Milli televiziyamızın daha bir ulduz cütlüyü – Azər İsmayılov və Vüsalə İsmayılova (qızlıq soyadı Əlizadə) dörd il birgə yaşadıqdan sonra boşandılar. Bu barədə Facebook-dakı şəxsi səhifəsində Azərin özü məlumat verib.
Kənardan Azər və Vüsaləyə baxarkən onların arasında ilk baxışdan məhəbbət olduğu şübhə doğurmurdu. Hətta birgə həyata başlamalarından bir neçə il ötsə də, onlar yeni evlənmiş şəxslər kimi görünürdülər.
Lakin budur, Xəzər TV-də Eldən-elə verilişinin müəllifləri, məşhur teleaparıcılar, əvvəllər ATV-də “Performans” verilişini birgə aparan Azər və Vüsalə ayrılıblar.
Qeyd edək ki, onların birgə nikahdan bir övladları var.
Sorğu
Yeni dizaynımız necədir?