Həbsdəki azərbaycanlı milyonçuya məxsus “Çinar” OMON-un müşayiəti ilə sökülür Sankt-Peterburqda hazırda həbsdə olan məşhur azərbaycanlı milyonçu, “Tülpan İlham” kimi tanınan İlham Əliyevə məxsus “Çinar” restoranı sökülür. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şəhərin Lunaçarski prospektində yerləşən və adı dəfələrlə kriminal “razborka”larda, “vor zakon”ların “sxodka”larında hallanan restoranın sökülməsi prosesi noyabrın 25-də başlayıb. Şəhər əmlakının idarəedilməsi üzrə Komitənin bildirdiyinə görə, söküntü işləri OMON-un müşayiəti altında aparılır: “Çünki hakimiyyət orqanları kriminal elementlərin hansısa təxribata əl atacağından ehtiyat edir”.
Söküntü işləri bir həftə davam edəcək. Komitədən bildirdildiyinə görə, restoran 10 ildir qanunsuz fəaliyyət göstərirmiş.
Qeyd edək ki, “Tülpan İlham” bu ilin yayında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, sifarişli qətldə və digər cinayətlərdə ittiham olunur. Bu iş adamı Sankt-Peterburqda “Çinar group” restoranlar şəbəkəsinin sahibidir. Şəbəkədə iki “Çinar” restoranı, habelə “Süfrə”, “Rest Taun”, “Tsarskiy dvor” restoranları fəaliyyət göstərir.
“Tülpan İlham” bu ilin mayında həbs olunduqdan sonra istintaq onun biznesini araşdırmağa başlayıb. Məlum olub ki, biznesmenin daşınmaz əmlakının çoxu qanunsuzdur. Bundan əvvəl şəhər hakimiyyəti “Tülpan İlham”ın ticarət pavilyonlarını da söküb. Peterbuqrda “Tülpan İlham”a məxsus 100-dən çox obyektin olduğu bildirilir.
Qeyd edək ki, “Tülpan İlham” bir neçə səs-küylü qətldə ittiham olunur. Onunla birlikdə azərbaycanlı qruplaşmasının daha bir neçə üzvü tutulub. Kifayət qədər zəngin adam kimi tanınan “Tülpan İlham” 2012-ci ildə Bakıda “Buta Palace”da oğluna toy etmiş və Cenifer Lopes, Şakira kimi dünya ulduzlarına 6 milyon dollar ödəmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?