GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Səlcuq Ağlayan: “Gülər Əhmədova da Sevinc Babayeva kimi öləcək”

Səlcuq Ağlayan: “Gülər Əhmədova da Sevinc Babayeva kimi öləcək”

Tarix: 23-11-2013, 11:39 Bölmə :Ölkə Baxış: 689
  Səlcuq Ağlayan: “Gülər Əhmədova da Sevinc Babayeva kimi öləcək”
“15 gündən sonra Elşad Abdullayev məndən çox şey gözləsin”
Noyabr ayının 18-də “mandat alveri” olayında adı hallandırılan, mərhum Sevinc Babayevanı Türkiyədə himayə edən iş adamı Səlcuq Ağlayana bəraət verilib. Üzərində cinayət işi olan, həbs olunmasa da, ölkədən çıxışına yasaq qoyulan iş adamı barəsində sözügedən tarixdə sayca dördüncü məhkəmə keçirildi və sözügedən qərar verildi.
Biz də S.Ağlayanla söhbətimizdə son qərarın təfərrüatları və bundan sonra atacağı addımlarla bağlı danışdıq.

- Səlcuq bəy, keçmiş olsun deməklə yanaşı, bilmək istərdik ki, barənizdə bəraət qərarının verilməsi nə ilə bağlı oldu? Əlavə dəlillər, sübutlarmı qoyuldu ortaya?

- Bu qərar onu göstərir ki, mən günahsızam. Zatən ilk gündən də bunu deyirdim, ədalət qalib gəldi nəticədə. Amma bu müddət ərzində ölkədən çıxa bilmədim. Bütün işlərim, iş bağlantılarım ölkə xaricindədir. Tamamən ölkədən çıxmam dayandırılmışdı. İş əlaqələri qurduğum xaricdəki insanlarla yenidən əlaqələri bərpa edəcəm. Bir sözlə, iş həyatımı yenidən qaydasına salacam.

- Azərbaycana gəlib Sevinc Babayevanın qəbrini ziyarət edəcəyinizi demişdiniz daha öncə. Bu səfər yaxın zamanlarda mümkündürmü?

- Azərbaycana gəlmək istəyirdim. Amma orada nəzarət altına alınmağım, saxlanmağım təhlükəsi var. Başqa bir şeyi bəhanə gətirib, mənə problem yarada da bilərlər, mən bunu göz önünə almışam.

- Daha öncə Gülər Əhmədovanın işini aparan müstəntiq Emzar Qocayevin Türkiyəyə gələrkən sizinlə qeyri-demokratik davrandığını və bu barədə üzərinizdən xaricə çıxma yasağı qaldırılandan sonra açıqlama verəcəyinizi demişdiz. Bu davranışlar nədən ibarət idi?

- Məsələn, Emzar Qocayev mənə deyirdi ki, “bizim sizinlə heç bir problemimiz yoxdur. Sadəcə Gülər Əhmədovanın adını, onu tanıdığınızı bizə deyin. Əks halda, biz sizin hər bir işinizi araşdıracağıq”. Mən də ona dedim ki, birincisi, belə bir iddia doğru deyil. İkincisi də mən öz ölkəmdəyəm, bu ölkədə də demokratiya var, təhdidləriniz heç bir işə yaramayacaq, təhdidlə heç nəyə nail ola bilməzsiniz". Mən sadəcə bunu anlamıram: Elşad necə bir gücdür ki, orda prokurorlara, hakimlərə bir sözü ilə istədiyini elətdirir? Çox güman ki, onların hamısının kasetləri var onun əlində, ona görə də onları istədiyi kimi yönləndirə bilir, hakim ədası ilə prosesi yönləndirir də deyə bilərik. Hətta mənim haqqımda “qatil” deyib. Mənim qatil olmadığım üzə çıxdı. Elşad Abdullayev özü qatil olduğu üçün qarşısındakı insanları da qatil hesab edir. Amma Türkiyənin hüquq-mühafizə orqanları mənimlə bağlı ən incə nöqtəyə qədər araşdırma apardılar. Sübut edildi ki, mən sırf insani nöqteyi-nəzərdən bu işdə olmuşam, mərhum Sevinc Babayevaya yardım etmişəm. Amma sizin istintaqdakı insanlar şahidlərə qorxu, hədə, hətta fiziki zorla istədiklərini dedizdirirlər.

- Sizin üzərinizdən xaricə çıxma qadağasının götürülməsi ilə Gülər Əhmədova barəsində məhkəmə prosesinin də təxminən yekunlaşması - hökmün verilməsinə bir neçə gün qalıb - təsadüfdürmü? Hər iki hadisə arasında bir neçə günlük fasilə var. Sizcə bu, nə ilə bağlıdır?

- Bunu təsadüf olaraq qəbul etmirəm. Çünki mənim də diqqətimi çəkən məsələdir. Noyabrın 18-də ona iş istədilər, 20-də də mənim üzərimdən bu qadağanı götürdülər. Əslində bu, mənim sayca dördüncü məhkəməm idi. Amma sanki məni nəzarətdə saxlayırdılar, elə bir sürəclə yarışdıq biz. Türkiyə hakimləri, məhkəmə sistemi Azərbaycandakından fərqlidir.

- Sizi kim və niyə nəzarətdə saxlamaq istəyirdi?

- Hər halda mən bu təzyiq və nəzarətin olduğu qənaətindəyəm. Mən Gülər Əhmədovanı tanımıram, onun özü, məhkəməsi barədə sizin mediada yer alan yazıları oxuyuram. Qənaətimə görə, onun heç bir günahı yoxdur. Suçu olan insan gedib Fransada oturub. Mən belə başa düşünürəm ki, Gülər Əhmədova da öləcək. Elşad Abdullayev Fransadan, media vasitəsilə ona o qədər psixoloji təzyiq göstərəcək ki, ürəyi dözməyib öləcək. Çünki eyni hadisələr Sevinc Babayeva ilə bağlı da baş vermişdi. O da bənzər psixoloji təzyiqlə İstanbula gəlmişdi, Elşad Abdullayev hər gün ordan bir bəyanat verir, kasetlər yayırdı. Sevinc xanımın ürəyi buna dayanmadı axırda. Təəssüf ki, biz o zaman bunun fərqində olmamışdıq. Amma indi də Gülər xanımın ürəyi partlayacaq. Çünki Elşad Abdullayev bu işin professorudur. Anladığım qədər ilə əlində hamının kaseti var. İstədiyi ilə oynayır, istədiyini təhdid edir.

- Daha öncə demişdiz ki, üzərinizdən xaricə çıxma yasağı götürüləndən, barənizdəki cinayət işi bağlanandan sonra bizə maraqlı məlumatlar verəcəksiz. Onu nə zamana gözləyək?

- Yaxın zamanda gözləyin. 15 günlük bir sürəcimin keçməsi lazımdır. Ondan sonra
Azərbaycan ictimaiyyəti, xalqı məndən bir şeylər gözləsin. Xüsusən də Elşad Abdullayev.

- Əlinizdə onunla bağlı nəsə sənədlər var?

- Yaxın zamanda görəcəksiz. Fikirlərimi söyləyəcəm, tələsməyin.

- Sevinc Babayevanın oğlu Ayxanın sizdən pul istəməsi ilə bağlı redaksiyamıza xəbər çatdırılmışdı. Ayxan bəy bunu təkzib etsə də, sizin də məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik.

- Elə bir şey yoxdur. Ayxan ağıllı uşaqdır. O da məndən pul ala bilər, mən də ondan. Aramızda belə bir şey söz konusu deyil və bu da heç kimi maraqlandırmır. Bizim onunla aramızda belə bir dostluq var. Ayxan ağıllıdır və bundan sonra da öz yolunda ağılla irəliləyəcəyinə inanıram.

- Gülər Əhmədovanın işində siz də şahid idiz və ifadəniz məhkəmədə elan edildi. Bəs niyə prosesə qatılmadınız? Dəvət gəlmədi, yoxsa özünüz gəlməkdən imtina etdiz?

- Şahid olaraq məhkəmədə olmaq istəmədim. Ora gəlib, ifadə verib-verməmə mənim istəyimə bağlı bir şeydir. Mənə zorla məhkəmədə ifadə verdirə bilməzlər. Mən istəsəm ifadə verərəm. Demokratiya da budur zatən.

- Yəni sırf şəxsi istəyinizlə bağlı oldu. İstəmədiyiniz üçün ifadə vermədiniz...

- Əlbəttə. Belə də olmalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlcuq Ağlayan bəraət aldı

    Səlcuq Ağlayan bəraət aldı ...

    21-11-2013, 02:05

  • 
  • “Sevinc Babayeva ilə eşq yaşamamışam” - Səlcuq Ağlayan

    “Sevinc Babayeva ilə eşq yaşamamışam” - Səlcuq ...

    14-11-2013, 12:55

  • 
  • Türkiyəli baş prokuror Sevinc Babayevanın işindən danışıb

    Türkiyəli baş prokuror Sevinc Babayevanın işindən ...

    17-01-2013, 11:40

  • 
  • Sevinc Babayevanın oğlu Səlcuq Ağlayandan danışdı

    Sevinc Babayevanın oğlu Səlcuq Ağlayandan danışdı ...

    12-11-2013, 11:00

  • 
  • Sevinc Babayeva harada və necə saxlanılır?

    Sevinc Babayeva harada və necə saxlanılır? ...

    23-12-2012, 11:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu