Moskvada bazarlara və azərbaycanlılara qarşı total hücumun motivləri bəlli oldu: Qubadan olan milyarderlər Zarah İliyev və Qod Nisanov bütün ticarəti əllərində cəmləyir...
Əslən Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədən olan yəhudi milyarderlər, Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu olmuş İlham Rəhimovun biznes ortaqları Qod Nisanovla Zarah İliyev Moskvada nəhəng ticarət mərkəzinin sahiblərinə çevrilib.
Virtualaz.org saytı “Forbes” jurnalının rus versiyasına istinadən yazır ki, Zarah İliyevlə Qod Nisanov Moskvada, Dairəvi Avtomobil Yolunun kənarında hazırda tikilməkdə olan “Lotos-Siti” ticarət kompleksini alıblar. Ticarət kompleksinin ümumi ərazisi 1,5 milyon kvadratmetr olacaq.
Milyarderlərin sözçüsü Nadejda Spiridonova sövdələşməni təsdiqləyib, lakin əlavə təfərrüatlar haqda məlumat verməyib.
Xəbərdə bildirilir ki, “Lotos-siti” tikilib başa çatandan sonra Moskvanın ən iri ticarət kompleksi olacaq. Mahiyyətcə bu ticarət kompleksi Rusiya, Çin. Vyetnam, Azərbaycan, Hindistan, Banqladeş, Əfqanıstan, Qırğızıstan və digər ölkələrdən sahibkarlar üçün vahid ticarət platforması rolunu oynayacaq. Yəni kompleks faktiki olaraq Moskvadakı bütün miqrantların cəmləşdirildiyi ayrıca şəhər olacaq.
Tikintinin sifarişçisi kimi sənədlərdə “Plamya” ASC göstərilib. Bu şirkət Novıy Arbatda qeydiyyata alınıb. Şirkətin səhmlərinin 83 faizi “Bauntiful Holdings” offşor şirkətinə məxsusdur.
“Kommersant”ın məlumatına görə, bu şirkətin arxasında “SMP-Bank”ın sahibləri Arkadi və Boris Rotenberqlər dayanır.
N.Spiridonova deyib ki, “Lotos-Siti”ni Qod Nisanovla Zarah İliyevə satan xarici şirkətdir. Layihə çərçivəsində artıq sahəsi 200 min kvadratmetr olan ikimərtəbəli ticarət mərkəzi istifadəyə verilib. Tikintinin qalan hissəsini Q.Nisanovla Z.İliyev davam etdirəcəklər. Layihənin neçəyə başa gələcəyinə dair hansı təsəvvür yoxdur.
Ekspertlərin qənaətinə görə, bu kompleksdə icarə haqqı 1 kvadratmetrə görə 4 min dollardan aşağı olmayacaq.
Qeyd edək ki, Q.Nisanovla Z.İliyev hazırda İlham Rəhimovla birlikdə Moskvada ümumi sahəsi 1 milyon kvadratmetr olan daşınmaz əmlaka - “Sadovod” bazarına, “Moskva”, “Yevropeysiy” və s. ticarət mərkəzlərinə malikdir.
Yeni layihədə İlham Rəhimovun yəhudi milyarderlərlə ortaqlığı haqda məlumat olmasa da ekspertlər hesab edir ki, böyük ehtimalla “üçlük” arasında ortaqlıq bu layihədə də davam edir. Axı Qod Nisanov İlham Rəhimovun uşaqlıq dostunun oğludur. Gənc yəhudi milyarder onu mənəvi atası hesab edir və bütün biznes layihələrini onunla məsləhətləşərək həyata keçirir.
Rusiyanın slon.ru saytı yazır ki, Moskvanın Biryulevo rayonunda əsasən azərbaycanlıların nəzarətində olan nəhəng topdansatış meyvə-tərəvəz bazası “Pokrovka”nın bağlanmasının arxasında məhz Qod Nisanovla Zarah İliyevin dayana biləcəyinə dair versiyalar var. İndi yəhudi milyarderlərin bütün miqrantları bir mərkəzə toplamaq planı üzə çıxandan sonra bu versiya daha da qüvvətlənmiş olur.
Xatırladaq ki, bu versiyanı Moskvada ticarətə məşğul olan azərbaycanlılar da inandırıcı sayır. Orxan Zeynalov tərəfindən törədilən qətldən və ardınca Biryulevoda baş verən iğtişaşlardan sonra nəhəng “Pokrovka” bağlandı. Onun icarəçilərinin böyük əksəriyyəti İlham Rəhimov və ortaqlarına məxsus “Sadovod”a üz tutmalı oldu. İndi isə məlum olur ki, Moskvadakı bütün bazarlar söküləndən sonra azərbaycanlılar və digərləri ancaq Qod Nisanovla Zarah İliyevə “haqq” verməli olacaqlar. Yəni Moskvada azərbaycanlılara divan tutulmasının arxasında əslində yəhudi milyarderlərin və onların Putinlə dost olan ortağının biznes marağı dayanırmış.
Sorğu
Yeni dizaynımız necədir?