GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda jurnalistlər nə qədər qazanır?

Azərbaycanda jurnalistlər nə qədər qazanır?

Tarix: 22-01-2014, 13:41 Bölmə :Ölkə Baxış: 727
 Azərbaycanda jurnalistlər nə qədər qazanır?
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2013-cü il üzrə sosial durumlarına dair yekun hesabatını açıqlayıb
Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ)AzVİsion.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan jurnalistlərinin 2013-cü ildə sosial durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 30 ümumrespublika yayımlı qəzet, 3 informasiya agentliyi, 5 xəbər portalı, həmçinin 8 həftəlik qəzet (5 regional, 3 ümumrespublika yayımlı), 4 televiziya (2 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri və digər məsələlərlə bağlı sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda:
- İşçilərlə fərdi əmək müqavilələrinin bağlanmasında irəliləyiş var: sorğuya cəlb edilən 95 faiz redaksiyalarda fərdi əmək müqavilələri bağlanıb. Baxmayaraq ki, müqavilələr redaksiyaların bütün əməkdaşlarına şamil edilməyib. Orta hesabla, hər bir redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız 60 faizi ilə fərdi əmək müqavilələri bağlanıb. Amma burada əvvəlki illərlə müqaisədə ciddi irəliləyiş var. Belə ki, ötən illər üzrə keçirilən sorğulardan belə nəticə çıxırdı ki, redaksiyalarda işçilərin 30 faiz ilə əmək müqavilələri bağlanıdı, qalan işçilər şifahi sövdələşmə ilə çalışırdılar.
- Əmək müqavilələrinin simvolik xarakterli olması problemi isə yenə də aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir;
- Tibbi sığorta təcrübəsi yoxdur və ya minimum səviyyədədir , 3 redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilib.

2. Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqaisədə ciddi artım müşahidə edilib:
a) Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500 manat və daha yüksək olub (sorğu iştirakçılarının 90 faizi). Sorğu iştirakçılarının az qismi (4 faiz) 350-450 manat, qalanları isə (6 faiz) 600-700 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər. Məlumat üçün qeyd edək ki, 2011-2012-ci illər üzrə keçirilən sorğularda bu kateqoriya üzrə jurnalistlərin orta aylıq gəlirləri 350-400 manat civarında qeyd edilirdi.
b) Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin də aylıq gəlirlərində ötən illərlə müqayisədə artım qeydə alınıb. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-300 manat arasında dəyişir.

3. Regionlarda isə vəziyyət belədir:
a) Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-200 manatla ifadə olunur.
b) Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri isə 250-300 manatdır.

Sorğu iştirakçıları 2013-cü ildə qeydə alınan digər yeniliklər barədə də fikirlərini bildiriblər:

a) Mənzilsizlik probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən 156 mənzillik bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. Paralel olaraq ikinci binanın inşasına başlanılıb ki, bu da mənzil problem olan jurnalistlərin bu qayğıdan birdəfəlik qurtarmasına şərait yaradıb.
b) Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin gəlirlərinin artmasına təsir edən amillər sırasında qeyd edilib. Məlumat üçün bildirək ki, 2013-ci ildə 200-dən artıq jurnalist bu müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.
c) Media işçilərinin banklardan kredit almaq imkanlarının yaranması 2013-cü ilin yenilikləri sırasında qeyd edilir. Məlumat üçün bildirək ki, əvvəlki illər üzrə keçirilən sorğularda bankların jurnalistlərə kreditlər verməkdən imtina etmələri ciddi problem kimi önə çəkilirdi.
d) Uğurlu faktlar sırasında media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2013-cü ildə ciddi media qurumları sırasında fəaliyyətlərini dayandıranlar qeydə alınmayıblar. Məlumat üçün bildirək ki, KİV redaksiyalarının bağlanması, nəticədə jurnalistlərin öz iş yerlərini itirməsi praktikası əvvəlki illərdə ciddi problemlər sırasında olub. 2011-2012-ci illərdə bu problemin aradan qalxması tendensiyası müşahidə edilib. 2013-cü ildə isə bu kateqoriya üzrə hər hansı fakt qeydə alınmayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KXCP ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRDİ

    KXCP ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRDİ ...

    7-09-2013, 16:52

  • 
  • KXCP ümumrespublika müşavirəsi keçirəcək

    KXCP ümumrespublika müşavirəsi keçirəcək ...

    4-09-2013, 16:05

  • 
  • Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilir

    Yeni Azərbaycan Partiyasının ümumrespublika ...

    16-01-2016, 17:59

  • 
  • Hər gün azı 2 jurnalist həyatını itirir

    Hər gün azı 2 jurnalist həyatını itirir ...

    25-11-2013, 17:29

  • 
  • Həmkarlar İttifaqı intihar edən qazinin ittihamından danışdı

    Həmkarlar İttifaqı intihar edən qazinin ...

    25-12-2013, 16:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu