GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Ağcabədinin icra başçısı əhalini su ilə sınağa çəkir”

“Ağcabədinin icra başçısı əhalini su ilə sınağa çəkir”

Tarix: 17-11-2013, 10:50 Bölmə :Ölkə Baxış: 843
  “Ağcabədinin icra başçısı əhalini su ilə sınağa çəkir”
Şikayətçilər: “Şahin Məmmədov camaata qan uddurur...”
“Ağcabədinin icra başçısı Şahin Məmmədov rayon əhalisini içməli su ilə sınağa çəkir. Rayon camaatı içməyə su tapmır. Çünki icra başçısı Qar-qar çayından şəhərə gələn 18 kilometrlik su kəmərinin borularını doğradıb satdırıb”. Bunu rayon sakinləri Rəşid Nəcəfli və Nuşirəvan Məmmədov redaksiyamıza gələrək dedilər.

R.Nəcəfli başçının əhaliyə divan tutduğunu bildirdi: “Ağcabədi əhalisi içməli sudan korluq çəkir. Bunun da baiskarı icra başçısı Şahin Məmmədovdur. Hazırda rayon əhalisinə içməli su adı ilə verilən su Yuxarı Qarabağ suvarma kanalından gəlir. Bu su da nəinki içməyə, heç qab-qacaq, paltar yumağa belə yaramır. Çünki bulanıqdır, həmçinin içindən qurdlar həşəratlar gəlir. Yəni su xəstəlik mənbəyidir. Dəfələrlə bu haqda rayon prokurorluğuna, Respublika Prokurorluğuna şikayət ərizəsi vermişik. Araşdırma aparılsa da, dərdimizə əlac tapmaq əvəzinə bu işi ört basdır etmək istəyirlər”.

Şikayətçinin sözlərinə görə, ümumiyyətlə Şahin Məmmədovun bu və bu digər qanunsuz hərəkətlərindən yuxarı orqanlara şikayətlər olunsa da, buna məhəl qoymur: “Yanına qəbula gedən adamları isə o, təhqir edərək qovur. Faktlar var ki, Şahin Məmmədov rayondakı əlvan metalları, başqa su xətlərini də, rayon mərkəzindəki ağacları da doğradıb satdırır. Bu adam rayonda yerli iş adamlarını, sahibkarları dələduzluqla şərləyərək əllərində olan pulu alır. Onun hərisliyi ucbatından Ağcabədini pis günə qoyub. Açıq aşkar da deyir ki, gedin hara istəyirsinizsə şikayət edin, mənim elə güclü arxam var ki, sizin etdiyiniz şikayətlər mənim üçün heç nədir. Biz rayon sakinləri artıq icra başçısının rayonda etdiyi bu cür özbaşınalıqlara biganə qala bilmərik. Rayonda hər kəs narazıdır. Guya deyirlər ki, Ağcabədidə 10 minə yaxın yeni iş yeri açılıb. Ancaq əhalinin əksəriyyəti işsizdir. Mənim özümü də işdən çıxartdırıb. Şahin Məmmədov məktəb direktorlarını, müəllimləri, tibb işçilərini küçələrə çıxardaraq özlərinin hesabına ağac, gül əkdirir. Məktəb direktorlarına ağacların dibini sulatdırır. Rayonda quruculuq işi görəndə də onun pulunu sahibkarlardan alır. Rayon üçün ayrılan vəsaitləri isə özü mənimsəyir”.
Nuşirəvan Məmmədov isə icra başçısı tərəfindən təhqir edildiyini bildirdi: “Şahin Məmmədov Ağcabədi rayonuna başçı təyin ediləndən 8 il keçib. Bu 8 ildə Ağcabədidə insaniyyət deyə bir şey qalmayıb. İcra başçısının işi peşəsi ancaq pul yığmaq, rüşvət alaraq kimisə işə qoymaq, rüşvət verməyəni işdən çıxartmaqdır. Məhkəməyə işin düşəndə məhkəməyə sifariş edir ki, vətəndaşı sıxın. Hər həftənin 5-ci günü qəbul günüdür. İcra başçısı camaatı qəbul edəndə insanları sıxır, qorxudur və təhqir edir. Şəxsən mənə teleqrama vurub ki, gəl yanıma. Mən qorxumdan ailə üzvlərimlə getmişəm. Çünki bilirəm ki, məni şərləyib tutduracaq. Ondan yuxarılara şikayət etdiyim üçün ailə üzvlərimin yanında məni təhqir etdi. Mən 2008-ci ildən mülkiyyət sahibiyəm. Evim-eşiyim, hasarım, darvazam - hər şeyim qaydasındadır. Guya mən yer zəbt etmişəm və darvazam sökülməlidir. Ancaq mənim əlimdə xəritəm, sənədim var. Bununla bağlı neçə illərdir şikayətçiyəm. Ancaq hələ də şikayətimə baxılmır. Traktorlarda qapı-qapı düşüb su satırlar. Çünki verdikləri su xəstəlikdən başqa bir şey deyil. Bu suyun içindən yayda qurd çıxır. Çünki ölü it, pişik bu sudan çıxarılır. Şahin Məmmədov Ağcabədiyə gələn gündən əhaliyə qan uddurur. Oğlum Elsevəri 6 ay bundan qabaq qəfil yoxa çıxdı. Oğlumu Beyləqan yolunun üstündəki meşəyə apararaq vəhşicəsinə döymüşdülər. İcra başçısı oğlumu məndən qisas almaq üçün döydürüb. Bununla bağlı Baş Prokurorluğa müraciət etsəm də hələ də mənə bir cavab verməyiblər. Oğlum 22 gün Ağcabədi rayon xəstəxanasında yatdı. İcra başçısı həkimlərə tapşırıq verdiyi üçün oğlumu xəstəxanada qeydiyyata almayıblar. Bu işi də ört basdır ediblər. Nə oğlumu döyənlər, nə də döydürən tapılmır. Artıq bezmişik”.

Şikayətçilər icra başçısının özbaşınalıqlarına son qoyulmasını tələb edirlər.
Məsələ ilə bağlı ittihamda adı hallanan tərəfin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağcabədinin şefi “qara siyahı”da - 5 milyonluq yeyintinin bədəli

    Ağcabədinin şefi “qara siyahı”da - 5 milyonluq ...

    22-05-2014, 10:11

  • 
  • Şahin Məmmədov bütün ailə üzvlərini Avropa turnesinə hansı pulla aparır?

    Şahin Məmmədov bütün ailə üzvlərini Avropa ...

    19-07-2014, 14:28

  • 
  • Ağcabədini talayan ata və oğul kimlərdir?

    Ağcabədini talayan ata və oğul kimlərdir? ...

    24-09-2014, 12:10

  • 
  • Şəmkirin icra başçısı müavinini işdən çıxardı

    Şəmkirin icra başçısı müavinini işdən çıxardı ...

    5-11-2014, 16:29

  • 
  • Ağcabədidə icra başçısı və idarə müdiri prezidenti belə aldada bilib – ŞOK!

    Ağcabədidə icra başçısı və idarə müdiri ...

    12-06-2015, 14:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu