Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayevanı zəhərləyiblər. “Qafqazinfo” bizimyol.info-ya istinadən xəbər verir ki, bunu A. Abdullayeva özü deyib. O, bildirib ki, bir neçə ay öncə əməkdaşı Bayram Sadıqovla birlikdə həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşüblər. Bu görüşdə onları zəhərləyiblər.
Belə ki, türmədə onlara verilən çaya zəhərli maddə qatılıb: “Çayı bizə bir nəfər gətirdi. Biz də çaydan bir az içdik. Bir müddətdən sonra Bayram müəllimin də, mənim də halım pisləşdi”.
A.Abdullayeva deyib ki, hazırda hakimiyyətdəki quruplaşmalar arasında gərgin mübarizə gedir və bəzi qüvvələr bu kimi mənfi hallar törədərək qarışıqlıq yaratmaqda maraqlıdır. Onun dediyinə görə, bəzi qüvvələr öz adamlarını həbsxanaya göndərərək istədikləri addımları atdıra bilirlər: “Həbsxanada bizə çayı gətirən həmin şəxs Pentensiar Xidmətin əməkdaşına bənzəmirdi. O, məhkuma da oxşamırdı. O daha çox öyrədilib ora göndərilən adama bənzəyirdi”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?