GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tarixlərin ölkəsi, ölkələrin tarixi

Tarixlərin ölkəsi, ölkələrin tarixi

Tarix: 21-11-2013, 02:10 Bölmə :Ölkə Baxış: 694
Tarixlərin ölkəsi, ölkələrin tarixi
“Gündəm xəbər”in əməkdaşı Almaniya təəssüratlarını qələmə aldı
II Yazı
Bizim Almaniya səfərimizdən bir neçə gün öncə, bu ölkədə parlament seçkiləri keçirilmişdi. Seçkilərdə kansler Angela Merkelin lideri olduğu Xristian Demokratlar Partiyası qələbə çalıb. Bununla da Merkel üçüncü müddətə kansler olmaq şansını əldən verməyib. Amma Xristian Demokratlar ötən seçkilərdə olduğu kimi bu dəfə də təkbaşına hökumət formalaşdıra bilməyəcək. Təkbaşına hökumət formalaşdırmaq üçün Bundestaqda olan 630 deputat yerinin 317-nə sahib olmaq lazım gəlir. Xristian Demokratlar isə cəmi 311 deputat yeri qazana bilib. Hazırda yeni alman hökumətini formalaşdırmaq məqsədilə Xristian Demokratlar 25 faizdən çox səs toplayan Sosial Demokratlarla danışıqlar aparır. Əgər bu danışıqlar uğurla nəticələnsə yeni hökuməti bu iki partiya quracaq. Yaşıllar Partiyası isə müxalifətdə qalacaq.
Merkelin qərargahı şüşədən olduğundan hər şey kənardan görünür
Bundestaqa baş çəkdiyimiz zaman yaxınlıqdakı bir şüşəli bina diqqətimizi çəkdi. Bina ilə maraqlanan zaman bəlli oldu ki, burada kansler Angela Merkel oturur. Yəni bina kanslerin iqamətgahıdır. Məlumat üçün deyək ki, biz binanın yanında olanda qaranlıq tam çökmüşdü. Lakin kanslerin iqamətgahının bir çox otaqlarında elektrik lampası yanırdı. Başqa sözlə, otaqların hər birinin içi, insanların hərəkəti görünürdü. Bu isə bir növ şəffaflığın olmasına mesaj idi. Yəni almanların kanslerinin bağlı qapılar və dörd divar arasında görəcəyi işlər yoxdur, çünki gördüyü işlər alman xalqının rifahına hesablanıb. Əlbəttə ki, bu cür hadisələrlə qarşılaşanda insan öz ölkəsində belə vəziyyətin hökm sürməsini arzulayır. Ancaq təəssüflər olsun ki, Berlindən fərqli olaraq bizim məmləkətimizdə nəinki prezidentin, baş nazirin oturduğu bina, hətta adicə icra başçısının kabinetinə gedib çıxmaq üçün onlarla kabineti və səliqəli divarların arasından keçmək lazım gəlir. Yeri gəlmişkən, oxucularımızın bilməsi üçün qeyd edək ki, “Gürcü Arzusu” blokunun lideri, sonra isə Gürcüstanın baş naziri postunu tutan İvanaşvilinin Tiflisdə yerləşən qərargahı da məhz şüşələrdən yığılmış binadan ibarətdir.
Kommunistlərin qərargahı hələ də durur
Berlində olduğumuz müddətdə şəhəri gəzmək, tarixi ilə tanış olmaq məqsədilə turist gəzintisi bölməsinə müraciət etdik. Burada bizə ayrılan xanım şəhərin tarixi yerləri ilə bizi tanış edərək alman tarixindən çox qürurla danışır, eyni zamanda nasistlərin insanlığa yaraşmayan hərəkətlərindən bəhs edərkən xəcalət çəkirdi. O, Berlin divarlarından ürək ağrısı ilə danışır, artıq bunun tarix olduğunu qeyd edirdi. Berlin divarları demək olar ki, artıq yoxdur. Divar dağıdılıb. Yalnız kiçik bir yerdə qısa hasar saxanılıb.
Ekskursiya zamanı biz dünyanın ən güclü qadınlarından olan Roza Luksenburqun Berlində yerləşən heykəlinin önündən keçdik. Alman tarixində qadın hərəkatının lideri hesab olunan R. Lüksenburq həm də alman tarixinin ən möhtəşəm səhifələrindən biri hesab edilir. Luksenburqun heykəlindən bir qədər aralıda isə Kommunist partiyasının iqamətgahı yerləşir.Yeri gəlmişkən, məhz kommunist partiyaları ikinci cahan müharibısindən sonra hakimiyyəti ələ keçirmək üçün cəhdlər edib, yeni inqilabi vəziyyət yaratmağa çalışıb. Amma bu uğurlu alınmayıb. Buna baxmayaraq kommunistlərin iqamətgahı şəhərin mərkəzinə yaxın bir ərazidə, nəhəng bir binada yerləşir. Həmin uğursuz inqilab cəhdlərindən sonra kommunistlər ciddi cəzalandırılıb. Amma buna baxmayaraq hökumət onların qərargahını əlindən almağı belə ağlına gətirməyib. Baxmayaraq ki, kommunizm alman tarixinə ciddi bir zərbə vuraraq bu xalqı uzun illər ikiyə parçalayıb.
Holokost abidəsi, yəhudilərə xüsusi yanaşma
Şəhərdə gəzərkən diqqətimizi açıq havada olan böyük daşlar cəlb etdi. Əvəlcə zənn etdim ki, bura məzarlıqdır. Ancaq az sonra bəlli oldu ki, biz Holokost qurbanlarının şərəfinə yaradılan abidənin qarşısından keçirik. Almaniya rəsmən yəhudilərə qarşı soyqrım törətdiyini etiraf edib və bu gündə yəhudi millətindən olan insanları qəbul edir. Amma yəhudilərə şəhərin mərkəzində belə bir abidənin qoyulmasına inanmaq asan deyil. Abidə əsasən hündür sinə daşlarından ibarətdir və kənarda məzarlıq görüntüsü yaradır. Sinə daşları iki metr hündürlüyündədir, insan onların arasına daxil olanda kənardan görünmür. İnsanlar adətən bura gələrək şamlar yandırır. Deyilənə inansaq Adolf Hitler 1933-cü ildən sonra bəzi yəhudiləri məhz bu meydanda güllələtdirib.
Rəsulzadənin yaşadığı bina sökülüb, Düdənginsikinin işlədiyi bina durur
Səfər zamanı Azərbaycanla bağlı maraqlı izlərdə tapmağa çalışdıq. Bəlli olduğu kimi II Cahan Müharibəsi zamanı M.Ə.Rəsulzadə Berlində olaraq nasist hökumətlə danışıqlar aparıb. Onun Berlində olduğu müddətdə qaldığı bina sökülüb və yerində təzə bina inşa edilib.
Azərbaycan legionunun başçısı Düdənginskinin işlədiyi bina isə hələdə durur. Əslində bu binanı alıb muzey yaratmaq Azərbaycan dövlətinə şərəf gətirərdi. Ancaq təəssüflər olsun ki, bir müddət əvvəl Düdənginskinin məzarı ilə bağlı ciddi problem yaranıb. Beləki onun dəfn olunduğu zaman ödənilən məbləğin müddəti başa çatdığı üçün məzarın yerinin başqasına satılması gündəmə gəlib. Bu problemi həll etmək üçün Azərbaycanda da kampaniya aparılıb. Nəhayətdə Almaniyada yaşayan soydaşlarımızın sayəsində məzar yerinin başqasına satılmasının qarşısı alınıb. Bunun üçün daha 10 il müddətində pul ödənilib. Ancaq 10 ildən sonra hansı vəziyyətin yaranacağı bəlli deyil.
Dünyaya çıxışın dayanacağı-Frankfurt
Səfər proqramına uyğun olaraq Almaniyanın ən böyük və müasir şəhəri hesab olunan Frankfurta da baş çəkdik. Berlindən Frankfurta qatarla getməli olduq. Berlinin müasir və bir neçə mərtəbəli dəmiryol vağzalına daxil olanda bir qədər həyacanlandım, amma Frankfurtun dəmir yol vağzalına çatanda artıq Berlinin kiçik vağzalı tamam yadımdan çxmışdı. Berlindən Frankfurta sürətli qatarla gəldik. Qiymət bir nəfər üçün 69 avro olsa da, qatar 600 kilometlik məsafəni 4 saata qət etdi. Başqa sözlə, qiymət yüksək olsa da, bu qatara minməyə dəyərdi. Xüsusilə, qatarın təbiəti yararaq sürətlə irəli şığıması, arada kiçik və gözəl alman üslubunda tikilən evləri, kəndlərin yanından ötməsi insanda qəribə hisslər yaradır.
Yağışlı axşam saatında Frankfurt dəmiryoluna çatanda isə vağzalın nə qədər böyük olduğunu, Frankfurun nə üçün bu dərəcədə vacib şəhər kimi təqdim edildiyi bizə məlum oldu. Bəndəniz şəxsən 23 qatar xəttini saya bildi, digər tərəfdə ki, xətləri saymaq isə bizə qismət olmadı. Müqayisə üçün deyim ki, Bakı, Biləcəri və Keşlə dəmir yolu stansiyaları birlikdə Frankfurt dəmir yolu vağzalından kiçikdir. Gün ərzində burada yüzlərlə qatar qəbul olunur, on minlərlə insan şəhərə girib-çıxır.
İnsanın dostu- velosipedlər
Berlində olduğu kimi Frankfurtda da insanlar velosipedləri özlərinin yaxın dostu hesab edirlər. Almaniyada benzin və dizelin qiyməti baha olduğundan insanlar ictimai nəqliyyatdan deyil, velosipedlərdən istifadə etməyə üstünlük verirlər. Berlində olduğu kimi bu şəhərdə də təmiz hava kütləsi insanın ruhuna oxşayır. Buna bir səbəb də avtomobillərin daima ekoloji baxışdan keçməsi, təbiətin korlanmasna səbəb olacaq hər bir şeyə nəzarətin olunmasıdır. Minlərlə avtomobil yanından şütüsə də, səs, “siqnal” eşirmək arzun gözündə “qalar”.
Avtomobil, texnika və geyim su qiymətinədir
Frankfurtda olduğum müddətdə həm də insanların yaşam tərzi, qiymətlərlə də tanış olmağa çalışdım. Bu ölkədə 3 il bundan əvvəl istehsal olunan avtomobili dəyərindən 4-5 dəfə ucuz qiymətə almaq olar. Çünki burada köhnə avtomobili sürmək elə də dəb deyil. Bakıda bir çox soydaşımızın fəxarətlə sürdüyü belə avtomobilləri burada nadir hallarda görmək olar.
Almaniyanın əksər şəhərlərində olduğu kimi Frankfurtda da texnika bahalı hesab olunmur. Məsələn, ölkəmizdə 80-100 manata satılan başqırxan aparatı burada 10-15 avroya almaq mümkündür. Frankfurtda üz taraş edən elektron aparat 20 avro olduğu təqdirdə Bakıda bunun qiyməti 151 manat təşkil edir. Paltaryuyan maşın, televizor, mobil telefonlar və digər elektron avadanlıqlar da bizimlə müqayisədə iki dəfə ucuzdur.
Alman kofesini və pivəsini içmədən keçinmək olmaz
Almanların, habelə bu şəhərə hər gün ayaq basan milyonlarla turistin daima istifadə etdiyi kofe və ya pivə haqqında danışmamaq ədalətsizlik olardı. Bunu Frankfurtun “Zive” alış-veriş mərkəzinin yerləşdiyi əsas prospektdə müşahidə etmək adi haldır. İnsanlar səhər saatlarından nahara qədər kofe içməyi, günortadan sonra isə pablarda pivə içib istirahət etməyə üstünlük verirlər. Burada kofenin qiyməti ilə pivənin qiyməti demək olar ki, eynidir. Bu 2-5 avro arasında dəyişir. Ancaq ölkəmizdən fərqli olaraq burada pivə boçkalarına qaz və ya su vurulmur. Nə qədər təzadlı görünsə də, pivə həqiqətən də dadlıdır, onun qoxusu dərhal hiss edilir. Kofesiz keçinmək isə ümumiyyətlə mümkünsüzdür.
Sosial təminat ən yüksək həddə
Almaniyaa olub bu ölkənin sosial vəziyyətindən, ələlxüsus insanların sosial müdafiəsinin necə təşkil olunmasından danışmamaq ədalətsizlik olardı. Çünki Azərbaycanda məhz belə davamlı sosial təminatın yaradılması əsl inqilab olardı. Əslində bunu göstərmək üçün xüsusi rəqəmlər sadalamağa ehtyac da yoxdur. Qısa bir faktı demək bu sahədə real mənzərəni ortaya qoyur. Səfər zamanı bəndəniz həm də Frankfurtdan 50-60 kilometr uzaqlıqda yerləşən Heppenheim rayon bələdiyyəsinə də baş çəkdi. Bu rayonun bələdiyyəsi 260 min insanı əhatə edir. Bələdiyyənin büdcəsi 350 milyon avrodan az deyil. Bu maliyyənin 70 milyonu ərazidəki orta məktəblərin saxlanılmasına, 160 milyonu isə insanların sosial təminatının gücləndirilməsinə istiqamətləndirilib. Burada sosial təminat işləri ilə bizdəki kimi hökumətin yerli idarələri deyil, xalq tərəfindən seçilən bələdiyyə orqanları (kommunalar) məşğul olur.
HÜSEYN ABBASOĞLU
Bakı-Berlin-Frankfurt-Bakı

