GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Avropa və Asiya qəzetlərinin “əli” milyonlarla oynayır

Avropa və Asiya qəzetlərinin “əli” milyonlarla oynayır

Tarix: 17-11-2013, 10:48 Bölmə :Ölkə Baxış: 620
   Avropa və Asiya qəzetlərinin “əli” milyonlarla oynayır
...Qəzetlər nəşr olunur, saytlar işıq üzü görür və biri digərinə mane olmur
“Dünyada çap mediası ölür”.... deyənlərin menyusuna....
Azərbaycanda çap mediasının düşdüyü vəziyyət göz qabağındadır. Xüsusən də son illər qəzetlərin çapına, yayımına, satışına yaradılan məqsədli və süni problemlər bu sektoru iflas həddinə çatdırmaq məqsədi daşıyır. Və bu ərəfədə hökumət rəsmiləri tərəfindən ən çox səsləndirilən iddia dünyada çap mediasının guya iflasa uğraması ilə bağlıdır.

Hətta illər öncə dövlət rəsmilərindən biri media kapitanları ilə görüşündə yarızarafat yaxın gələcəkdə ölkədə qəzetlərin öz ömrünü başa vuracağını demişdi. Həmin vaxt bunu uğursuz bir zarafat kimi qəbul edən redaktorlar üçün bu acı reallığı gerçəkləşdirməyə çalışanlar var. Və dediyimiz kimi, bunu bir “reallıq”, “dünya mediasının keçdiyi yol” kimi təqdim etməyə cəhd edirlər. Biz də “dünyada da qəzetlərin ömrü bitib” tipli yanlış rəyi “obıvatel”ə sırımağa çalışanlar üçün qısa bir araşdırma apardıq. Dünya çap mediası bazarındakı son durumu öyrəndik. Avropada, Amerikadakı populyar qəzetlərin tirajı, satışı, populyarlıq dərəcəsi necədir? Doğrudanmı, dünya insanı qəzetlərdən, daha doğrusu, onların çap versiyasından vaz keçib? Hamı əlində telefon, planşet, netbukla... dolaşır?

Gündəlik tirajı 1.1-1.6 milyon

Başlayaq “The New York Times” qəzetindən. Amerika qəzetləri arasında bu nəşrin elektron versiyası ən məşhurdur. Hər ay bu qəzetin saytına 19 milyon nəfər daxil olur. Bununla yanaşı “The New York Times” qəzeti ölkənin ən böyük nəşrlərindən sayılır və formal olaraq müstəqildir. Onun gündəlik tirajı 1.1-1.6 milyon təşkil edir. Bu qəzet ölkədə daha çox liberal kəsimin mövqeyini əks etdirir.

Keçək “The Washington Post”-a. Bu qəzetin sayt versiyası da populyarlığına görə ölkədə ikinci yeri tutur. Hər ay sayta orta hesabla 10 milyon nəfər daxil olur. “The Washington Post”u 1933-1943-cü illərdə Eugen Meyer inkişaf etdirib və onun tirajı ilk dəfə 162 min nüsxəyə, reklamdan gəlir isə 4 milyon dollardan 12 milyon dollara çatıb. 2005-ci ilin hesablamalarına görə, “Vaşinqton Post” ABŞ-ın ən yüksək tirajlı beşinci qəzetidir. Həmin il oxucuların sayı orta hesabla iş günləri 715 min 181, bazar günləri isə 983 min 243 nəfərə çatıb.

Şəxsi mülk kimi təsisçinin ailəsinə məxsus olan “Vaşinqton Post” digər media və qeyri-media strukturlarına malik eyni adlı şirkətin tərkib hissəsidir.

“Vaşinqton Post”un ABŞ-dan xaricdə - Bağdad, Pekin, Berlin, Boqota, İslamabad, Yerusəlim, Kabil, London, Mexiko, Moskva, Dehli, Paris və Tokioda büroları var. Hazırda onun tirajı 200 mindir. Qəzet daha çox reportajları, Ağ Evlə bağlı detallı və etibarlı xəbərləri ilə populyardır.

“The Guardian” qəzeti isə Böyük Britaniyada öz populyarlığı ilə seçilir. Bu qəzet də Britaniya qəzetləri arasında internet versiyası ən populyar olandır. Hər ay bu qəzetin saytını 4 milyon nəfər ziyarət edir. Belə ki, saytda yer alan materiallar çap versiyasındakından xeyli fərqlənir. “The Guardian” - 1821-ci ildə fəaliyyətə başlamış gündəlik, ictimai-siyasi qəzetdir. Onun tirajı 355,750-dir. Siyasi baxışlara əsasən, sözügedən nəşr solçu liberalların mövqeyini özündə əks etdirir. Hesab edilir ki, sözügedən nəşr Böyük Britaniyanın liberal partiyaları ilə kifayət qədər yaxın münasibətlərdədir.

“The Daily Telegraph” - Kifayət qədər populyar olan bu qəzetin onlayn versiyası da oxunaqlıdır. Hər ay bu saytı 3.9 milyon nəfər ziyarət edir. “The daily Telegraph” 1855-ci ildə nəşr olunmağa başlayıb. Britaniyadakı ilk ucuz qəzetlərdən biri olan bu nəşr ilk vaxtlar həddən artıq radikal olub ki, bu da ona populyarlıq qazandırıb. Kifayət qədər yüksək reputasiyası olan qəzet müxtəlif mövzular üzrə maraqlı yazılar hazırlayır ki, bu da onu oxucu üçün vazkeçilməz edir. Bu keyfiyyətli nəşr Londonda 1 milyon tirajla dərc edilir.

“Times Online” - onlayn media arasında populyarlığına görə üçüncü sırada yer alır. Hər ay saytın 3 milyon ziyarətçisi olur. “Times Online” - dünyada məşhur olan “The Times” qəzetinin onlayn versiyasıdır və 1785-ci ildən fəaliyyətə başlayıb. Hazırda onun tirajı 692,581-dir.

Çin dünyada ən çox qəzet satan ölkədir - gündə 93.5 milyon nüsxə...
Dünya Qəzetlər Birliyinin (WAN) açıqlamasına görə, 2005-ci ildən etibarən Çin dünyada “ən çox qəzet yayımlayan ölkə” seçilib. Gündə 93,5 milyon qəzetin yayımlandığı Çindən sonrakı sıranı Hindistan tutur. Burada da gündə 78,8 milyon qəzet yayımlanır. Üçüncü yerdə Yaponiya yer alır. Bu ölkədə 70.4 milyon nüsxə qəzet nəşr edilir. Sıralamanı davam edək: ABŞ-da 48,3 milyon, Almanyada 22,1 milyon.

Sözügedən qurumun hesablamalarına görə, ən çox satılan 100 qəzetin təxminən 75 faizi Asiyada nəşr olunur. Bunlardan ilk 10-un 7-si isə Yaponiya qəzetləridir.

Yaponiyanın “Yomiuri Shimbun”, “Asahi Shimbun” və “Mainichi Shimbun” dünyanın en yüksək tirajlı qəzetlərindəndir. Almaniyanın “Bild” dünyanın ən yüksək tirajlı və Asiya xaricindən tək qəzet kimi ilk 10-luqda yer alır.

Ginnesin Rekordlar Kitabına görə, keçmiş SSRİ-də yayımlanan “Trud” qəzeti 1990-cı ildə 21 milyon 500 min satış rəqəminə çatıb. Həftəlik “Arqumentı i Faktı” qəzeti isə 1991-ci ildə 33 milyon 500 minlik satışla rekorda çatıb.

Hindlilər ancaq film çəkib mahnı oxumur, qəzeti də sevir

Hindistan: Bu ölkədə 2009-cu ildə yayımlanan Beynlxalq Oxucu Araşdırmasının nəticələrinə görə, hind dilində çıxan 21 milyon 200 min tirajlı “Dainik Jagran”la 21 milyon tirajlı “Rajasthan Patrika” ölkənin ən yüksək tirajlı qəzetləri olaraq ön plana çıxır. “Times of India”, 7 milyon 900 minlik tirajla ingilis dilində yayımlanan gündəlik qəzetlər arasında ilk sırada yer alır. “Times of India”dan sonra 4 milyon 50 min tirajla “The Hindu” qəzeti yer alır. İngilis dilində nəşr edilən bir başqa gündəlik qəzet - “Hindustan Times” da 3 milyon 850 minlik tiraja sahibdir.

Yaponiya: 2010-cu ilin məlumatlarına görə, ölkənin ən böyük ilk 5 qəzeti və tirajları belə sıralanır:

“Yomiuri Shimbun” - 10.077.410;
“Asahi Shimbun” - 8.284.513;
“Mainichi Shimbun” - 3.957.410;
“Nihon Keizai Shimbun” - 3.009.253;
“Sankei Shimbun” - 2.086.391.
Britaniya mətbuatı milyonlarla savaşır
Böyük Britaniya: Qəzetlər və onların tirajları ilə tanış olaq.
“Nyus İnternational”, “Sun” - 3.5 milyon nüsxə
“Today” - 0.5 milyon
“Tayms” - 375 min
“Nyus of vorld” - 4.6 milyon
“Sunday times” - 1.2 milyon
“Deyli mirror” - 2.6 milyon
“Deyli rekord” - 700 min
“Sunday mirror” - 2,6 milyon,
“People” - 2 milyon
"Daily Ekspress" -1.5 milyon
“Daily star” - 770 min,
“Sunday ekspress” - 1.7 milyon
“Daily Teleqraf” - 1.1 milyon
“Sunday Teleqraf” - 566 min “Sandi teleqraf» (565 tıs.).
“Daily mail” - 1.7 milyon
“Mail of Sunday” - 2.7 milyon
“İndependent” - 350 min
“İndependent of Sunday” - 400 min
“Ekonomist” - 500 min
“Gurdian” - 400 min
“Observer” - 530 min.

Dünyadakı çap mediasının vəziyyəti ilə tanış oldunuz. Bir çox “ekspert”lərin dediklərindən fərqli olaraq, rəqəmlər, satış göstəriciləri çap mediasının yaşadığını sübut edir. Bununla yanaşı, yaxın onillikdə də qəzet bazarının ölməyəcəyi proqnozları səslənir. Beynəlxalq media ekspertləri hesab edir ki, hər nə qədər bazarda yeni texnoloji mallar - planşet, müasir telefonlar çıxsa da, insanlar üçün klassik qəzetin, kağız versiyanın yaratdığı assosiasiya fərqlidir. Yaş, nəsil göstəricilərindən asılı olmayaraq, iş adamları, ofis çalışanları, yazı-pozu əhli qəzetin kağız versiyası ilə tanışlığı çox şeydən üstün tutur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gündəm-xəbər” ölkə mediasının ilk üçlüyündə

    “Gündəm-xəbər” ölkə mediasının ilk üçlüyündə ...

    3-05-2013, 13:01

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • Metropolitendə Gündəm Xəbər qəzeti də daxil olmaqla bir çox qəzetlərin satışına qadağa qoyuldu

    Metropolitendə Gündəm Xəbər qəzeti də daxil ...

    15-10-2013, 13:22

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu