“Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilən dayanacaqlarda qiymətlər digərlərinə nisbətən ucuzdur.
Ayda 60 manat müəyyənləşdirilən vəsait “Kapitalbank” vasitəsilə birbaşa büdcəyə köçürülür”.
Bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov son günlər Bakıdakı avtomobil dayanacaqları ilə bağlı mətbuatda verilmiş məlumatlara münasibət bildirərkən deyib.
Virtualaz.org saytının redaksiyası ilə əlaqə saxlayan mətbuat katibi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilmiş dayanacaqlarla bağlı heç bir fikir bildirmədiyini söylədi: “Meriyanın inşa etdirdiyi dayanacaqlarla bağlı fikir bildirmək mənim səlahiyyətlərim daxilində deyil. Mən yalnız Nəqliyyat Nazirliyinin gördüyü işlərə münasibət bildirə bilərəm. Dayanacaqların özəl qurumlara verilməsi məsələsinə gəldirkdə isə bu, Nəqliyyat Nazirliyinin inşa etdirdiyi dayanacaqlara aiddir. Doğrudan da meriyanın nəzarətində olan dayanacaqlarda qiymət digərlərindən ucuzdur”.
N.Həsənov onun bu mövzudakı fikirlərinin mətbuatd tərəfindən təhrif olunduğunu qeyd etdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?