GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aləmi qarışdıran yalançı xalq

Aləmi qarışdıran yalançı xalq

Tarix: 21-12-2012, 12:59 Bölmə :Ölkə Baxış: 898
Aləmi qarışdıran yalançı xalq

Böyük yalan, “qiyamət günü” - dünyanı "lərzəyə salan" mayyalılar kimdir?


gundemxeber.az Neçə müddətdir ki, dünya onlardan danışır-mayyalılardan, daha dəqiqi onların təqvimindən. Doğrudanmı mayyalılar 2012-ci il dekabrın 21-ni dünyanın sonu kimi proqnozlaşdırıblar? İndi demək olar ki, bütün ölkələrdə insanlar Mayya təqvimi ilə “dünyanın sonu”na qalan günləri saymağa başlayıblar. Dünyanı lərzəyə salan mayyalıların təqviminin bitməsinə, başqa sözlə, bəzi ağzıgöyçəklərin dediyi “qiyamət günü”nə isə çox az qalıb – 2-3 gün...
İnsanların təşvişə düşməsindən istifadə edənlər isə qorxunc iddialar irəli sürməkdədirlər: guya, dekabrın 21-də Yerdə inanılmaz kataklizmlər başlayacaq, bütün dünyada enerji kəsiləcək və Yer kürəsi qaranlığa qərq olacaq, tufan qopacaq, Yerə nəhəng meteorit və ya asteroid düşəcək, ulduz partlayışları baş verəcək, vulkanlar püskürəcək, Günəşdəki fırtınaların təsiri ilə Yer planetinin mantiya qatında maye halda olan metal hərəkətə gələcək və bu da Yerin maqnit qütblərinin yerinin dəyişməsinə, zəlzələlərə, sunamilərə, daşqınlara səbəb olacaq və daha nələr, nələr...
Guya, dekabrın 21-də planetlərin paradı adlanan astronomik hadisə (göydə planetlər və günəş bir xətt boyunca düzüləcək) dünyanın sonunu gətirəcək.
Etiraf etmək lazımdır ki, insanlar arasında xof, kütləvi ümidsizlik yaradan və bununla da onları dünyanın sonu olacağına inandıran qüvvələr yaranmış situasiyalardan öz məqsədləri naminə sui-istifadə etməkdədirlər. Qiyamət günü - dünyanın nə vaxtsa dağılacağı haqda tarixdən üzü bəri dini kitablar, məşhur astroloqlar, falabaxanlar dəfələrlə bəşəriyyətə xəbərdarlıq ediblər. Bu dəhşətli sonluqla bağlı verilmiş proqnozlardakı tarixçələrin bir çoxu artıq keçmişdə qalıb. Təbii ki, reallaşmamış şəkildə. İndi də 21 dekabr 2012-ci illə bağlı proqnozun geridə qalmasına sayılı günlər qalır...
21 dekabr 2012-ci il tarixi - “qiyamət günü” ilə insanlarda xof yaradan bəzi qüvvələr mayyalıların təqvimini əllərində bayraq ediblər. Axı 21 dekabr 2012-ci il tarixində Mayya təqviminin başa çatacağı uzun illərdən bəri bəlli idi. Niyə son illərədək bu barədə iddialar indiki kimi qabardılmırdı? Bəs adlarından sui-istifadə edilən mayyalılar kim olublar, hazırda harada yaşayırlar? Doğrudanmı onlar 21 dekabr 2012-ci il tarixini qiyamət günü hesab edirlər?
Mayya - indiki Meksikanın cənubu və Mərkəzi Amerikanın şimal ərazilərində mövcud olmuş sivilizasiya – insan məskəni olub. Bu böyük mədəniyyətin sərhədləri içərisində hazırda Qvatemala, Beliz, Salvador və Honduras dövlətləri yerləşir. Mayalılar tarixdə mükəmməl əlifbası, incəsənəti, arxitekturası, riyaziyyatı və astronomik sistemi ilə tanınır. Maya sivilizasiyası təqribən e.ə. 2000-ci ildən 250-ci ilə qədər mövcud olub. Şəhərləri təqribən 250-ci ildən 900-cü illərə qədər inkişafın yüksək səviyyəsinə çatıb. XVI əsrdə ispan kolonistlərinin gəlişinə qədər fəaliyyət göstərib.
Mayya xalqları daş binalar tikirdilər, onların bir hissəsi indiyə qədər istifadə edilməkdədir. Onlar tərəfindən tərtib edilmiş təqvimdən Mərkəzi Amerikadakı digər xalqlar da istifadə edirdilər. Mayyalıların heroqlif sistemli əlifbaları, səmərəli əkinçilik sistemləri, astronomiyaya dair dərin bilikləri olub.
Qədim mayyalıların kötücələri tək indiki mayya xalqları yox, həmçinin Meksika, Qvatemala, Honduras ölkələrində əhаlinin əsaslı bir hissəsini təşkil edirlər. Mayyalıların bir sıra yaşayış məskənləri YUNESCO-nun ümumdünya irsi siyahısına salınıb. Mayya mədəniyyətinin XX əsrin 80-ci illərinə qədər 1000 yaşayış məskəni tapılıb.Mərkəzi Amerika hinduları kimi, mayya xalqında da qan çox böyük önəm kəsb edirmiş. Bizim günlərə kimi çatmış bir çox keramik əşyalarda qanburaxma mistik rituallarını görmək olar. Dodaqlarını, dilini, penisini, qollarını deşməklə onlar yığılan qanı ritual qablara doldururdular. Mayya inanclarına görə, qan insan enerjisinin mənbəyi və insanın ruhunun simvolu sayılırdı. Mayya dini politeistikdir. Yəni mayya panteonunda olan allahlar, yaşama müddəti orta insan yaşam müddəti ilə eynidir. Bunun üçün insanın qurban verilməsi, mayyalılar üçün bir cür allahların yaşama müddətinin uzadılması ilə əlaqələnə bilər. İnsanın allahlara qurban verilməsi fərqli formada həyata keçirilirdi - suda boğma, vulkanik daşdan hazırlanmış iti bıçaqlarla sinədə kəsik edərək "döyünən ürəyin" çıxarılması, senot adlanan böyük kəhrizlərə atma və s.
Hazırda Yukatan yarımadasında, Belizdə, Qvatemalada və Hondurasda 6,1 milyondan çox mayyalı yaşayır. Mayyalıların hazırki dinləri katolik dini ilə ənənəvi mayya dininin sintezi şəklində qurulub. Yukatan yarımadasında yaşayan mayya xalqlarının bölgəyə görə fərqli geyim tərzi var.
Hazırda Mərkəzi Amerikadakı mayyalıların özləri, mayya irsini öyrənən alimlərin dediyinə görə, 21 dekabr 2012-ci il təqviminin sonunu dünyanın sonu kimi qəbul etmirlər. Mayya inancına görə, bu sadəcə bir astronomik dövrün, eranın sonu olacaq. Mayyalılar deyirlər ki, təxminən hər 5 min ildən bir insanlıq tarixində bir dövr bitir, yenisi başlayır. 21 dekabr 2012-ci il tarixindən sonra da yeni bir dövr başlayacaq.
İslam üləmaları bütün bu iddiaları rədd etməkdədirlər. Onlar bildirilər ki, müqəddəs “Qurani-Kərim”də qiyamət günü barəsində məlumat verilməyib və bunu Allahdan başqa, heç kəs, hətta peyğəmbərlər də bilməyib, bilmir...

A.Qorxmaz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünyanın sonu boş söhbətdi

    Dünyanın sonu boş söhbətdi ...

    3-12-2012, 02:18

  • 
  • Türkiyənin Şirincəsində “qiyamət”

    Türkiyənin Şirincəsində “qiyamət” ...

    21-12-2012, 13:22

  • 
  • Azərbaycan banklarında 21 dekabr  xaosu

    Azərbaycan banklarında 21 dekabr xaosu ...

    12-12-2012, 12:44

  • 
  • “Qiyamət günü” hava necə olacaq?

    “Qiyamət günü” hava necə olacaq? ...

    18-12-2012, 13:45

  • 
  • Putin “qiyamət günü”nün tarixini açıqladı

    Putin “qiyamət günü”nün tarixini açıqladı ...

    20-12-2012, 14:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu