GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra başçısı yaşayış binasının həyətini satıb – AKSİYA BAŞLADIı (FOTO)

İcra başçısı yaşayış binasının həyətini satıb – AKSİYA BAŞLADIı (FOTO)

Tarix: 26-11-2013, 16:54 Bölmə :Ölkə Baxış: 749
İcra başçısı yaşayış binasının həyətini satıb – AKSİYA BAŞLADIı (FOTO)

“2 daşla hasar hörürlər. Bu, sadəcə hasar olmayacaq. Adi hasar bir daşdan olur. Bunlar 2 daş üstündə qaldırdıqları hasarı sonradan böyük tikiliyə çevirəcəklər. Hətta tikili olmadan da buradan tabut belə çıxartmaq mümkün olmayacaq. Daş hasara bir qapı qoyub ağzını da bağlayacaqlar. Nəinki oradan, hətta hasardan kənarda qalmış yerlərdən də istifadə mümkün olmayacaq. Blokların qapısının qarşısı elə daralıb ki, binada hər hansı kütləvi tədbir zamanı ciddi problem yaranacaq. Ən əsası, bir bədbəxt hadisə zamanı yanğınsöndürən maşınlar binaya yaxınlaşa bilməyəcək”.

Dəmiri daşla əvəzləyirlər


Bu iddia ilə Şıxəli Qurbanov 1 ünvanının sakinləri ayağa qalxıb. Onlar AzNews.az-a binanın Azərbaycan prospektinə düşən həyətini 38 saylı uşaq bağçasının zəbt etdiyini bildirib. Bina sakinlərinin sözlərinə görə, onların öz hesabına tikdirdikləri binanın 1-ci qatında uşaq bağçası yerləşib. Sonradan onlarla məsləhətləşərək uşaqların təhlükəsizliyi bəhanəsi ilə bağçanın qarşısı dəmir məhəccərə alınıb: “Həmin vaxt etiraz etmədik. Çünki açıq idi. Biz də orada otura bilirdik. Sonradan bağça təmirə dayandı. Sentyabrda təmirdən sonra bağçanın açılışı olmalıydı. Amma açılış olmadı. Sən demə, başqa məqsədləri varmış.

Həmin məqsəd də bizə bu günlərdə məlum olub. Dəmir məhəccərin daş hasarla əvəzlənməsi söhbətini ortaya atanda biz təklif etdik ki, daş hasar lazım deyil. Yola “şlaqbaun” qoyulsun. Bunun üçün tələb olunan vəsaiti ayırmağa da hazırıq. Ancaq razılaşmadılar. Daş hasarı isə FHN-in tələbi kimi bəhanə göstərirlər. Guya uşaqların təhlükəsizliyi xətrinə belə lazımdır. Əslində isə bu, dövlət müəssisəsinin özəl obyektə çevrilməsidir”.

Dövlət müəssisəsi olan bağça özəl obyektə necə çevrilir?
İcra başçısı yaşayış binasının həyətini satıb – AKSİYA BAŞLADIı (FOTO)


Sakinlərdən Rəxşəndə Əliyeva bildirib ki, bağça binada yerləşməsinə baxmayaraq, sakinlərin uşaqlarını bura götürmürlər: “Adı dövlət müəssisəsi olsa da, çoxdan özəl obyektə çevrilib. Bizim uşaqlarımızı bura götürmürlər. Hər müraciət edənə “yer yoxdur” deyirlər. Ancaq kənardan gələnlərdən 500 manat alıb yerləşdirirlər. Hər ayına da 50 manat alırlar”.

Prosesin başında Yasamal RİH dayanıb


Sakinlər onu da bildirib ki, binanın həyətinin bağçanın ərazisinə qatılması prosesində Yasamal rayon İcra Hakimiyyəti xüsusi fəallıq nümayiş etdirir:

“Özbaşınalıqlarını Dövlət Proqramını əllərində əsas tutub həyata keçirirlər. Hər dəfə sakinlərin qarşısına Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxır. Özü də elə-belə yox. Hədə-qorxu, polis ilə. Deyir ki, həyətin bina sakinlərinə heç bir dəxili yoxdur. Həyət bağçanındır. İcra başçısının birinci müavini Səməd İslamov isə “Sizdən soruşan yoxdur. Gedin, öz işinizlə məşğul olun” deyir”.

Sakinlərin sözlərinə görə, onları provakasiyaya da çəkirlər:

“Çalışırlar ki, binanın kişilərini polisə aparsınlar. Qadınları isə hədələyirlər. Hətta İcra Hakimiyyətinin müavinləri səviyyəsində hədə-qorxu ilə qarşılaşırıq. Kooperativin sədri İradə xanıma İcra Hakimiyyətində deyiblər ki, əsas təşkilatçı olduğu üçün onunla bağlı cinayət işi açılacaq. Bağça müdiri Sədaqət Qəribova da deyir ki, arxasında deputat dayanıb. Dediyinə görə, deputat Ərəstun Cavadov onun yeznəsidir. Odur ki, biz ona bata bilmərik”.


Dövlətin adı ilə həyata keçirilən özbaşınalıq


Kooperativin sədri İradə Məcnunova AzNews.az-a açıqlamasında bildirib ki, sakinlərin nümayəndə heyəti Prezident Adminstrasiyasında da olub:

“Qəbulda olduq. Bizə dedilər ki, Dövlət Proqramında bağçanın təmiri nəzərdə tutulub. Bağçadan kənardakı abadlıq işlərinin Dövlət Proqramına dəxili yoxdur”. Sakinlərdən Xanım Rüstəmova isə deyir ki: “Kiminsə bu binaya gözü düşüb. Buranı öz obyekti kimi görür. Əks halda, yaxınlıqda 2 park ola-ola, uşaqlar üçün gəzinti sahəsi adı ilə yolu hasarlamazdılar. Üstəlik, həyətdə başqalarının da rahatlığı pozulur.

İnanmıram ki, dövlət bir bağçaya görə, 60-dan çox ailənin rahatlığının pozulmasına razı olsun. İstirahət vaxtında müəllimlər uşaqları həyətə buraxır, nəzarətsiz qoyur və özlərinin isə başı söhbətə qarışır. Bu binada yaşayanlar üçün bir neçə saat əsl cəhənnəmə çevrilir. Lakin biz bunu indiyədək problemə çevirməmişik. Sakinlərin əsas narahatlığı əsası qoyulmuş bu tikili ilə bağlıdır. Bir məmur özbaşınalığından, qudurğanlığından və saymazlığından narahatıq. Biz bu qudurğan məmurlardan kimə şikayət etməliyik. Qanuni dövlətdə qanunsuz iş olmaz axı”.

Qanunlara təhlükəsizlik xətrinə də əməl olunmur


Sakinlər elektrik cərəyanının keçdiyi yerdə iş getdiyini, təhlükəsizlik qaydalarına əməl olunmadığını vurğulayıb. Aqşin Feyzullazadə deyib ki, özbaşınalıq o həddə çatıb ki, sakinləri eşitmir, üstəlik heç bir qayda-qanuna da əməl eləmirlər: “Başqa vaxt İcra Hakimiyyəti yetkililərini tapmaq olmur. Ancaq 3 gündür hamısı gəlib bu tikintinin başında durur. Burada qaynaq işləri görülür. Hanı Elektrikşəbəkənin nümayəndələri? Axı, deyirdilər ki, elektrikdən qaynaq məqsədi ilə istifadəyə icazə verilmir?

Onsuz da işsiz-gücsüz adamam. Hamını məhkəməyə verəcəm. Keçirdiyimiz bu gərgin günlərə, bizə vurduqları maddi və mənəvi ziyana görə, başda Zöhrab olmaqla hamını məhkəməyə verəcəm. Onlara sübut edəcəyəm ki, indi olduqları vəzifədə işləməyə haqları yoxdur”.

İlkin Mustafayev isə həyətdə əkdikləri ağacları məhv etmək yollarına diqqət çəkib: “İşə başlayanda ağac kəsməklə başladılar. İndi birbaşa kəsmirlər. Ağacın qabığını soyurlar. Quruduqdan sonra rahatca kəsəcəklər. Daha onların biznesinə mane ola bilməyəcək”.

İcraçı: Sifarişçidən soruş


Həyətdə tikintini Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə “Azəri SA” MMC həyata keçirir. İş icraçısı Knyaz Məmmədov AzNews.az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı bütün sualları RİH-ə ünvanlamaq lazımdır. Onlara verilən sifariş 60 sm hündürlüyündə hasarın hörülməsidir. Sifariş üzrə iş icra olunur.

“1 mm də kənara çıxmamışıq”


Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov prosesin önündə getməsi barədə deyilənləri “mübaliğə” adlandırsa da, yaxından iştirakının izahını da verib. O, bunu uşaq bağçalarının onun kurasiyasında olması ilə əlaqələndirib. AzNews.az-a açıqlamasında şöbə müdiri Yasamal rayonunun uşaq bağçaları ilə bağlı problemlərini qabardıb:

“Yasamal 242 900 nəfər əhalisi var. 1-6 yaş arasında olan uşaqların sayı isə 18 646 nəfərdir. Onların da cəmi 10 faizini uşaq bağçalarında yerləşdirmək mümkün olub. Rayonda 1937 nəfərlik tutumu olan 29 dövlət müəssisəsi var. Nəzərə alın ki, himayəsində 1-6 yaşlı uşaqları olan anaların işlə təminatında problem yaranır. 38 saylı uşaq bağçası sakinlərin ucbatından 2 aydır ki, yubanır”.


Gedən tikintiyə münasibət bildirən İH yetkilisi daş hasarın dəmir məhəccərin olduğu yerdən kənara çıxmayacağını vurğulayıb:

“Biz əvvəlki dəmir məhəccəri daha səliqəlisiylə əvəz edəcəkdik. Lakin FHN-in tələbini yerinə yetirərək yerdən daş hasar, onun üzərində isə dəmir məhəccər qoymaq qərarına gəldik”. Sakinlərin yad maşınların həyətə daxil olmasına məhdudiyyət qoymaq üçün “şlaqbaun” təklifinin müsbət qarşılandığını, öz vəsaitləri hesabına bunun problem olmadığını deyən şöbə müdiri bunun uşaq bağçasına dəxli olmadığını da bildirib.

Binada yaşayanların uşaqların səs küyündən narahat olmalarına , oturmaları üçün yerin az qalmasına və s məsələlərlə bağlı iradlarına gəlincə, şöbə müdiri bunu anlayışla qarşılayıb: “Uşaq bağçasında uşaqların təhlükəsizliyi vacibdir. Lakin sakinlərin rahatlığı, oturmağa həyətlərinin olması, yerlərinin geniş olması da yaxşı olardı. Biz sakinlərin mənzillərindən tabut deyil, bəy-gəlin çıxarması, ya da maşın karvanlarını yerləşdirmək üçün ən yaxşı imkanlarının olmasını istərdik. Lakin hasarla onların yeri daralmayıb.

Hasar əvvəlki məhəccərin yerindən 1 mm belə kənara çıxmadan tikilib. Sakinlər şikayətləri davam etdirməklə bağçanın köçürülməsini mübahisələndirə bilərdilər. Ya da başqa tələblərini irəli sürə, iradlarını bildirə bilərdi. İndiyədək bunu etməyiblər. İrəli sürdüklərini iradlarında isə haqlı deyillər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi lift tikdirir - (Fotolar)

    Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi ...

    29-10-2014, 21:19

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • İcra başçısı və general sakinlərin gününü qara edib

    İcra başçısı və general sakinlərin gününü qara ...

    27-10-2014, 09:08

  • 
  • Bakı qızıllarının xatirəsi sökülür - FOTO

    Bakı qızıllarının xatirəsi sökülür - FOTO ...

    10-07-2013, 00:38

  • 
  • Nehrəm sakini: Polis mayoru ailəmizə zülm edir

    Nehrəm sakini: Polis mayoru ailəmizə zülm edir ...

    7-04-2016, 16:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu