Deputat Əsabil Qasımovun adı qalmaqallı hadisələrdən ayılmır.Deputatın adı gah təmsil etdiyi rayonun icra başçısı Vilyam Hacıyevləkofliktdə, gah İmişlidə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, xalası oğlu Nazim Xəlilovun həbsində, gah da digər səs-küylü hadisələrdə hallanıb. Bu dəfə isə oğlu Taleh Qasımovun türk iş adamıilə məhkəmə çəkişməsində deputatın adı gündəmə gəlib.
Mia.az-a daxil olan məlumata görə, deputat fəaliyyətinə görə biznes strukturlarını oğlu Taleh Qasımovun adına sənədləşdirən Əsabil Qasımovun türk iş adamları ilə problemləri yaranıb. İş o yerə çatıb ki, deputat Əsabil Qasımov oğlunun - Taleh Qaraşovun adı ilə məhkəməyə üz tutub. O, biznes sövdələşməsi zəminində türk işadamına verdikləri iri məbləğdə behin geri qaytarılmasını tələb edir: «Əsabil Qasımovun oğlu Taleh Qasımov və onun ortaqları Türkiyədə məşhur iş adamlarından sayılan və bir neçə il əvvəl Azərbaycandada biznes quran İhsan Fatoğlu ilə məhkəmədə çəkişməyə başlayıblar. Türkiyənin 500 iri və gəlirli şirkəti arasında yer alan, əsasən Giresunbölgəsində xaricdən buğda alıb, un istehsal etməklə ixtisaslaşmış «Giresunlu Fatoğlu Gıda»nın və Azərbaycanda fəaliyyət göstərən«Fatoğlu» MMC-nin sahibi olan İhsan Fatoğlunun deputat oğlu tərəfindən məhkəməyə çəkilməsi isə buğda biznesində aralarında yaranmışanlaşılmazlıqdan qaynaqlanır».
Bizi məlumatlandıran qaynaq deyir ki, deputat oğlu və onun ortaqları məhsul almaq məqsədiylə İhsan Fatoğlu ilə əvvəlcədən anlaşıblar: «Onlar məhsul tranşı üçün behləşiblər də. Lakin sonradan aralarında nifaq yaranıb. Taleh Qasımov və bir neçə nəfər tanınmış türk işadamından hüquq-mühafizə orqanlarına şikayət ediblər. Lakin iş mülki iş olduğundan məsələ məhkəməyə yönləndirilib. Türk iş adamı ilədeputatın oğlu arasında beh davasına Nəsimi rayon Məhkəməsində baxılıb. Ancaq mübahisəyə bu məhkəmənin qətnaməsi son qoymayıb.Pul davası artıq Bakı Apellyasiya Məhkəməsinin icraatındadır».
Məlumata görə, Taleh Qasımov İhsan Fatoğlundan həm verilmiş behin, həm də ləngidilməyə görə üzləşdikləri zərərin kompensiyasiyasınıtələb edir: «Deputat oğlu hesab edir ki, türk iş adamı onları zərərə salıb. O üzdən də təzminat da istəyir. Hazırda onların şikayəti BakıApellyasiya Məhkəməsində hakim İlham Əsədovun sədrliyi ilə araşdırılır. Hakim iş üzrə noyabrın 21-nə təyin etdiyi prosesi ayın 28-nəkeçirib. Yəqin həmin günü məhkəmə qərarını da açıqlayacaq».
Məsələ ilə bağlı deputatın oğlundan münasibət öyrənə bilmədik. Həm onun, həm də İhsan Fatoğlunun koordinatlarınıisə müəyyənləşdirmək üzrəyik. Bizi izləyin!
Sorğu
Yeni dizaynımız necədir?