GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Narkotiklərdən İstifadnin arxasında kimlər durur?

Narkotiklərdən İstifadnin arxasında kimlər durur?

Tarix: 13-11-2013, 15:04 Bölmə :Ölkə Baxış: 1 074
Narkotiklərdən İstifadnin arxasında kimlər durur?

Azərbaycan: Narkotiklərdən İstifadə Yaşı 17-yə Enib. Bunun Arxasında Kimlər Durur?Mətbuatda narkotik qaçaqmalçılığı, qanunsuz satışı ilə bağlı xəbərlərə tez tez rast gəlirik. Son zamanlar isə bu xəbərlərin sayı daha da artıb. Təkcə bu deyil. Azərbaycanda həm də narkotik istifadəçiləri arasında yeniyetmə və gənclərin sayı artıb. Buna həm sərhəddən qaçaqmalçılıq yolu ilə xeyli miqdarda narkotikin keçirilməsi, həm də zorakılığa məruz qalan uşaqların evdən qaçıb bu yola düşməsi səbəb ola bilər.

Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatına görə, bu gün ölkə üzrə narkotik istifadəçilərinin sayı 27 min 910 nəfər təşkil edir. 2011-ci ildə isə bu rəqəm 26 min 717 nəfər olub. Onların da 21 min 999-u dispanser, 5 min 911 nəfəri profilaktik qeydiyyatda olanlardır. Anonim qeydiyyata alınanların sayı 567 nəfərdir. Son 5 ildə narkotiklərdən istifadə yaşı 30-dan 17-yə enib.

Azərbaycan Uşaqlar Birliyinin (AİB) sədri Kəmalə Ağayeva deyir ki, uşaqların içində cəmi bir nəfər narkotik istifadəçisinin olması belə ciddi təhlükədir. Biri beşinə, beşi on beşinə, on beşi iyirmi beşinə yaya-yaya gedəcək, axırı yoxdur: "Bu epidemiya forması ala bilər. Azərbaycanda narkotik istifadəçisi olan uşaqlardan çox toksik maddə istifadəçiləri var. Bu yaxınlarda 14 küçə uşağının hər birində hepatit C aşkarlandı. Səbəb eyni şprisi bir-birlərinə ötürmələridir. Vəziyyət o qədər gərgindir ki, küçədə yaşayan bütün uşaqları müayinəyə aparmaq mümkün olsa, onların içində mütləq HİV-ə yoluxanlar da tapılacaq. Bu il yeniyetmə kimi qiymətləndirilən və 18 yaşı tamam olmayan, homoseksual həyat sürən bir qrupda HİV daşıyıcıları aşkarladıq".

Rəsmi məlumata görə bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2302 fakt aşkarlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 843 kq 389,435 qr müxtəlif növ narkotik vasitələr götürülüb. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 402 kq 046,651 qramı marixuana, 158 kq 635,924 qramı həşiş, 136 kq 058,386 qramı tiryək, 97 kq 417,749 qramı heroin, 49 kq 230,725 qramı digərləri, əlavə olaraq 4800 diazepam həbi təşkil edib. Ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 47,6%-ni marixuana, 18,7%-ni həşiş, 16,2%-ni tiryək, 14,4%-ni heroin, və 5,8%-ni psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir.

Azərbaycan: Narkotiklərdən İstifadə Yaşı 17-yə Enib. Bunun Arxasında Kimlər Durur?
Narkotiklərdən İstifadnin arxasında kimlər durur?

Azərbaycan mühüm tranzit məntəqəsidir, xüsusən Əfqanıstandan Rusiya və Avropaya heroin nəqli səbəbiylə ölkədə narkotik maddələrin daxili istehlakı artmaqda davam edir. Azərbaycanda tələbələr narkomanların üçdə birindən çoxunu - 30-35% təşkil edir. Bununla yanaşı, Azərbaycan Uşaqlar Birliyinin 2011-ci ildə küçə uşaqları arasında keçirdiyi sorğular zamanı məlum olub ki, yüngül həyat tərzi keçirən yeniyetmələrin 90%-i həyatında ən azı bir dəfə narkotik, yaxud toksik maddəni sınaqdan keçirib. Həmçinin, onların 72%i belə maddələrdən müəyyən asılılıq həddindədir.

Ekspert Arzu Nağıyev transmilli mütəşəkkil dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınan külli miqdarda narkotik vasitələrin müsadirə edildiyini bildirir.

Ekspert Cavad Cavadova görə, dünya narkotrafiq baxımından Azərbaycan tranzit rolunu oynayır. Narkotik dövriyyənin ən geniş yayıldığı yer bu baxımdan məhz İran İslam Respublikası ilə sərhəd olan cənub zonasıdır: "Statistik rəqəmlərə nəzər salsaq 297 tona yaxın narkotiklərin aşkar edilməsi zənnimcə inandırıcı görünmür. 2302 faktın aşkar olunmasında Azərbaycanın cinayət qanunvericiliyində narkotiklərin istehlak miqdarı deyilən anlayış vardır və aşkar olunmuş narkotiklər bu miqdardan azdır. Həmçinin sahibsiz yabanı halda bitən çətənə kolları da fakt kimi qəbul olunur".

Aşkar olunan faktlar və ekspert rəyləri onu deməyə əsas verir ki, narkomaniyanın səviyyəsi ciddi şəkildə artıb. Artıq narkomanların yaşı da aşağı - 17 yaşa qədər enib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumatı ümumiləşdirdikdə, bu ilin 9 ayı ərzində toplam 297 tona yaxın narkotik maddə və vasitələri aşkar edilib. Lakin bu rəqəm aysberqin görünən tərəfidir. Rəsmi qeydiyyatdan keçməyən daha böyük rəqəmlərin də olma ehtimalı olduqca yüksəkdir. Amma 297 ton rəqəmin özü də çox ciddi və düşündürücüdür. Çünki ölkədə olmayan və 17 yaşından aşağı olan vətəndaşları nəzərə almasaq, 297 tondan adam başına düşən narkotik maddələrin və vasitələrin miqdarı olduqca yüksək olur. Azərbaycanın İran və Rusiya kimi ölkələrlə qonşu olması və bu ərazilərin dünya narkotrafiqində önəmli yerlərdən birisini tutması olduqca vacib amillərdən birisidir. İranla sərhədi olan Əfqanıstan dünyada narkotik vasitələrinin ən böyük istehsalçısıdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycana gətirilən narkotiklərin 95%-i İrandan gəlir. Aydın Əliyevin dediyinə görə, son illər Xəzər dənizi vasitəsilə qonşu dövlətlərdən narkotik qaçaqmalçılığı müşahidə edilmir. Lakin keçən il Lənkəranda balıqçıların dənizə buraxılmaması və buna tabe olmayanların qətlə yetirilməsi olayı dəniz vasitəsiylə İrandan ölkəmizə məhz narkotik daşındığı şübhələrini yaratmışdır. Bu hadisənin baş verməsi Azərbaycan üzərindən nakrotik daşıyanların ölkəmizin müəyyən hakim çevrələriylə əlaqəsinin olması ehtimalını gücləndirir. Bu bir ehtimaldır. Amma ölkəmizdə narkotik qəbul edənlərin yaş statistikasının 30 yaşdan 17 yaşa qədər azaldığı artıq acı həqiqətdir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən istifadə hallarına rast gəlinir

    Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən ...

    25-06-2013, 11:43

  • 
  • Azərbaycanda narkomanların sayı artır

    Azərbaycanda narkomanların sayı artır ...

    18-02-2016, 20:34

  • 
  • Azərbaycanda cəzaçəkmə müəssisələrində HİV-ə yoluxanların sayı artıb

    Azərbaycanda cəzaçəkmə müəssisələrində HİV-ə ...

    25-06-2013, 13:18

  • 
  • Narkotik vasitələrin qaçaqmalçılığı haqda açıqlama – Statistika

    Narkotik vasitələrin qaçaqmalçılığı haqda ...

    10-12-2013, 13:26

  • 
  • Azərbaycanda narkoman qadınların sayı açıqlandı

    Azərbaycanda narkoman qadınların sayı açıqlandı ...

    11-04-2016, 12:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu