GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abutalıbov Azadlıq meydanının altını oğluna verdi

Abutalıbov Azadlıq meydanının altını oğluna verdi

Tarix: 27-11-2013, 23:03 Bölmə :Ölkə Baxış: 915
  Abutalıbov Azadlıq meydanının altını oğluna verdi
Hökumət Evinin qarşısında yeni istifadəyə verilmiş yeraltı dayanacaq Bakı merinin oğlunun istifadəsinə verilib; bəs mer oğlu Londonda nə işlə məşğul imiş...
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtın mərkəzində bu yaxınlarda istifadəyə verilmiş və dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağının oğlu İsrafil Abutalıbovun şirkətinə icarəyə verib.

Bu barədə məlumat virtualaz.org saytına mötəbər məlumatlı qaynaqdan daxil olub.

Mənbənin bildirdiyinə görə, Hökumət Evinin qarşısında, Azadlıq meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağının merin oğlunun şirkətinin adına rəsmiləşdirilməsi prosesi bu yaxınlarda başa çatıb. Mənbədən şirkətin adını öyrənmək mümkün olmayıb.

Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov şəhərdə tikilən yeraltı dayanacaqlarda qiymətlərin yüksək olması barədə şikayətlərə cavab olaraq saytımıza bildirib ki, qiymətləri onlar yox, dayanacaqları icarəyə götürüb işlədən sahibkarlar müəyyən edir. N.Həsənov Azadlıq meydanının altındakı yeraltı dayanacağın da özəl sahibkara icarəyə verildiyini deyib, lakin şirkətin adını açıqlamayıb.



Hökumət Evinin qarşısındakı yeraltı dayanacaq bu yaxınlarda istifadəyə verilib və BŞİH tərəfindən tikilib. Mənbə bildirir ki, dayancağın Abutalıbovun oğluna verilməsi merin “Qış parkı” layihəsini uğurla başa çatdırmasının əvəzində bir növ “mükafat” da saymaq olar.

Yada salaq ki, H.Abutalıbovun oğlu İsrafil Abutalıbovun adı mətbuatda dəfələrlə gündəmə gəlib. Birinci səbəb onun deyildiyi kimi, vəhhabi təriqətinə qoşulması, ikincisi isə bir iş adamının icarəyə götürdüyü obyekti onun əlindən zorla alması mövzusuna görə.

İ.Abutalıbovun biznesini hansı şirkət üzərindən yürütdüyü barədə məlumatlara gəldikdə isə “Müstəqil Spektr” MMC adlı şirkətin ona məxsusluğu iddiası merin oğlunun iş adamı ilə məhkəmə çəkişməsində irəli sürülmüşdü.

Məlumdur ki, İ.Abutalıbov bir neçə il Azərbaycandan uzaqda, Londonda yaşayıb (onun vəhhabi təriqətinə də Londonda, yaxud İngiltərə paytaxtına getməzdən az əvvəl qoşulduğu deyilir-red.). Bəs Londonda olarkən Abutalıbovun oğlu nə işlə məşğul olurmuş?



Qeyd edək ki, Azərbaycan praktikasında dövlət vəsaiti və ya dövlət təminatı ilə alınan xarici kreditlər hesabına inşa edilən obyektlərin sonradan nazirlərin və digər iri məmurların yaxınlarına işlətməyə verilməsi hadisəsi yeni deyil. Məsələn, təxminən 80 milyon dollara başa gələn Bakı Beynəlxalq Avtovağzalının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətinə verildiyi məlumdur.

Yaxud Nəqliyyat Nazirliyinin xətti ilə ölkəyə gətirilən sərnişin avtobuslarını və taksiləri elə nazirin ailə üzvlərinin şirkətləri istismar edir.

Bu baxımdan Bakı merinin şəhərdə yeni açılan yeraltı dayanacağı oğlunun şirkətinin istismarına, daha doğrusu, sərəncamına verməsinə təəccüblənməmək lazım gəlir. Hansı ki, söhbət kifayət qədər gəlirli biznesdən gedir. Bu dayanacaqda qiymətlər 2-6 manat arasında dəyişir. Azərbaycanda əhalinin orta aylıq qazancı nəzərə alınarsa, bu rəqəm kifayət qədər yüksək sayıla bilər. Çünki şəhərin mərkəzi hissəsində yerləşən idarə və müəssisələrin işçiləri avtomobillərini hər gün məcburən yeni açılan dayanacaqlarda park etməlidir.

Virtualaz.org saytı internetdə araşdırma aparıb və İ.Abutalıbovun 2006-2010-cu illərdə Londonda nə işlə məşğul olduğuna dair bəzi maraqlı faktlar tapıb. İş adamlarının barəsində məlumatların toplandığı www.ccdni.com saytında yer alan məlumatlar belədir:



İSRAFİL ABUTALIBOV was born in 1978

Posttown: LONDON

Postcode: SW8 2JE

ANDROUSH SHTRIKER LIMITED (dissolved)

2006.09.29 - 2010.04.27

İSRAFİL ABUTALIBOV was from 2007.05.01 to 2010.04.27 at ANDROUSH SHTRIKER LIMITED employed as Director (BUSINESSMAN).

resigned

Company address: ANDROUSH SHTRIKER LIMITED

FLAT 548 HAMILTON HOUSE, ST GEORGE WHARF, LONDON, SW8 2JE

Company documents: 11 - buy documents

HAMILTON CONSULTANCY & ADVISORY LIMITED (dissolved)

2007.12.06 - 2009.11.24

İSRAFİL ABUTALIBOV was from 2007.12.06 to 2009.11.24 at HAMILTON CONSULTANCY & ADVISORY LIMITED employed as Director (BUSINESSMAN).



Bu məlumatlardan göründüyü kimi, İ.Abutalıbov 1978-ci ildə anadan olub, 2006.09.29 -2010.04.27 tarixlər arasında Londonda qeydiyyatdan keçmiş “ANDROUSH SHTRIKER LIMITED” adlı şirkətin direktoru, 2007.12.06-2009.11.24 tarixləri arasında yenə də Londonda qeydiyyatdan keçmiş “HAMILTON CONSULTANCY & ADVISORY LIMITED” şirkətinin direktoru olub.

Birinci şirkətin nə işlə məşğul olduğu məlum deyil, ikincisi isə məsləhət və konsaltinq xidməti ilə məşğul olub. İstisna deyil ki, Hökumət Evinin qarşısında açılmış yeraltı dayanacağın izlərini də Abutalıbovun oğlunun offşor şirkətlərinin birində axtarmaq lazımdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeraltı dayanacaqlarda fantastik qiymətlər

    Yeraltı dayanacaqlarda fantastik qiymətlər ...

    26-11-2013, 16:51

  • 
  • Abutalıbov şəhərdə maşın saxlamağı qadağan etdi

    Abutalıbov şəhərdə maşın saxlamağı qadağan etdi ...

    22-08-2013, 11:32

  • 
  • Nəqliyyat Nazirliyindən dayanacaq açıqlaması gəldi

    Nəqliyyat Nazirliyindən dayanacaq açıqlaması gəldi ...

    29-11-2013, 13:54

  • 
  • Dövlət hesabına tikilən dayanacaq özəl şirkətə verilib

    Dövlət hesabına tikilən dayanacaq özəl şirkətə ...

    4-08-2013, 18:28

  • 
  • Hacıbala Abutalıbov yoxlamalara start verdi

    Hacıbala Abutalıbov yoxlamalara start verdi ...

    27-02-2013, 10:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu