GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » 2013-cü il Azərbaycan üçün çətin illərdən biri olacaq

2013-cü il Azərbaycan üçün çətin illərdən biri olacaq

Tarix: 26-12-2012, 12:38 Bölmə :Müsahibə Baxış: 933
2013-cü il Azərbaycan üçün çətin illərdən biri olacaq
Arzu Abdullayeva: “Dəyişiklik üçün cəmiyyətin potensialı var”

2012-ci ildə insan haqları, siyasi məhbuslar, ilin sonunda gözlənilən əfv fərmanı və ora kimlərin düşəcəyi, ölkəmizdə son bir ildə mövcud olan sosial, siyasi, iqtisadi vəziyyət və digər mövzularda suallara Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva cavab verib.

- Arzu xanım, cəzaçəkmə müəssisəsində sabiq nazir Fərhad Əliyevlə görüşünüz zamanı sizin kimsə tərəfindən zəhərləndiyinizə dair xəbərlər yayılıb. Bu haqda bizə məlumat verə bilərsinizmi?
- Əslində mən bu haqda bir neçə vaxt susmağa üstünlük verdim. Əvvəla, istəmirdim cəmiyyətdə narahatçılıq yaransın. Həm də istəmirdim ki, bunu təşkil edən qüvvələr öz məqsədlərinə çatdıqlarını düşünsünlər. Sizə deyim ki, son 5 ildə mən həbsxanalarda olmamışam. Yəni həbsxanada monitorinq aparmaq üçün Ədliyyə Nazirliyi yanında Pentensiar Xidmətə nəzarət məqsədilə yaradılan İctimai Komitənin üzvü olmaq lazımdır. Hazırda bizim Hüquq Müdafiəçilərinin Monitorinq Qrupundan yalnız Səadət Bənəniyarlı İctimai Komitənin üzvüdür. Qeyd edim ki, Mədət Quliyev Pentensiar Xidmətə gələndən sonra mənə həbsxanalarda monitorinq aparmağa icazə verildi. Mən son bir ildə həbsxanada olan sadə və tanınmış çoxlu sayda insanlara baş çəkmişəm. Sonuncu dəfə Fərhad Əliyev ona baş çəkməyimi istəmişdi. Mən də bu icazəni aldım və müəssisəyə getdim. Sonuncu dəfə Mirzə Sakitin cəza çəkdiyi 14 saylı müəssisədə olmuşdum. Müəssisədən çıxandan sonra dərhal müsahibə verdim və orada insanı alçaldan vəziyyət haqqında danışdım. Məhz bundan sonra mənə müəssisələrə girib-çıxmaq qadağan edildi. Amma son 1-2 ildə hiss edilirdi ki, Pentensiar Xidmətdə müsbət dəyişikliklərə meyl var. Biz hüquq müdafiəçisi olaraq Azərbaycanda insan haqları sahəsində hansısa müsbət amildən danışa bilmirdik, yalnız Pentensiar Xidmətdə islahatların olduğunu qeyd edirdik. Təbii ki, orada müəyyən nöqsanlar var, rüşvət halları da mövcuddur. Ancaq son 2-3 ayda ardıcıl olaraq həbsxanalardan bəd xəbərlər gəlir. Sanki birdən-birə vəziyyət pisləşdi və mənfi yönümlü xəbərlər də həqiqət olmağa başladı. Yəni ölüm halları, işgəncələr, təqiblər, ləyaqətin alçaldılması var. Bu müəmmalıdır. Necə olur ki, bir il əvvəl Pentensiar Xidmətdə yaxşılığa doğru hərəkət baş verirdi, amma son 3-4 ayda vəziyyət pisliyə doğru dəyişir. Bu çox müəmmaldır.

- Bəs zəhərlənmə necə baş verdi?
- Fərhad Əliyevlə görüşümüz zamanı mənə dedi ki, həyatına təhlükə hiss edir. Bu məsələnin diqqətdə saxlanılmasını istəyir. Helsinki Vətəndaş Assambleyasının insan haqları komissiyasının sədri Bayram Sadıqov da mənimlə birlikdə idi və biz birgə Fərhad Əliyevi dinləyirdik. Biz otaqda olarkən bir şəxs nümayişkəranə şəkildə içəri daxil olaraq bizə çay gətirdi. Bu şəxs Pentensiar Xidmətin əməkdaşı və ya məhbusa oxşamırdı. Orada əsasən məhbuslar və ya müəssisənin personalından kimsə işləyir. Bu şəxs içəri girəndə mən təhlükə hiss etdim. Nəzərə alın ki, mən 20 ildən çoxdur ki, bu cür insanlarla işləyirəm və ona görə də, insanları bir-birindən seçə bilirəm. Biz bu şəxsin gətirdiyi çaydan bir qədər içdik və az sonra halsızlıq hiss etdik, başımız ağrımağa başladı. Əlbəttə, biz bunu Fərhad Əliyevə də bildirmədik. Çünki bu zaman onun özü də qorxa, narahat ola bilərdi. Bayram Sadıqov da mənim kimi özünü narahat hiss etməyə başladı. Mən bu haqda Mədət Quliyevlə danışmaq istədim. Sonradan mən Pentensiar Xidmətin rəhbərliyinə məktub yazaraq Fərhad Əliyevin təhlükəsizliyini təmin edilməsini xahiş etdim, bildirdim ki, hadisələr elə sürətlə inkişaf etdi ki, mən bu narahatçılığı hiss etdim. Bir daha qeyd edirəm ki, mənə qarşı nəsə etmək Pentensiar Xidmətin maraq çərçivəsində deyil. Bu sahədə vəziyyətin pisləşməsində onlar da maraqlı deyil. Ancaq təcrübəm göstərir ki, cəzaçəkmə müəssisələrində və təcridxanalarda kənar strukturlar tərəfindən kimlərsə əməliyyat keçirə bilirlər. Məsələn, məhz bu strukturlar tərəfindən vaxtı ilə Eynulla Fətullayevin cibinə narkotik maddə atılmışdı və bunu əməliyyatçılar etmişdi. Pentensiar Xidmətin günahı odur ki, bu qurumların qarşısında acizdir. Yəni Pentensiar Xidmətə deyəndə ki, bunları ora buraxma, bunun qarşısını ala bilmirlər. Xatırlayırsınızsa, Fətullayevi təcridxanadan türməyə aparan zaman maskalı şəxslər onu incitmiş, üzü üstə yerə uzadaraq təzyiqlər göstərilmişdi. Həm də indi mən Hilal Məmmədovun Müdafiəsi Komitəsinin sədriyəm. Onun yanına ruhi xəstə yerləşdirilmiş və Hilal Məmmədov da bundan əziyyət çəkirdi. Şübhəsiz ki, Hilal Məmmədov ədalətsiz həbs edilib və ona qarşı ittihamlar cəfəngiyyatdır. Biz o zaman çalışdıq ki, ruhi xəstəni Hilal Məmmədovun yanından çıxaraq. Danışıqlarımız zamanı mən hiss edirdim ki, Pentensiar Xidmətin bunu etməyə gücü çatmır. Əgər yadınızdadırsa, Avropa Komissiyasının vitse prezidenti İlham Əliyevlə görüşü zamanı həbsxanaya gedib Hilal Məmmədovla görüşməyə razılıq almışdı. Amma onu təcridxanaya buraxmamışdılar. Müşahidələrim və təhlilim belədir ki, Azərbaycanda ümumiyyətlə sobataj edən qrup var. Sanki onlar Azərbaycanı biabır eləməyi qarşılarına məqsəd qoyublar. Şübhəsiz ki, onlar vətənə, xalqa, cəmiyyətə və prezidentə qarşıdır. Onların sanki hansısa məqsədləri var. Bu həm də iqtidarda iki tirəliyin olması mülahizəsini irəli sürməyə əsas verir.

- 2013-cü ildən nələr gözləyirsiniz?
- Mən hesab edirəm ki, 2013-cü il Azərbaycan üçün çətin illərdən biri olacaq. Bu həm insan haqları sahəsində, həm də seçkilərlə bağlı olacaq. Şəxsən mən heç vaxt istəməzdim ki, Azərbaycanda ərəb inqilabı olsun. Birincisi, ona görə ki, biz ərəb coğrafiyasına daxil deyilik. Əksinə, siyasi xəritədə biz Avropa məkanına daxilik. Düşünürəm ki, əgər qərb Azərbaycanda dəyişiklik istəyirsə, gerçək vətəndaş cəmiyyətini və həqiqi demokratları dəstəkləməlidir. Bu dəyişikliklər normal, qanun çərçivəsində baş verməlidir. Bunun üçün cəmiyyətimizin də potensialı da var. Düşünülmüş, mənəvi siyasət olarsa, biz buna nail ola bilərik. Mən təsəvvür edirəm ki, indiki təfəkkür və kasıbçılıqla Azərbaycanda inqilab baş versə nələr yaşana bilər.

- Demək istəyirsiniz ki, inqilab baş versə ölkə nəzarətdən çıxa bilər?
- Baxır kimin nəzarətindən çıxır. Bəlkə bu düşünülmüş şəkildə siyasət o çərçivəyə istiqamətləndirilir ki, vəziyyət nəzarətdən çıxsın. Amma biz bir xalq olaraq bu haqda ciddi düşünməliyik. Biz özümüz aqibətimizi fikirləşməliyik. Amma təkcə vətəndaş cəmiyyəti və ayrılıqda iqtidarın özü fikirləşməsi ilə çıxış yolu tapmaq mümkün deyil. Fikrimcə, bu haqda açıq müzakirələr olmalıdır, lazımdırsa dialoq baş versin. Əgər iqtidar insanların həyatını təmin edə bilmirsə, bu haqda düşünməlidir. Ən azından düşünüb 2013-cü ildə gerçəkdən rəqabət aparmaq istəyən siyasətçiləri seçkiyə buraxmalıdır. Yəni insanları sıxmaqla bir nəticə almaq mümkün deyil. Bunun üçün açıq söhbətlər, müzakirələr və dialoq lazımdır. Bu mənim şəxsi fikrimdir.

- Arzu xanım 2012-ci il başa çatmaqdadır. Bu il sosial, iqtisadi, insan haqları baxımdan nə ilə yadda qaldı?
- 2012-ci ilin sonunda insan haqlarının kütləvi şəkildə pozulmasına dair xəbərlər gəldi. Bu xəbərlər də həqiqətə uyğundur. Azərbaycanda düşünülməyən daxili siyasət aparılır. Ola bilsin ki, xarici siyasət nisbətən pis deyil. Əlbəttə, İranla münasibətlərimiz pisdir, Rusiya ilə münasibətlərimiz müəmmalıdır. Gürcüstanla Saakaşvili iqtidarı zamanı münasibətlər əla olsa da, İvanaşvili iqtidarı dönəmində münasibətlərin necə olacağı bəlli deyil. Türkmənistanla münasibətlər ağırdır. Yəni xarici siyasət elə də ideal deyil. Dağlıq Qarabağ münaqişəsində də irəliləyiş yoxdur. İqtidarın da, münaqişənin həllində marağı olması qətiyyən hiss edilmir. Sülhpərvərliyə üstünlük verilmir, müharibə yolu da ciddi olaraq seçilmir. Əslində biz özümüz də, bilirik ki, müharibə variantı real deyil. Çünki bu məsələdə Azərbaycan geosiyasi siyasətdə kiçik oyunçudur. Amma Azərbaycan cazibədar siyasət də aparmır ki, dost qazansın. Baxın, məşhur rus müğənnisi Kirkorov Bakıda konsert verməyi planlaşdırırdı. Hansı ki, Kirkorov nadir oxuyanlardandır və Azərbaycanı açıq aşkar sevdiyini bəyan edir. Onun konsertinə 20 min bilet satılıb, amma Azərbaycanda konsertin keçirilməsinə imkan verilməyib və səbəb kimi texniki məsələlər göstərilib. Bu ola bilsin ki, öz-özlüyündə xırda məsələdir, amma Azərbaycanın təbliği baxımından irəliyə doğru addım olardı. İndi hara gedəndə bu məsələni qabarıq şəkildə önə çəkirlər. Nəzərə alın ki, Krikorovun bura gəlməsi, Azərbaycanın lehinə danışması bizim xeyrimizədir. Rusiyada şou biznes nümayəndələrinin əksəriyyəti ermənilərə yaxındır. Məncə, belə hallara diqqət edilməlidir.

- 2012-ci ildə sosial yaşayış hansı səviyyədə olub?
- Sosial yaşayış çox pisdir və fərdi hüquqlar elə tapdalanır ki, istənilən məsələni rüşvətsiz həll eləmək mümkün deyil. Bunlar liberal siyasət yeridəndə düşünməməlidir ki,necə istəyirlərsə insanlar o cür də yaşamalıdır. Başqa sözlə insana demək olmaz ki, get uçuruma və necə istəyirsənsə elə də yaşa. Əslində neft pullarıının hamısı indi sərf edilməməlidir. Neft gəlirlərinin müəyyən hissəsi gələcək nəsillər üçün saxlanılmalıdır. Həm də görürük ki, neft gəlirlərindən sosial sahəyə çox cüzi maliyyə ayrılır. Digər tərəfdən, bizdə iş yerləri yoxdur. Bir şəxs müvəqqəti işə düzəlir, onunla bağlı statistika aparılır, amma 3 aydan sonra şəxs işdən çıxanda statistika aparılmır. Əksinə həmin şəxs başqa yerdə işə düzələndə bu yenidən statistikaya əlavə olunur. Beləcə rəqəmlər şişirdilir və əslində insanların həqiqi olaraq işlə təmin olunması vəziyyəti pisdir. Əlbəttə, hökumət iddia edə bilər ki, dünyada krizis var, işsizlik baş alıb gedir və s. Ancaq beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycanda kölgə iqtisadiyyatında milyardlar fırlanır və bu maliyyə bir neçə insanın arasında paylaşır,amma xalq pis vəziyyətdədir. Həm də ölkədə komunikasiya, nəqliyyat, internet, ərzaq məhsulları çox bahadır. Baxın, Gürcüstanda yanacağın qiyməti bizdən iki dəfə bahadır, amma taksi xidmətində qiymət bizdən iki dəfə aşağıdır. Gürcüstan bazarında quş ətinin, mal ətinin və digər ərzaq mallarının qiyməti təxminən bizdəki kimidir, amma onların restoranlarında qiymət Bakıdan iki dəfə ucuzdur. Bəs bu qiymətlər niyə bu cürdür, doğurdanmı bizdə satıcılar və ya kafelər belə baha qiymətlər tətbiq etməklə xalqı soyurlar? Əlbəttə yox! Buna səbəb korrupsiyadır. Çünki mağaza sahibi vergiyə, yanğınsöndürənlərə, polisə, sanitariya şöbəsinə, işıq pulu və adlarını çəkmədiyim onlarla qurumla pulu bölüşməlidir. Ona görə də, korrupsiyaya qarşı həqiqi mübarizə aparılmasa, bu məsələ həll edilməsə vəziyyət davam edəcək. Fikrimcə, mənim sevmədiyim Saakaşvili kimi ona nail olmaq lazımdır ki, aşağı səviyyədə rüşvət olmasın. Bu mütləq olmalıdır ki, xalq nəfəs ala bilsin. Bu baş versə, bəlkə də insanlar rüşvət vermədən işə düzələ bilər. Eləcə də biznes strukturları, QHT-lərin qeydiyyatı məsələsi həll edilməlidir. İndi sanki xalq boğulur. Bizim gənclərimiz yavaş-yavaş nəinki uzaq ölkələrə, hətta Gürcüstana qaçırlar ki, azad hava alaq. Mən onları anlayıram. Burada səcdə etməlisən, sənlə qul kimi rəftar edilməlidir. Bu da ləyaqəti alçaldır, onları xırda millət kimi formalaşdırır. Demokratik əhval-ruhiyyə yoxdur. Yaxşı ki, bizim fəal gənclərimiz var və onlara baxıb sevinirik...
(ardı var)
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüquq müdafiəçisini zəhərləyiblər – Həbsxanada

    Hüquq müdafiəçisini zəhərləyiblər – Həbsxanada ...

    22-12-2012, 13:37

  • 
  • Fərhad Əliyev üçün ölüm təhlükəsi

    Fərhad Əliyev üçün ölüm təhlükəsi ...

    27-12-2012, 08:34

  • 
  • “Siyasi məhbuslarsız Azərbaycan” alyansı Penitensiar Xidməti məhkəməyə verib

    “Siyasi məhbuslarsız Azərbaycan” alyansı ...

    14-06-2013, 13:22

  • 
  • Yeni əfv siyahısında kimlərin adı var?

    Yeni əfv siyahısında kimlərin adı var? ...

    21-12-2014, 00:27

  • 
  • ƏFV SİYAHISINDA KİMLƏR VAR...

    ƏFV SİYAHISINDA KİMLƏR VAR... ...

    22-12-2014, 21:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu