. Çünki etibarlı arxası var. Çünki AzTV təcrübəsi var. Telekanalın bütün növ maliyyə məsələlərinə Əliabbas Quliyev rəhbərlik edir. Əliabbas müəllim "Yeni Gün” verilişi ilə rayonları gəzir. Niyə, marağı, məqsədi nədir, bəlli. O da bəllidir ki, "Yeni Gün” rayonlara dəvətsiz getmir. Bəzən bu dəvətlər o qədər çevrilməz olur ki, üç saat davam etməli olan proqram dörd saat çəkir. Soran yox, soruşduran yox. "Rüşvət İTV-nin damarlarına doğru iri addımlarla irəliləyir”.

İTV-də qonorar "üsyanı”

Reklam bazarı aşıb-daşır. "Kababtirovkalı” süjetlər çoxalır, "Carçı”nın efiri uzandıqca uzanır, amma sıravi əməkdaşların maddi durumu get-gedə pisləşir. İTV AzTV-nin yeddi il qabaqkı günlərini yaşayır. Üç aylıq müqavilə sistemi, qonorarsız fəaliyyət, imtiyazların 3-5 nəfərin əlində toplanması. Söhbətləşdiyimiz əməkdaşların hamısı illərdir rüşvətsiz işlədiklərini, ikinci yarım iləcən əməkhaqqı və qonorarla dolandıqlarını deyirlər. Cəmil Quliyev gələndən qonorarlar kəsilir. Ötən ay televiziyanını əsas ağırlığını çiyinlərində daşıyan sıravi əməkdaşların-yaradıcı insanların qonorarı 20-30 manata düşüb. Qəpik-quruşu özlərinə təhqir bilən işçilər yığışıb baş direktorun qəbuluna gediblər. C.Quliyev narazılara "televiziyanın büdcəsində pul qalmadığını” bildirb. Amma o pulun hara, nəyə xərcləndiyi barədə məlumat verməyi lazım bilməyib. Əlbəttə, belə həssas məsələləri açıqlamaq, işçiyə anlatmaq, ona hesabat vermək olmaz. Quliyevlərin bildiyi məsələləri ayrıları bilməməlidir. Televiziya işçilərini isə bir sual maraqlandırır: bir il üçün nəzərdə tutulmuş büdcə vəsaiti ilk altı ayda necə xərclənib qurtara bilər? On iki ayın əməkhaqqısı, qonorarı üçün ayrılan vəsaiti 6 ayda silmək üçün ikiqat, üçqat mühasibatlıq aparılmalıdır. Bunca qanunsuzluğa necə yol vermək olar? Bunca maliyyə pozuntusuna necə göz yummaq, səssiz qalmaq olar? Qeyd edək ki, telekanal rəhbərliyi İTV-yə dövlət büdcəsindən ayrılan vəsaitlər və reklam gəlirləri haqda bilgiləri gizli saxlayır. Müraciətlərə baxmayaraq mediaya, konkret "Azadlıq” qəzeti əməkdaşının sorğusuna cavab vermir. Məsələ məhkəmə müstəvisinə çıxıb, amma C.Quliyev susa bildikcə susmaqda qərarlıdır. Milyonlar ortada deyil, adamlar əməkhaqlarının, qonorarların artırılacağına umid edərkən illər boyu aldıqları pulu belə ala bilmirlər. Cəmil müəllim bu dəfə "üsyanı” "mədəni formada” yatıra bildi. Amma hara qədər? "Ortada yeyib qıraqda gəzənlər” konvertdə normadan dörd-beş dəfə artıq pulla mükafatlanır, bütün günü ora-bura şütüyən, efirin yükünü daşıyanlar 30 manat qonorar alır. 30 manat bir dilənçinin bir günlük qazancından da azdır...

Sənubər İsmayılqızı, azadlıq.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Quliyev: “İTV-də İsmayıl Ömərovun kadrları qalmayacaq”

    Cəmil Quliyev: “İTV-də İsmayıl Ömərovun kadrları ...

    6-08-2013, 18:41

  • 
  • Cəmil Quliyev İTV-də öz kadrlarını təyin etdi - Siyahı

    Cəmil Quliyev İTV-də öz kadrlarını təyin etdi - ...

    13-08-2013, 15:18

  • 
  • İTV-də 3 gün əyləncə verilişi olmayacaq

    İTV-də 3 gün əyləncə verilişi olmayacaq ...

    2-04-2016, 21:15

  • 
  • İTV etiraz edən sədrini də işdən qovdu

    İTV etiraz edən sədrini də işdən qovdu ...

    6-08-2013, 20:23

  • 
  • İTV-dən daha iki nəfər çıxarıldı

    İTV-dən daha iki nəfər çıxarıldı ...

    3-09-2013, 15:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (268)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu