İmişlidə İsmayıllı hadisəsi təkrarlana bilər. Redaksiyamıza daxil olan e-maildə bu barədə deyilir. Məlumatda deyilir ki, İmişlinin icra başçısı Vilyam Hacıyevin oğlunun özbaşına hərəkətləri rayon əhalisini ayağa qaldıracaq. Belə ki, imişlililər başçının oğlunun bir pis vərdişinin olduğunu deyirlər. Belə ki, o, atasının vəzifədə olmasından istifadə edərək yol polislərinin yanında durub xoşuna gəlməyən sürücülərin avtomobiılərini polis şöbəsinə saldırırmış. Hətta V.Hacıyev Samuxda olarkən bu hərəkətinə görə, döyülüb. Həmin hadisədən sonra özünü yığışdıran başçının oğlu son vaxtlar yenidən köhnə adətinə qayıdıb.
Lakin bu dəfə Vilyam Hacıyevin yarıtmaz fəaliyyətindən narazı olan imişlililər acığı oğlundan çıxıblar. Belə ki, yol polisinə göstəriş verən şahzadə Hacıyev bir qrup imişlili tərəfindən maşınından endirilərək, döyülüb. Onunla bərabər şəxsi sürücüsü də imişlililərin şillə-təpikindən dadıb. Məlumatda deyilir ki, başçının oğlu ciddi xəsarət alıb və Bakıya müalicə üçün gətirilib. Lakin hadisəni tez zamanda sakitləşdirən Vilyam Hacıyev məsələ böyüməsin deyə, oğlunu döyənlərə qarşı heç bir addım atılmamasını tapşırıb.
Qeyd edək ki, bir müddət öncə V.Hacıyevin oğluna 10-PP-369 dövlət nömrə nişanlı “Bentley” avtomobil aldığı, Bakının Nərimanov rayonu ərazisində, T.Əliyev küçəsində ümumi dəyəri 25 milyon manatdan yuxarı olan böyük bir villaya, eyni zamanda “Land Rover” və 90 AA 369 dövlət nömrə nişanlı “Mercedes S class” avtomobillərinə sahib olduğuna dair məlumatlar yayılmışdı.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?