P.S. Almaniyanın əldə etdiyi uğurların gerçək səbəbləri şübhəsiz ki, mədəniyyət, təhsil və elmə verilən dəyərdədir. Amma alman cəmiyyətində həm də ictimai sektor olduqca güclüdür. Məsələn, səfər zamanı baş çəkdiyimiz Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Frankfurt şəhərində yerləşən mərkəzi qərargahı təxminən bizim üç hökumət binası yekəlikdədir. Burada 11 mindən çox mütəxəssis çalışır. Almaniyada bu cür QHT-lərin sayı onlarladır. Vətəndaş cəmiyyətinin güclü, mətbuatın azad və məsuliyyətli, siyasi təsisatlarının güclü olduğu ölkədən başqa şey də gözləmək ağla gəlməz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almanlar yenə Merkeli seçdi

    Almanlar yenə Merkeli seçdi ...

    23-09-2013, 11:59

  • 
  • ABŞ Merkelin telefonlarına qulaq asıb

    ABŞ Merkelin telefonlarına qulaq asıb ...

    24-10-2013, 15:53

  • 
  • Merkel: "Türkiyə Avropaya ağırlıq edər"

    Merkel: "Türkiyə Avropaya ağırlıq edər" ...

    24-06-2013, 16:17

  • 
  • Merkel Türkiyədə

    Merkel Türkiyədə ...

    8-02-2016, 15:10

  • 
  • “Gənc Demokratlar Hərəkatı” Nazirliyə müraciət etdi

    “Gənc Demokratlar Hərəkatı” Nazirliyə müraciət ...

    8-02-2016, 18:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu