10 il öncəki cinayətdə Dağıstan daxili işlər nazirinin müavinin adı keçir
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən "Yeni Cümhuriyyət ” qəzetinin redaksiyasına yeni videolent daxil olub. Videolent 23 iyul 2004-cü ildə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin xidməti kabinetində qeydə alınıb. Söhbətdə E. Abdullayevlə yanaşı qardaşı Elsəvər Abdullayev və özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən Telman Muradov adlı şəxs iştirak edib. T. Muradov iddia edib ki, 2003-cü ilin oktyabrın 13-də müəmmalı şəkildə oğurlanan MTN-nin zabiti Mahir Abdullayevlə Dağıstanda görüşüb. T. Muradov söhbət zamanı bildirir ki, M. Abdullayev Dağıstanda saxlanılır. M. Abdullayevə Dağıstanın daxili işlər nazirinin müavini general Vladimir İvanovic Certov nəzarət edir. ElsəvərAbdullayev T. Muradovdan soruşur ki, sən keçən dəfə Dağıstana gedəndə Mahiri niyə gətirmədin. T. Muradov – Onlar mənə inanmadılar. Certov yanımda Şahbazova (Azərbaycan DİN-nin yüksək vəzifəli əməkdaşı) zəng etdi. Onlar mənə inansaydılar Mahiri gətirərdim. Daha sonra Abdullayev qardaşları M. Abdullayevlə danışmaq istədiklərini bildirirlər. T. Muradov isə bildirir kİ, general Certiova zəng edib, Mahirlə danışığı təmin edə bilər. Daha sonra T. Muradov 007 87 22 68 27 39 nömrəsinə zəng edir. Telefon zənginə general Çertovun katibəsi cavab verir. T. Muradov özünü təqdim etdikdən sonra onu generalla birləşdirirlər. T. Muradov- Yoldaş general sizi yenidən Bakıdan narahat edirik. Mənəm Telman Muradov. Biz o məsələni necə edək? Birdə sizdən onun qardaşlarının bir xahişi var. Mən və qardaşları sizə inanırıq. Amma qardaşları Mahirlə danışmaq istəyirlər. T. Muradov danışığı qurtardıqdan sonra bildirir ki, 15 dəqiqədən sonra yenidən zəng edib Mahirlə danışarıq. Daha sonra T. Muradov bildirir ki, general onları gözləyir: "Biz indi çıxıb getməliyik. Bizi gözləyirlər”. Daha sonra otaqda olanların hamısı Dağıstan sərhədinə yola düşür. Videolenti tam şəkildə diqqətinizə çatdırırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?