Bu gün günorta saatlarında Moskvada öldürülən və yaralanan azərbaycanlılar əslən Quba rayonundan olan milyarder Zarah İliyevin adamlarıdır.
“Axar.az”ın əldə etdiyi məlumata görə, Rusiya paytaxtının Lyublino rayonununn Tixoretsiki bulvar küçəsində onların idarə etdiyi “Şkoda” markalı maşına basqın edənlər də maşında külli miqdarda pulun olduğunu biliblər.
Bu barədə Rusiyanın NTV kanalı məlumat yayıb. Məlumatda göstərilir ki, 4,2 milyon rubl (128 000 dollar) pulu aparan şəxslər onu Moskva Ticarət Mərkəzinin sahibinə çatdırmalıymışlar.
Adıgedən mərkəzin sahibləri isə qubalı milyarderlər Zarah İliyev və Qod Nisanovdur. Azərbaycanlı professor İlham Rəhimovun da həmin mərkəzdə payının olduğu bildirilir.
Xatırladaq ki, Moskvanın cənubundakı Lyublino rayonunda qətl hadisəsi baş verib (Lent.az). Cinayətkarlar xarici markalı avtomobili atəşə tutaraq, hadisə yerindən qaçıb. “Şkoda”da olan naməlum şəxslər avtomobildən çıxaraq, digər “Şkoda”dakı sürücü və sərnişinə bir neçə atəş açıb. Nəticədə 1 nəfər ölüb, digəri yaralanıb. Hüquq-mühafizə orqanlarından “RİA Novosti”yə bildirilib ki, həm ölən, həm də yaralanan azərbaycanlıdır. Elәcә dә, onların qardaş olduğu bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?