"Biz o zaman büdcəni doldura bilərik ki, aqrar sektordan səmərəli istifadə olunsun."
Bunu İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin dəqiqləşdirilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Z. Səmədzadənin sözlərinə görə, Azərbaycan aqrar sektordakı məhsullardan və xammal resurslarından səmərəli istifadə etməklə biz büdcəni doldurmaq imkanına malikik. “Əgər sahibkarın və kəndiçinin istehsal etdiyi məhsul vaxtında bazara çıxarılıb satılarsa və digər məsələlərdəki problemlər həll olunarsa hər hansı bir büdcəni doldurmaq problemimiz olmaz. Çünki bu sahədə kifayət qədər problem var və bu problemin həllinə nail olmalıyıq”, - deyə Səmədzadə vurğulayıb.
Z. Səmədzadə hesab edir ki, ölkədə rəqabətə qabliyyətli emal müəssisələri yaratmaqla, aqrar sektoru inkişaf etdirməklə bizi gözləyən problemlərdən yan keçə bilərik və bunun üçün kifayət qədər potensialımız var: “Sadəcə bu sahənin inkişafına dəstək verilməlidir. Biz bu sahəni inkişaf etdirməklə büdcənin doldurulmasını Neft Fondundan gələn gəlirlərdən xilas edə bilərik. Daha büdcəni Neft Fondundan gələn gəlirlər hesabına etmək düz deyil.”
Komitə sədri deyib ki, əksinə biz Neft fondunun gəlirlərinə qənaət etməliyik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?