Məlum olduğu kimi, bir müddət öncə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun strukturunda müəyyən dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etmişdi.
Belə ki, o, Milli Şurada “həmsədrlik institutu”nun yaradılması təklifini irəli sürmüşdü və bu dəyişikliyin qurumun səmərəli fəaliyyətinə töhfə verəcəyini bildirmişdi.
Rüstəm İbrahimbəyovun təklifi Milli Şurada birmənalı qarşılanmadı və qurumun bəzi üzvləri bu təklifə qarşı çıxdı. Hətta Rüstəm İbrahimbəyovun istefa verməsi təklifi ilə çıxış edənlər də oldu. Ümumilikdə isə Milli Şuranın əksər üzvləri Rüstəm İbrahiməbyovun təklifini müsbət qiymətləndirdi.
Bu təklif ətrafında müzakirələr hələ də davam edir və yekun qərar Milli Şuranın sessiyasında məlum olacaq.
Virtualaz.org-un azadliq.info-ya istinadən məlumatına görə, Milli Şuranın İslam Partiyasından olan üzvü Natiq Kərimov bildirib ki, Rüstəm İbrahimbəyov sədrlikdə qalmalıdır və qurumun fəaliyyəti effektiv olmalıdır: “Milli Şura yeganə qurumdur ki, hakimiyyətə real alternativdir və demokratik qüvvələrin biriliyin təmin edib. Ona görə də Milli Şura formatı saxlanmalıdır və Rüstəm İbrahimbəyov sədrlikdə qalmalıdır. Mən Rüstəm İbrahimbəyovun istefasına mənfi yanaşıram və bu təklifin əleyhinəyəm. Əksinə, Rüstəm müəllimin sədrliyi ilə Milli Şuranın fəaliyyətinin daha da effektiv, səmərəli olmasını təmin etməliyik”.
İslam Pqartiyasının rəhbərliyinə daxil olan digər Milli Şura üzvü Rövşən Əhmədli də hesab edir ki, Miili Şura kollegial quruma çevrilməli və Rüstəm İbrahimbəyovun təkliflərinə ciddi yanaşılmalıdır: “Son illər ərzində müxalifətin bu miqyaslı koalisiyası yaranmamışdı və bu birliyin yaranmasında Rüstəm İbrahimbəyovun xidməti danılmazdır. Müxtəlif fikirlər, fərdi mövqelər ola bilər. Ancaq bütün mövqelər Milli Şuranın sessiyasında müzakirə olunacaq. Düşünürəm ki, Rüstəm İbrahimbəyovun təklifləri ciddi müzakirə olunmalıdır. Bu gün qurumun fəaliyyətində qeyri-müəyyənlik var və bu etiraf olunmalıdır. Hesab edirəm ki, bu format saxlanılmalı və Milli Şuranın ictimai-siyasi proseslərə təsir imkanları gücləndirilməlidir. Ona görə də bölücü fikirlərə son qoyulmalı və Milli Şura yaranış məqsədləri üzrə fəaliyyət göstərməlidir. Bunun üçün də Rüstəm İbrahimbəyovun Milli Şuranın rəhbəri kimi qalmağı çox önəmlidir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?